160
Əsrin şairi IX
nə dərəcədə haqlı idi?!. Bu həqiqəti dərk etmək üçün Şərq təfək-
kürünü, Şərq təfəkkürünün nəyə qadir olduğunu bilmək lazım
idi. Mən Şərq və türk təfəkkürünə malik olan, dahiyanə əsərlər
yazan şair-filosof Cavidin timsalında Şərq təfəkkürünün nəyə
qadir olduğunu Hegelin Şərq konsepsiyasına qarşı qoyuram. İd-
dia edirəm ki, Şərq ruhu, əqli və təfəkkürü Qərb ruhu, əqli və
təfəkkürü ilə müqayisədə daha zəngin, daha mükəmməl, daha
rasionaldır. Hegelin elə özü də yazırdı ki, elm və biliklər, xüsusilə
fəlsəfə ərəblərdən Qərbə keçmişdir. Nəcib poeziya və azad
fantaziya almanlarda, əsasən, Şərqdən alovlanmışdır.
25
Kanta görə, bizim hisslərimizin səbəbi olan dünya özündə
şeylərdir və dərkedilməzdir. Qanun əqlin əmiridir. İdrak prosesinin
çətinliyi qarşılıqlı olaraq bir-birini rədd edən əqli mühakimələri doğurur.
Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanuna tabe ola
bilsin.
Hüseyn Cavid klassik alman fəlsəfəsi və onun nüma-
yəndələri haqqında Rza Tofikdən və İstanbul Universitetində
oxuyarkən fəlsəfə fənninin tədrisi zamanı bilgi almışdı. Mənim
araşdırmalarıma görə, o, bununla kifayətlənməmiş, ayrı-ayrı filo-
sofların əsərlərini həm də müstəqil şəkildə öyrənmişdir. Fikrimcə,
Kant fəlsəfəsində şairin diqqətini daha çox onun yuxarıda
nümunə gətirdiyim ikinci, üçüncü və dördüncü cümlələri cəlb
edə bilərdi. İddia edirəm ki, üçüncü cümlədə irəli sürülmüş
konsepsiyanı Kantdan çox-çox qabaq Ömər Xəyyam irəli
sürmüşdür, həmin konsepsiya Kantdan əvvəl Şərq fəlsəfəsində
yaranmışdır.
26
Filosof-şair, ümumiyyətlə, dünyanın dərk edilməməzliyi
haqqında təlimi qəbul etməmişdir. Ona görə, dünya və kainat
sirlərlə dolu olsa da, dərk olunandır. İnsan ağlı və kamalı ilə
dünyanı dərk edə bilər. Dünyada və kainatda əbədi heç bir şey
161
İsgəndər Atilla
yoxdur. Hər bir şey yaranır, yaşayır və məhv olur. Həyat və
yaşayış əbədi deyildir. Hər bir şeyin əvvəli və sonu var. Qiyamət
günü labüddür. Ümumiyyətcə, şairin dünyaya və kainata
baxışları maraqlı və rəngarəngdir. Bir şeirində o, sualı “Dünya
nədir?” şəklində qoyur və ona bu cür cavab verir.
...O, iştə fərəhnakü münəksir,
Bir aşiyani-zevqü səfa, bir xərabəzar...
(“Ey ruhi-pürsükun!..”)
Yəni dünya qırıq, sınıq, qəmli bir fərəh, şadlıq yeridir. O bir
dost, yoldaş üçün tanışlıq, dostluq yeridir, bir xərabəzardır...
Bir oyuncaqdır cihan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa
Yaxud:
Göydə bir bitməyən dərinlik var
Ki, donar hər düşüncə heyrətdən.
Şairə görə, kainat sonsuzdur. Bu sonsuzluqda ölçüsüz bir
boşluq, bir dərinlik var. Dünyanı və kainatı dərk etmək üçün,
həqiqəti bilmək üçün ağıl, təfəkkür, kamal lazımdır.
“Peyğəmbər” mənzum dramasında sözügedən problemə,
xüsusilə Allah və bəşər probleminə daha ciddi şəkildə toxunulur.
Peyğəmbər
...Anlamam bir şu ölçüsüz, şu dərin,
Şu qaranlıq, çiçəkli
*
pərdə neçin?
Bəni yalnız düşündürən şu məal,
Həp bu, yalnız bu, daima bu sual...
Mələk
...Dinlə həp kainatı, seyr eylə,
Hər günəş Ondan
∗∗
iştə bir şölə...
*
Ulduzlu.
∗∗
Allahdan.
162
Əsrin şairi IX
Yəni yer, göy, kainat elə-belə yaranmamışdır. Onu yaradan
var. Yaradanı dərk etməklə dünyanı və kainatı da dərk etmək
olar...
Hüseyn Cavid həmin əsərdə idealizm ilə materializmi,
romantizm ilə realizmi birləşdirir, çulğalaşdırır, sintez edir.
İdealizmi, əsasən, Peyğəmbərin, materializmi və realizmi İskeletin
timsalında təsvir edir. Dünyanın və gerçəkliyin dərk olunmasında
iki yolun mövcud olduğunu göstərir. Demək istəyir ki, həqiqətin
dərk olunmasında idealist düşüncə də, təfəkkür də, dünyagörüşü
də əhəmiyyətlidir. (Mənim fikrimcə, materializmin inkişafında
idealizm mühüm rol oynamışdır.) Əsərdə bu iki qüvvəti Pey-
ğəmbər və İskelet təmsil edirlər. Mələk Peyğəmbəri Allahın
dilindən danışmağa, Tanrı fərmanını yerinə yetirməyə dəvət edir.
Peyğəmbər “Hankı möcüzlə, bən ki, bu qulum” deyir. Mələk ona
Quranı təqdim edir və söyləyir: “Sənin rəhbərin bu kitab və
sənəti-kəlam olacaq.” İskelet onların sözlərinə gülür, istehza ilə
cavab verir: “Nə qədər şairanə, tatlı xəyal?” Və dərhal da əlavə
edir:
İnqilab istoyormusun, bana baq!
İştə kəskin qılıc, kitabı bıraq.
Parlayıb durmadıqca əldə silah,
Əzilirsin, qanın olur da mübah!..
1
Əsərin əvvəlində romantik və idealist olan Peyğəmbər,
sonunda realist və materialist Peyğəmbərə çevrilir və zəfər çalır.
Əbülfəz Əliyevin yazdığına görə, min illərdir ki, dünyanın
dərk olunmasında iki ictimai şüur formasının – dinin və fəlsəfənin
münaqişəsi vardır. Din dünyanın dərkini “iman”, inam və inanc
üzərində, fəlsəfə məntiqi isbat üzərində qurur. Bu fikir çəkişməsi
min illər davam etmişdi. VII əsrdə həzrəti-Məhəmməd bu fikir
dartışmasını birləşdirib, onları vahid bir axına yönəltdi. Dahi
1
Cavid H. Əsərləri. III cild. Bakı, 2005, s. 146.
Dostları ilə paylaş: |