172
Əsrin şairi IX
ruhunu yoxluqdan, heçlikdən varlığa atır. “Cahil və qafil şair”
bəzən özünü məhbəsdə, bəzən zülmətdə görür. Çünki o, hələ
elmli deyildir. Dünyanın gərdişindən xəbərsizdir. Belə bir halda
ikən qəfildən müdhiş bir xitab eşidir: “Qalq! Ey insan oğlu, qalq!”
O, mollaxananı və Sidqinin məktəbini bitirdikdən sonra
özünü bir aləmdə, İstanbul Universitetini bitirdikdən sonra başqa
bir aləmdə hiss edir. Ağlı, biliyi, dünyagörüşü artıqca Yaradanın
sirrini, xilqətin mənasını, mövcudiyyətin mahiyyətini daha yaxşı
dərk etməyə başlayır.
10
Şair kamala çatdıqca, təcrübə qazandıqca çox şeyi daha
yaxşı dərk etməyə başlayır. Bilikdə və idrakda çocuqkən bir yığın
insana əyləncə olur. Pəjmürdəhal kiçik bir məncuna çevrilir. Fəqət
zaman keçdikcə, yaşa dolduqca, biliklərə və elmə daha dərindən
yiyələndikcə, o, dəyişir, yeniləşir, inkişaf edir, kamilləşir.
Keçdi az-çoq, bən dəyişdim büsbütün,
Taleyi-mənhusuma doğmuşdu gün.
Ağlamazdım, şimdi pək dilşad idim,
Qayğısız, azadə bir nevzad idim...
Şairin uğursuz, nəhs taleyinə artıq yeni gün doğmuşdu.
Gördüyü, anladığı və dərk etdiyi şeylərdən zövq alırdı. Kainat
onun üçün bir Cənnətə çevrilmişdi. O, yeni münəvvər bir həyata
başlamışdı. Bu səbəbdən daima məsud və xoşhal idi.
Qayğı bilməz bir çocuqkən, nagəhan
Fikrimi cəzb etdi digər bir cihan.
Kəsbi-irfan etməyə əzm eylədim,
Elmə qoşdum, hər nə duydum, bəllədim.
Əldə kəskin bir silah olmuş qələm,
Fikrimə hökm eyliyordu dəmbədəm.
173
İsgəndər Atilla
11
Şairin bu və buna bənzər misraları Qurbanəli Şərifova gön-
dərdiyi məktublardakı fikirlərilə çox səsləşir.
Elmə və biliyə yiyələndikcə anbaan fəzlü kamalı artır.
Durmadan yüksəlir və yüksəlir! Yeni fikirlər və xəyallar beynini
işğal edir. Platonun fəlsəfəsi və fəlsəfi sisteminə əsaslanaraq, onu
düşündürən suallara cavab axtarır.
Fikrimi işğal edən hər bir xəyal,
Ruhumu eylərdi ilqa bin sual;
Kəşf için sərsəm könül məftun idi,
Kim onu həll etsə Əflatun idi.
Qəlbi irfan eşqiylə çırpınan şair Əflatunun fəlsəfəsinə baş
vurur, özünü narahat edən və düşündürən sual və problemlərə
cavab axtarır. Məlcəi məktəb və mədrəsə olduqca, heç bir vəsvəsə
qəlbinə girmir. Məscid və meyxanələrdən, aqil və divanələrdən
zövq və feyz alır. Fəzlü irfan əhlinə heyran qalır, elm için başdan
keçən insan olur.
Fəzlü irfan əhlinə heyran idim,
Elm için başdan keçər insan idim.
Kainatı-elm, o bir dilbər həyat,
Ən müqəddəs bildiyim bir kainat...
Elmə vermişdim gönül arifmisal,
Bilmiyordum başqa aləm, başqa hal.
12
Şair məktəb, mədrəsə, universitet təhsili gördükcə yeniləşir.
Elmə, biliyə daha böyük maraq göstərir. – Qəm nədir, sevda nədir
– bilmir. Onun yalnız və yalnız bir həmdəmi olur – fəzlü kamal!
Tək bir munisi olur - ərbabi-hal! Şair çalışır, çabalayır, elmin sirlə-
rinə yiyələnməyə, elmin qanadlarında ucalmağa can atır. Bəzən
bir sufi, bəzən bir panteist, bəzən bir materialist, bəzən bir idealist
kimi düşünür. Bir çox sirləri bilməyə, dərk etməyə, fəzilət sahibi
174
Əsrin şairi IX
olmağa çalışır. Bu cür məqamlarda o, sanki bir Əflatun, bir
Ərəstu, bir Dekart kimi görünür. Hünər, bilik və mərifət nədir?
Kamillik, gözəl əxlaq, səxavət və alicənablıq nədir? Şair bu cür
əxlaqi və mənəvi dəyərləri özü üçün aydınlaşdırmağa girişir.
Bəzən elmin, biliyin hüdudsuz, ucu-bucağı görünməyən
kainatında qanadı sınmış bir qartal kimi çırpınır.
Cavid sözügedən şeirində sanki İstanbulda keçirdiyi şirinli-
acılı, sıxıntılı, ac-yalavac günlərini ağır və məşəqqətli həyatı
fonunda elmə və biliyə necə də böyük şövq və həvəslə yiyələn-
diyini, necə də bir mətin iradəyə malik olduğunu nəzmə çəkir.
Sözüm havadan asılı qalmasın deyə onun Qurbanəli bəyə
göndərdiyi məktublarındakı bəzi fikirlərə nəzər salaq.
- Validəxananı kəndimə məskən etdim. Gündə bir saat fran-
sızca və iki saat da türk lisanında ədəbiyyat və tarixə dair elmləri
oxuyuram. Əlhasil bekar və asudə bir vaqt bulmayıram. Gecə-
gündüz təhsili-elmə əp-eyicə davam edirəm. Hacı Seyid Bağır
ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim.
Ondan da bir cavab almadım. Bəndəniz şimdilik əlində olan beş-
üç lirədən yeməyə-yeməyə, daha doğrusu, həftələrlə penir-ək-
məkə qənaət edərək, kəmali-sədalətlə artıra bildiyim cüzi bir
məbləğlə bir qaç da kəndimi idarə edə bilərəm. Yalnız burası
bilinməli ki, həyatım fəlasifeyi-kəlbiyyun ki, yaşayışları kəlb
yaşayışından təfriq olunmaz - həyatından pək fərqli deyil. Saf və
pak bir vicdanla yaşayırdım və yaşayıram.
*
Bənim kəndim cahil
olmaqla bərabər, hər nasılsa, qəlbim pək həssas yaradılmışdır.
Hər bir incə şeydə bir iğbirar duyuram və hər bir hərəkatımı
hissiyyatıma uydurmağa məcburam. Qafqaza döndükdən sonra
əsil məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.
13
Mən bütün bunları müasir oxucu və araşdırıcıların nəzərinə
ona görə çatdırıram ki:
*
Seçm
ələr mənə aiddir.
Dostları ilə paylaş: |