İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə56/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   52   53   54   55   56   57   58   59   ...   142

         

169

 

İsgəndər Atilla 

lamışdır.  Şairin  bu  fərdi  xüsusiyyətlərini  və  iş  üsulunu  nəzərə 

alsaq,  deyə  bilərik  ki,  o,  həmin  filosofların  əsərləri  ilə  elə-belə 

maraqlanmamışdır. Maraqlandığı məsələni dərindən və hərtərəfli 

öyrənmişdir.  

Bunun  bariz  nümunəsi  “İştə  bir  divanədən  bir  xatirə...” 

şeiridir. Burada “Ətraf mühiti, dünya və kainatı, Allah və bəşər 

elmini  dərk  etməyin  yolunun  insanın  özünü  dərk  etməsindən 

başlanır” konsepsiyası önə çəkilir.  Şairin 1912-ci ilədək ayrı-ayrı 

filosofların əsərlərindən öyrəndikləri özünün şəxsi həyat təcrübəsi 

və biliyi əsasında ümumiləşdirilir.  

 

1912-ci  ildir.  Cavid  Tiflisdə  hələ  də  İstanbulda  aldığı  təhsil 

və  tərbiyənin  təsiri  altında  idi.  Beynində  öyrəndiyi  filosofların 

əsərlərindən  əzbərlədiyi  fikirlər,  onların  kainata,  dünyaya,  insan 

şəxsiyyətinə  və  idrakına  baxışları  cövlan  edirdi.  Bir-birini  təkzib 

və  təsdiq  edən,  bir-birilə  toqquşan  fikirlər  aləmində  idi.  Son 

dərəcə  əsəbi  və  narahat  hallar  keçirirdi.  Başında  cövlan  edən 

fikirləri kağıza köçürmək üçün masa arxasına keçdi və bu sözləri 

yazdı.  «İştə bir  divanədən  bir  xatirə.  “Sən nəsin?  Kimsin?”  deyə 

ariflərə.» 

Mən həmin  əsəri  nəinki  Cavid  lirikasında,  XX  əsr  Azər-

baycan  poeziyasında  fəlsəfi  məzmunda  yazılmış,  bədii  cəhətdən 

ən  gözəl  və  mükəmməl  əsərlərdən  bir  hesab  edirəm.  “Bir 

divanədən”  ifadəsini  müsbət  mənada,  yəni  “arif”  mənasında 

anlayıram. Şeirdə cəm şəkildə işlədilən “ariflər” sözünü bir neçə 

görkəmli filosofa aid edirəm. Onlardan birinin Platon, o birisinin 

Aristotel, üçüncüsünün Dekart olduğunu düşünürəm. 

Cavid  Dekartın  adını  çox-çox  sonralar  “Asudə  və  işsiz 

saatlarda  oxunacaq  bir  məktub”unda  çəkir  və  yazır:  “Artıq 

bundan  sonra  mən hər  kəsdən  şübhə  etməyə  başladım,  hətta 

kəndimdən  də...  Adətən  filosof  Dekart  kimi  “Mən nəyim!”  deyə 

kəndimə, kəndi kölgəmə, kəndi varlığıma belə etmiyorum...” 




170

                                            

Əsrin şairi IX 

Şair filosof Dekart haqqında fikrini heç bir yerdə bu cür açıq 

şəkildə  ifadə  etməmişdir.  Məktub  1920-ci illərin  əvvəllərində 

Bakıda  yazılmış  və  vəzifəli  bir  şəxsə  ünvanlanmışdır.  O  zaman 

şairin oğlu Ərtoğrol xəstə idi. Maddi cəhətdən İstanbulda çəkdiyi 

əzab və əziyyəti o, demək olar ki, Bakıda çəkirdi. Ömrünün ən ağır 

çağlarından  birini  yaşayırdı.  Oğlunu  müalicə  etdirmək  üçün  bəzi 

qiymətli kitablarını aparıb satmışdı. Demək istəyirəm ki, şeir qələ-

mə alındığı günlərdə şair İstanbulda hansı hisslər, iztirablar, maddi 

sıxıntılar  keçirmişdirsə,  12-13  ildən  sonra  onu  Bakıda  keçirirdi, 

hətta “aeroplanım olsaydı, şəhəri tərk edərdim” yazırdı. Başıbəlalı 

şair bir bəladan qurtulub, başqa bir bəlaya düçar olmuşdu... 



 

Ulu  Tanrı!  Bu  necə  hal,  bu  necə  təb,  bu  necə  həyəcan  və 

sarsıntı idi ki, şair yaşayırdı?!. O, birmənalı şəkildə arqadaşlarını 

rədd  edirdi.  Onun  dərdini  sormamağa,  qəlbinə  atəş  vurmamağa 

çağırırdı.  Çünki  biganələr  dərd  əhlinin  dərdini  anlamırdılar. 

Könlünü  qırıq  bir  viranəyə,  özünü  qayğısız  bir  divanəyə,  söy-

lədiklərini  bütün  əfsanəyə  bənzədən  idealist  şair,  yazdıqca 

Dekartı  və  başqa  filosofları  düşünür  və  alovlu  misralarını  kağız 

üzərinə köçürürdü: 

 

- Arqadaşlar! Sormayın, hiç sormayın! 



Sızlayan bir qəlbə yara vurmayın! 

Sormayın, ariflər! Ey fərzanələr! 

Anlamaz dərd əhlini biganələr 

“Bən nəyim?” Kəndim də bilməm vaz keçin! 

Sən nəsin? Boş bir sual insan için. 

 

Şair  yanırdı,  alovlanırdı.  Əslində  özünün  və  ətrafındakı 



biganələrin  kim  olduğunu  gözəl  anlayırdı.  Qarmaqarışıq  fikirlər 

və  düşüncələr  içində  sanki  bir  şimşək  kimi  çaxır,  bəzi  filosofları 

“məhşər  ayağına”  çəkirdi.  Bəzən  bir  idealist  şair-filosof  kimi, 

bəzən  bir  materialist  şair-filosof  kimi  düşünür  və  mühakimələr 

yürüdürdü. 



         

171

 

İsgəndər Atilla 

“Bənlik nədir?” Şairə görə, o bir müəmmadır. Sualı həll edən 

kəs  fərti-nəşədən  lahuta  yüksəlir.  Göz  görmək,  qulaq  eşitmək 

alətidir  ki,  çox  zaman  insanlar  aldatmışdır.  Siz  mənim  söylədik-

lərimə  etibar  etməzsiniz.  Çünki  mən  divanəyəm,  siz  qafilsiniz. 

“Çünki anlaşılmaq deyildir pək qolay, // Laylalaylay, laylalaylay, 

laylalay.” Cahil və qafil insanlara laylay çalmaqla nə demək istə-

yir filosof-şair? Məncə, demək istəyir ki, kainat və dünyanın sirlə-

rini, bəşər elmini, insan “Mən”ini dərk etmək üçün mürgüləmək 

yox, oxuyub öyrənmək, elmə dərindən yiyələnmək gərəkdir. 

 

Fikrimcə,  həmin  əsər  bioqrafik  əsərdir.  Bunu  sübut  etmək 

üçün əsərdə kifayət qədər dəlil-sübut var. Şeiri yazarkən şairin 30 

yaşı var idi. O, artıq fəlsəfə elmində mövcud olan bir çox cərəyan 

və təlimləri öyrənmiş, analiz etmişdi. Şair öyrəndiyi fəlsəfi təlim, 

anlayış  və  konsepsiyaları  bu  şeirində  sistemləşdirmiş  və  özünə-

məxsus fəlsəfi fikirlər ilə zənginləşdirmişdir. 

Yeri  gəlmişkən,  sovet  dönəmində  bəzi  filoloq  və  filosoflar 

Cavidin  fəlsəfi  görüşlərinə  birtərəfli  yanaşmış,  onun  fəlsəfi  fikir 

və mühakimələrində “burjua filosoflarına” məxsus təmayül axtar-

mışlar. Həmin fikirlərlə qətiyyən razılaşmaq olmaz. Müasir cavid-

şünaslar bu cür məsələlərdə çox diqqətli və ehtiyatlı olmalıdırlar. 

Onlar Cavidin fəlsəfi görüşlərini daha dərindən araşdırmaq üçün 

onun özünün maraqlandığı və bəhrələndiyi filosofların əsərlərini 

diqqətlə və yaxşı öyrənməlidirlər.  

 

Şeirin  ilk  beytlərinə  fəlsəfi  mühakimələrlə  başlayan,  sanki 

bir  inqilab  içində  çırpınan  şair,  sonra  öz  həyat  tarixini  vərəq-

ləməyə başlayır. Bir zamanlar ənisi - yar, əhli  - məna və mərhə-

məti - əsrar olan şair uşaqlıq illərini xatırlayır. Qayğısız və azad-

sər  şair  bəxtiyar  günlərini  yaşayır.  Bilmir  ki,  xilqət  nədir,  möv-

cudiyyət nədir, heçlik və sonsuzluq nədir? Ən dəni bir hiss onun 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə