İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə52/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   48   49   50   51   52   53   54   55   ...   142

         

157

 

İsgəndər Atilla 

dönə-dönə  qayıdır.  “Elmi-bəşər”  və  “İştə  bir  divanədən  bir 

xatirə...”  fəlsəfi  şeirlərində  isə  problemi “Mən kiməm,  mən 

nəyəm?  Mən  hardan  gəlib,  haraya  gedirəm?”  şəklində  qoyur  və 

bədii cəhətdən həll edir. Allaha, insana və dünyaya qarşı məhəb-

bəti  güclü  olan  şair,  həqiqətə  doğru  gedir,  həqiqəti  dərk  edir  və 

həqiqətə qovuşur. 

 

Seyr eylədikcə bən şu gözəl kainatı, həp 



Ruhum uçar, uçar, əbədi bir səfa duyar... 

İnsan olan cihanda nasıl sevgisiz yaşar!? 

Həp sevgidir gözəlliyi insana sevdirən. 

Mərhumi-eşq olunca gözəllik də can sıqar... 



(“Hər yer səfalı, nəşəli...”) 

 

Hər qaranlıqda çırpınır bir nur, 



Hər həqiqətdə bir xəyal uyuyur. 

(“Dün və bu gün”) 

 

22 

Cavidin  bəzi  şeirlərində,  xüsusilə  “Azər”  poemasında  və 

“İblisin intiqamı” pyesində Şərq və Qərb adamı, Şərq və Qərb əqli 

və təfəkkürü, Şərq və Qərb adamının əməli problemi daha kəskin 

qoyulur. 

 

Ey vətən! Səndə parlayanda ziya 



Büsbütün əhli-Qərb cahilimiş. 

(“Hali-əsəfiştimalımı təsvirdə  

bir ahi-məzlumanə”) 

 

Bu fikri Hegelin yuxarıda qeyd etdiyim iddiasına bir cavab 



kimi də qəbul etmək olar. 

 

İştə Qərbin azğın səadətləri 



Alır qida Şərqin fəlakətindən. 

(“Azər”) 

Qərbin  azğın  səadətləri  yalnız  Şərqin  fəlakətindən  qida 

almırdı və almır. Qərb adamının ağlı, təfəkkürü və fəlsəfəsi, eyni 



158

                                            

Əsrin şairi IX 

zamanda,  Şərq  adamının  ağlı,  təfəkkürü  və  fəlsəfəsindən  qida 

almışdı və alır. Əgər dünən də, bu gün də Şərqi Zərdüştün günəşi 

işıqlandırırdı  və  işıqlandırırsa,  Qərbi  İsa  məsihin  təlimi  işıqlan-

dırırdı və işıqlandırır; əgər Şərq və islam dünyanı və bəşəriyyəti 

sülhə  çağırırdısa  və  çağırırsa,  Qərb  dünyanı  və  islamı  müharibə 

ilə hədələyir. 

Gərçi bu gün kapitalizm “sülh” arar, 

Hər salondan doğar yeni bir şiar. 

“Tərki-silah” nəğmələriylə ancaq 

Məzlumlara qarşı qurulur tuzaq. 

(“Azər”) 

 

Qərb fikri, əqli və təfəkkürü budur. O daha çox ölüb-öldür-



məyə, Şərq fikri, əqli və təfəkkürü isə şəfqət və mərhəmətə meyl-

lidir. 


23 

Hegeldən  çox-çox  sonralar  yaşamış  bir  almanın  “İblisin 

intiqamı” pyesində söylədiyi sözlərə diqqət edək. 

Birinci alman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs 

kibi Almaniya xalqının da sülhə böyük ehtiyacı var.

*

 Lakin bizim 



ölkədə  yaşayış  getdikcə  ağırlaşır.  Bu  acı  həqiqəti  bilməyən 

yoxdur.  Burada

*

  sevgidən,  mərhəmətdən  bəhs  edirlər.  Bu  bir 



xəstəlikdir.  Həqiqi  sülhü  əldə  etmək  için  hər  kəsin  haqqı  təmin 

olunmalıdır.  Bizə  hüquq  və  torpaq  verilmədikcə,  barışıqdan  söz 

açmaq yersizdir.  

Qərb insanının düşüncəsinə baxın! O, sevgi və məhəbbətdən 

bəhs  etməyi  bir  xəstəlik  hesab  edir.  Başqa  bir  alman  isə  açıqca 

bildirir:  “Biz təmin  olunmadıqca,  Avropa  dövlətləri  sülh  və 



əmniyyət görməyəcək...” 

Hegel  fəlsəfi  əsərlərini  yazarkən  bilmirdi  ki,  XX  əsrdə  iki 

                                                 

*

 H



əmin alman bu sözləri birinci dünya müharibəsindən xeyli sonra söyləyir. 

∗*

 Belçikada keçiril



ən sülh konfransında. Kursiv mənə aiddir. 


         

159

 

İsgəndər Atilla 

dünya  müharibəsi  olacaq  və  onu  almanlar  törədəcəklər.  Yeri 

gəlmişkən,  bugünkü  Almaniyanın  bəzi  dairələrində  faşist  əhval-

ruhiyyəsi dünənki Almaniyadakı faşist əhval-ruhiyyəsindən fərq-

lənmir... 

Şərq və Qərb adamını, onun düşüncə və təfəkkürünü, ağıl, 

zəka  və  fəlsəfəsini  gözəl  bilən  Cavid  əsərlərində  buna  ayrıca 

diqqət  yetirmişdir.  Lakin  oxucu  elə  başa  düşməməlidir  ki,  şair 

Şərqdə həmişə işıq, Qərbdə həmişə zülmət görmüşdür. Bu, heç də 

belə  deyildir.  O,  istər  Şərq,  istərsə  də  Qərb  olsun,  insanın  yaxşı 

əməllərini  təqdir  etmiş,  yaramaz  əməllərini  pisləmişdir.  Şair 

Platonun “Məhəbbət insanı birləşdirir. İnsan yalnız məhəbbətlə 



İnsan olur.” fikrinə necə qarşı çıxa bilərdi?! Bu, ola bilməzdi!.. 

 

24 

Cavidcə,  Şərq  və  Qərb  mədəniyyəti  bir-birini  qarşılıqlı 

şəkildə  zənginləşdirmiş,  tərəqqiyə  təkan  vermişdir.  İstər  Şərq, 

istərsə  də  Qərb  olsun,  insan  ağlı  və  təfəkkürünün  inkişafı 

tarixində  onu  həmişə  belə  bir  sual  düşündürmüşdür:  “Mən 

kiməm,  yaxud  nəyəm?  İnsan  Kimdir,  yaxud  nədir?”  Bu sual 

İstanbulda fəlsəfə elminin dərinliklərinə baş vuran Cavidi 1912-ci 

ildə  daha  ciddi  düşündürməyə  başlayır.  Çılğın,  həyəcanlı  hallar 

keçirən  şair-filosof  suallara  cavab  axtararkən,  dürlü-dürlü  şübhə 

və həqiqətlərlə üz-üzə qalır və sual edir: 

 

“Bən nəyim?” Kəndim də bilməz, vaz keçin! 



Sən nəsin? Boş bir sual insan için. 

Bir müəmmadır ki, “bənlik” – həll edən 

Yüksəlir Lahuta fərti-nəşədən... 

(Yüksəlir İlahiyyata ifrat nəşədən.) 

 

Kant hesab edirdi ki, insan əqlini maraqlandıran problemlər 



nə bir əsrin, nə də bir millətin həll edəcəyi problemlər deyildir.  

Qərb  sivilizasiyanı  Şərq  sivilizasiyasına  qarşı  qoyan,  Qərb 

xristian dünyasını bəşər sivilizasiyanın yekunu hesab edən Hegel 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə