İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə53/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   49   50   51   52   53   54   55   56   ...   142

160

                                            

Əsrin şairi IX 

nə dərəcədə haqlı idi?!. Bu həqiqəti dərk etmək üçün Şərq təfək-

kürünü,  Şərq  təfəkkürünün  nəyə  qadir  olduğunu  bilmək  lazım 

idi.  Mən  Şərq  və  türk  təfəkkürünə  malik  olan,  dahiyanə  əsərlər 

yazan  şair-filosof  Cavidin  timsalında  Şərq  təfəkkürünün nəyə 

qadir olduğunu Hegelin Şərq konsepsiyasına qarşı qoyuram. İd-

dia  edirəm  ki,  Şərq  ruhu,  əqli  və  təfəkkürü  Qərb  ruhu,  əqli  və 

təfəkkürü  ilə  müqayisədə  daha  zəngin,  daha  mükəmməl,  daha 

rasionaldır. Hegelin elə özü də yazırdı ki, elm və biliklər, xüsusilə 

fəlsəfə  ərəblərdən  Qərbə  keçmişdir.  Nəcib  poeziya  və  azad 

fantaziya almanlarda, əsasən, Şərqdən alovlanmışdır. 

 

25 



Kanta  görə,  bizim  hisslərimizin səbəbi olan dünya özündə 

şeylərdir və  dərkedilməzdir.  Qanun  əqlin  əmiridir.  İdrak  prosesinin 

çətinliyi qarşılıqlı olaraq bir-birini rədd edən əqli mühakimələri doğurur. 

Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanuna tabe ola 

bilsin.  

Hüseyn  Cavid  klassik  alman  fəlsəfəsi  və  onun  nüma-

yəndələri  haqqında  Rza  Tofikdən  və  İstanbul  Universitetində 

oxuyarkən  fəlsəfə  fənninin  tədrisi  zamanı  bilgi  almışdı.  Mənim 

araşdırmalarıma görə, o, bununla kifayətlənməmiş, ayrı-ayrı filo-

sofların əsərlərini həm də müstəqil şəkildə öyrənmişdir. Fikrimcə, 

Kant  fəlsəfəsində  şairin  diqqətini  daha  çox  onun  yuxarıda 

nümunə  gətirdiyim  ikinci,  üçüncü  və  dördüncü cümlələri  cəlb 

edə  bilərdi.  İddia  edirəm  ki,  üçüncü  cümlədə  irəli  sürülmüş 

konsepsiyanı  Kantdan  çox-çox  qabaq  Ömər  Xəyyam  irəli 

sürmüşdür,  həmin  konsepsiya  Kantdan  əvvəl  Şərq  fəlsəfəsində 

yaranmışdır. 

 

26 

Filosof-şair,  ümumiyyətlə,  dünyanın  dərk  edilməməzliyi 

haqqında  təlimi  qəbul  etməmişdir.  Ona  görə,  dünya  və  kainat 

sirlərlə  dolu  olsa  da,  dərk  olunandır.  İnsan  ağlı  və  kamalı  ilə 

dünyanı  dərk  edə  bilər.  Dünyada  və  kainatda  əbədi  heç  bir  şey 



         

161

 

İsgəndər Atilla 

yoxdur.  Hər  bir  şey  yaranır,  yaşayır  və  məhv  olur.  Həyat  və 

yaşayış əbədi deyildir. Hər bir şeyin əvvəli və sonu var. Qiyamət 

günü  labüddür.  Ümumiyyətcə,  şairin  dünyaya  və  kainata 

baxışları  maraqlı  və  rəngarəngdir.  Bir  şeirində  o,  sualı  “Dünya 

nədir?” şəklində qoyur və ona bu cür cavab verir. 

 

...O, iştə fərəhnakü münəksir



Bir aşiyani-zevqü səfa, bir xərabəzar... 

(“Ey ruhi-pürsükun!..”) 

 

Yəni dünya qırıq, sınıq, qəmli bir fərəh, şadlıq yeridir. O bir 



dost, yoldaş üçün tanışlıq, dostluq yeridir, bir xərabəzardır... 

 

Bir oyuncaqdır cihan başdan-başa, 



Qafil insanlar da bənzər sərxoşa 

Yaxud: 


Göydə bir bitməyən dərinlik var 

Ki, donar hər düşüncə heyrətdən. 

 

Şairə  görə,  kainat  sonsuzdur.  Bu  sonsuzluqda  ölçüsüz  bir 



boşluq,  bir  dərinlik  var.  Dünyanı  və  kainatı  dərk  etmək  üçün, 

həqiqəti bilmək üçün ağıl, təfəkkür, kamal lazımdır. 

“Peyğəmbər”  mənzum  dramasında  sözügedən  problemə, 

xüsusilə Allah və bəşər probleminə daha ciddi şəkildə toxunulur. 

 

Peyğəmbər 

...Anlamam bir şu ölçüsüz, şu dərin, 

Şu qaranlıq, çiçəkli

*

 pərdə neçin? 



Bəni yalnız düşündürən şu məal, 

Həp bu, yalnız bu, daima bu sual... 

 

Mələk 

...Dinlə həp kainatı, seyr eylə, 

Hər günəş Ondan

∗∗

 iştə bir şölə... 



                                                 

*

 Ulduzlu. 



∗∗

 Allahdan. 




162

                                            

Əsrin şairi IX 

Yəni yer, göy, kainat elə-belə yaranmamışdır. Onu yaradan 

var.  Yaradanı  dərk  etməklə  dünyanı  və  kainatı  da  dərk  etmək 

olar... 


Hüseyn  Cavid  həmin  əsərdə  idealizm  ilə  materializmi, 

romantizm  ilə  realizmi  birləşdirir,  çulğalaşdırır,  sintez  edir. 

İdealizmi, əsasən, Peyğəmbərin, materializmi və realizmi İskeletin 

timsalında təsvir edir. Dünyanın və gerçəkliyin dərk olunmasında 

iki yolun mövcud olduğunu göstərir. Demək istəyir ki, həqiqətin 

dərk olunmasında idealist düşüncə də, təfəkkür də, dünyagörüşü 

də  əhəmiyyətlidir.  (Mənim  fikrimcə,  materializmin  inkişafında 

idealizm  mühüm  rol  oynamışdır.)  Əsərdə  bu  iki  qüvvəti  Pey-

ğəmbər  və  İskelet  təmsil  edirlər.  Mələk  Peyğəmbəri  Allahın 

dilindən danışmağa, Tanrı fərmanını yerinə yetirməyə dəvət edir. 

Peyğəmbər “Hankı möcüzlə, bən ki, bu qulum” deyir. Mələk ona 

Quranı  təqdim  edir  və  söyləyir:  “Sənin  rəhbərin  bu  kitab  və 

sənəti-kəlam  olacaq.”  İskelet  onların  sözlərinə  gülür,  istehza  ilə 

cavab  verir:  “Nə  qədər  şairanə,  tatlı  xəyal?”  Və  dərhal  da  əlavə 

edir: 

İnqilab istoyormusun, bana baq! 



İştə kəskin qılıc, kitabı bıraq. 

Parlayıb durmadıqca əldə silah, 

Əzilirsin, qanın olur da mübah!..

1

 



 

Əsərin  əvvəlində  romantik  və  idealist  olan  Peyğəmbər, 

sonunda realist və materialist Peyğəmbərə çevrilir və zəfər çalır. 

Əbülfəz  Əliyevin  yazdığına  görə,  min  illərdir  ki,  dünyanın 

dərk olunmasında iki ictimai şüur formasının – dinin və fəlsəfənin 

münaqişəsi vardır. Din dünyanın dərkini “iman”, inam və inanc 

üzərində, fəlsəfə məntiqi isbat üzərində qurur. Bu fikir çəkişməsi 

min illər  davam  etmişdi.  VII  əsrdə  həzrəti-Məhəmməd  bu  fikir 

dartışmasını  birləşdirib,  onları  vahid  bir  axına  yönəltdi.  Dahi 

                                                 

1

 

Cavid H. Əsərləri. III cild. Bakı, 2005, s. 146. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə