İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə54/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   50   51   52   53   54   55   56   57   ...   142

         

163

 

İsgəndər Atilla 

filosof  Məhəmməd  Farabi  iki  dünyabaxışını  birləşdirib,  vahid 

dünyagörüşü sistemi yaratdı. 

Mənim  Azərbaycan  filosoflarından  kimin  Elçibəy  səviyyə-

sində  araşdırmalar  aparmasından  xəbərim  yoxdur.  Ancaq  bunu 

deyə  bilərəm  ki,  Hüseyn  Cavid  ondan  əvvəl  bu  problemi  hiss 

etmiş,  araşdırmış,  Məhəmməd  peyğəmbərin  fəaliyyəti,  dünya-

görüşü və fəlsəfəsində xüsusi yer tutan həmin problemi “Peyğəm-

bər” mənzum tarixi dramasında ortaya qoymuşdur... 

 

 27 



Feyerbax yazırdı ki, fəlsəfənin mərkəzində insan durmalıdır. Yeni 

fəlsəfə  insan fəlsəfəsi  kimi,  həmçinin mahiyyətcə  insan üçün fəlsəfədir. 

İnsan ruhunun və cisminin vəhdətidir. İnsan öz təbiətinin müxtəlif təza-

hürləri ilə zəngindir. Varlıq hisslərin, məhəbbətin, düşüncənin sirridir. 

Məhəbbət olmayan yerdə həqiqət yoxdur. İnsan təbiətin ağuşundan 

yenicə çıxdığı zaman hələ insan olmamışdır. Yalnız xalis təbii vücud ol-

muşdur. İnsan, insanın məhsuludur; mədəniyyətin, tarixin məhsuludur. 

Mən Feyerbaxın bu cümlələri ilə, demək olar ki, tam razılaşı-

ram  və  zənn  edirəm  ki,  Cavid  də  razılaşmışdır.  Feyerbaxın  təli-

mində  insan  anlayışı,  insan  fəlsəfəsi  və  məhəbbəti  bir  problem 

kimi  qoyulmuş  və  həll  edilmişdir.  O,  dolayısı  ilə  Darvinin 

nəzəriyyəsinə  qarşı  çıxmışdır.  Əgər  idealistlər  insanın  Allah 

tərəfindən  yaradılmasını  iddia  edirlərsə,  Feyerbax,  sözün  həqiqi 

mənasında,  insanı,  ali  şüurlu  varlıq  olaraq,  insanın,  tarixin  və 

mədəniyyətin məhsulu hesab etmişdir.  

Cavid  “Azər”  poemasında  insanı  oxuculara  təbiətin  varlığı 

kimi anlatmış və Darvinin “insan meymundan əmələ gəlmişdir” 

fikrinə  istehza  etmişdir.  (Biz  ali məktəbdə  oxuyarkən  F.Engelsin 

“meymunun insana çevrilməsində əməyin rolu” fikri  bizim bey-

nimizə yeridilirdi.) 

Kant məhəbbət məsələsində Platonun “Məhəbbət insanı bir-

ləşdirir. İnsan yalnız məhəbbətlə insan olur” fikrini sanki tamam-

layır. 



164

                                            

Əsrin şairi IX 

Şərq  fəlsəfəsində  və  Cavid  fəlsəfəsində  məhəbbət  problemi 

xüsusi yer tutur. Cavid “Məhəbbətdir ən böyük din”, “Məhəbbət-

siz  bütün  mənayi-xilqət  şübhəsiz  heçdir”,  “Məhəbbətlə  çırpınan 

bir  çoban  qəlbi,  kin  və  ədavət  püskürən  bir  sultan  qafasından 

daha şərəflidir...” deyə aləmə səs salır. XX əsr Azərbaycan ədəbiy-

yatında  məhəbbətin  ən  böyük  müdafiəçisi  və  təbliğatçısı  olur. 

Tofiq  Fikrətin  “Toprak  vətənim,  növi  –  bəşər,  millətim  –  insan, 

insan  olur,  ancak  buna  izanla  inandım”  sözləri  onun  dilindən 

düşmürdü.  O,  insana,  dünyaya  necə  də  böyük  məhəbbət  bəs-

ləyirdi?!. Bunu yalnız anlamaq, başa düşmək və dəyərləndirmək 

lazımdır. 

Kant  və  b.  filosoflar  öz  əsərlərində  insan  və  təbiət  prob-

lemini  də  araşdırmışlar.  Kantın  fikrincə,  təbiətin  ağuşundan 

yenicə çıxan insan, insan olmamışdır. O, yarımvəhşi, yarıminsan 

idi. Onun əsl insan olması üçün zamana ehtiyac var idi. Təbiət və 

cəmiyyət  onu  formalaşdırıb  əsl insan  şəklinə  salmalı  idi;  o, 

mədəniyyətin  və  tarixin  məhsuluna  çevirməli  idi  və  nəhayət, 

çevrildi. 

Cavid  təbiət  və  insan  haqqında  filosofların  fəlsəfi  konsep-

siyasını  mənimsəmişdir.  Əsərlərində  yeri  gəldikcə  buna müna-

sibət  bildirmişdir.  Bəzən  bir  panteist  kimi  düşünən  şair-filosof 

insanı  təbiətin  yavrusu,  bir  parçası  hesab  etmişdir.  İnsanın  bir 

insan kimi biçimlənməsində, bilik, bacarıq və istedadının forma-

laşmasında təbiətin roluna böyük əhəmiyyət vermiş və demişdir: 

“Təbiət böyük istedadlar, böyük sənətkarlar yaratmaqda nə qədər 

də xəsislik edir” və s. 

 

28 

Cavidin  ədəbi  və  fəlsəfi  görüşlərində  insan  konsepsiyası 

mühüm yer tutur. O, insanı ali bir varlıq kimi ideallaşdırmır, onu 

müsbət  və  mənfinin,  xeyir  və  şərin  daşıyıcısı  kimi  təqdim  edir. 

“Azər” poemasından bir neçə beytə nəzər yetirək. 

 



         

165

 

İsgəndər Atilla 

Nə əcayib sürü, yahu, bunlar



Öndə rəhbərlik edər meymunlar... 



Nə bəla gəlsə də qaplanlardan, 

Yenə bən qorqarım insanlardan. 

Diyorlar insan yonulmuş meymundur 

Bu söz həqiqətə pək az uyğundur. 

 

“İblis”də Cavid fəlsəfəsinin mərkəzində Allah, İblis və İnsan 



konsepsiyası durur. O, demək olar ki, heç bir əsərində insanın bir 

bioloji  və  kosmik  varlıq  kimi,  fəlsəfi  mahiyyətini  bu  faciədəki 

kimi, geniş və dərindən araşdırıb üzə çıxarmır; insanın kim və nə 

olduğunu  onun  özünə  bu  dərəcədə  tanıtmır.  Əsərlərində  bu 

problemin  üzərinə  dönə-dönə  qayıdır.  Özünün  şəxsi  həyatının 

timsalında “İştə bir divanədən bir xatirə” fəlsəfi şeirini yazır. 

“İblis” faciəsindən İblisin bir monoloquna nəzər salaq. 

 

 



...Get, bəllidir insandakı xislət; 

Sizlərdəki ülfət; sonu vəhşət, 

Sizlərdəki şəfqət; sonu nifrət

Sizlərdəki rəhmət, sonu lənət!.. 

 

 

Məhəbbət  olmayan  yerdə  nəinki həqiqət,  səmimiyyət  də, 



insanlıq da, ülfət də, şəfqət də yoxdur. Məhəbbət olmayan yerdə 

vəhşət  və  dəhşət  var,  nifrət  və  lənət  var,  ölüm,  qan  və  rəzalət 

var!..Cavid  öz  şəxsi  həyatında  bütün  bunları  görmüş,  duymuş, 

müşahidə etmiş, yaşamış və yazmışdır. Oxuduqlarını, bildiklərini, 

gördüklərini,  duyduqlarını  və  yaşadıqlarını  bir-birindən  gözəl, 

dəyərli və bədii cəhətdən mükəmməl əsərlərində təsvir etmişdir. 



 

 

                                                 

 

İnsanlar. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə