İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə51/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   47   48   49   50   51   52   53   54   ...   142

154

                                            

Əsrin şairi IX 

18 

Dramaturq  “Şeyx  Sənan”  faciəsində  Şeyx  Kəbiri  təsadüfən 

bu  cür  təqdim  etmir:  “Fəzilət  və  irfanilə,  irşad  və  ictihadilə 

məşhur,  ağsaqqal  və  nürani  bir  mürşid.”  Şeyx  Kəbir  yalnız 

mürşid  deyil,  o,  həm  də  islam  filosofudur.  Şərq    təfəkkürü  və 

islam fəlsəfəsinin təcəssümüdür. O, nəinki bir islamçı ideoloq və 

filosof  kimi  düşünür,  həmçinin  düşündürür.  Oxucunun  düşün-

məsinə  imkan  yaradır,  onu  düşünməyə  qadir  bir  insan  olaraq 

düşündürür. Görün böyük fəzilət və irfan sahibi, filosof nə deyir? 

 

...Kim ki Allahı istiyor görmək, 



Arasın qəlbi-tabnakində,

*

 



Arasın kəndi ruhi-pakində, 

(Arasın özünün pak ruhunda) 

Hər kimin qəlbi, ruhu düzgündür, 

Daima hiss edir də Haqqı görür. 

Feyləsufanə ruha malik olan 

Yaşamaz ayrı hərgiz Allahdan. 

 

Budur  Şərq  Ruhu!  Budur  Şərq  təfəkkürü!  İslam  filosofunun 



ruhundan süzülüb gələn həqiqət və Allahın fəlsəfi dərki! Sufi Şeyx 

Kəbirin fikrincə, qəlbi və ruhu düzgün olmayan Allahı görə bilməz, 

Allahı dərk edə bilməz. Düzgün olan Onu görər də, duyar da, dərk 

edər də! Bu da azdır. Allahı dərk etməyə çalışan insan, gərək filosof 

ruhuna  malik  olsun.  Əgər  o,  gerçəkdən  filosof  ruhuna  malikdirsə, 

Allahdan  ayrı  yaşaya  bilməz.  Budur  ilahiyyat  elminin,  belə  deyək, 

əlifbası.  Cavid  dolayısı  ilə  demək  istəyir  ki,  fəlsəfə  Allahın  dərk 

olunmasına imkan verir. H.Cavidin “Peyğəmbər” mənzum draması 

fəlsəfi baxımdan başqa bir aləmdir. O, Tanrının varlığını birmənalı 

şəkildə  qəbul  edir.  Əgər  biz  bu  gün  Şərq  Ruhu  ilə  Qərb  Ruhunu 

müqayisə etsək, birincinin fikir və mənəvi cəhətdən nə qədər zəngin, 

ikincinin kasıb olduğunu görə bilərik. 

                                                 

*

 Q



əlbinin nurunda. 


         

155

 

İsgəndər Atilla 

19 

“İblis”  faciəsi  başdan-başa  fəlsəfədir,  hikmətdir,  dialek-

tikadır.  Dünya  ədəbiyyatında  İblis  haqqında  yazılmış  əsərlərə 

zinətdir,  möhtəşəm  bir  ədəbi  abidədir.  Filosof  Cavid  əsərdə 

böyük  mütəfəkkir  Zərdüştü  təsadüfən  xatırlamır.  İblis  filosof 

Arifin diqqətini təsadüfən ona yönəltmir. 

 

Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 



Həp atəşə tapındırmaq idi zümreyi-nası.

*

 



Yalnız bunu dərk etdi o əlləmeyi-məşhur,

**

 



Yalnız o böyük baş şu böyük kəşflə məğrur... 

 

Dramaturq son əsərlərindən bir olan “Xəyyam” pyesilə Şərq 



Ruhu,  Şərq  təfəkkürü  və  Şərq  filosofunun  nəyə  qadir  olduğunu 

bir  daha  ortaya  qoymuş  olur.  Əşxasda  təsadüfən  onu  “məşhur 

filosof,  şair”  kimi  təqdim  etmir.  Həmin  təqdimatda  incə  bir 

məqam və məna var. O da bundan ibarətdir ki, Xəyyam ilk incə 

filosof,  sonra  şairdir.  Pyesin  süjeti  və  bədii-fəlsəfi  mahiyyəti 

bunun üzərində qurulmuşdur. 

İştə Xəyyam... 

Kəhkəşan saçların əsrarı nihan, 

Açdı irfan ilə bambaşqa cihan... 

 

20 

“Şərq  fikrini  fəlsəfə  tarixindən  çıxarmaq  lazımdır.” 

(Hegel) Bu, böyük filosofun səhvi idi! Tarix göstərir və sübut edir 

ki,  Şərq  fəlsəfi  fikri  əqli  inkişafın  başlanğıcıdır!..  Şərq  tarixinin 

söylədiyi  gerçəklik  budur:  məni  fəlsəfə  tarixindən  çıxarmaq 

xətadır, səhvdir. Çünki Şərq əqli, Şərq fikri, Şərq təfəkkürü həmişə 

insanın  ümumi  başlanğıcını  axtarmaqla  məşğul  olmuş,  onun 

mənəvi kamilləşməsinə təkan vermişdir. “Seyrçi, coşqun və tem-

peramentli Şərq adamı inanır və anlayırdı ki, dünyada Allahdan 

                                                 

*

 



İnsan cinsini, camaatı. 

**

 Çoxbil



ən, hər şeyi bilən, hər elmə bələd olan alim və s. 


156

                                            

Əsrin şairi IX 

və  İnsandan  başqa  heç  nə  yoxdur.  Allahla  İnsanın  yalnız  imma-

nent  olduğunu  başa  düşməyə  şərait  yaradılanda  Şərq  əqli  (Qərb 

əqli  üzərində  -  İ.A.)  qələbə  çaldı.”(A.Şükürov)  Şərq  əqli  və 

təfəkkürü daima həqiqət axtarışında olmuşdur. Bununla da özü-

nün Mənini təsdiq etmişdir. “Bu, Mənəm!” demişdir. Bu ifadədə 

həm  böyük  təsdiq,  həm  də  böyük  bir  inkar  var:  “Bu,  Mənəm!” 

“Bu,  Mən  deyiləm!”  Filosof  Ağayar  Şükürovun  təbirincə  desəm, 

“Budur Şərq simvolikasının ən böyük tapmacası və sirri.” 

-  ...Hegelin  və  digər  Avropa  mütəfəkkirlərinin  başa  düş-

mədiyi  simvolika  budur.  Deməli,  insan  həqiqət  vasitəsilə  dərk 

edilir, həqiqət isə insan vasitəsilə!..

1

 

Hüseyn  Cavid  bütün  həyatı  və  yaradıcılığı  boyu  insan  və 



həqiqət axtarışında olmuşdur. Həqiqətin fəlsəfi mahiyyətini dərk 

etməyə çalışmış və dərk etmişdir.  



 

21 

Şərq  adamı,  Qərb  adamından  fərqli  olaraq,  öz  “Mən”ini 

daha  əvvəl  dərk  etmişdir.  Şərq  adamının  inancına  görə,  insan 

məhəbbətlə  doğulur.  Məhəbbət  insan  ağlını,  insan  zəkasını 

nurlandırır.  İnsanda  məhəbbət  gücləndikcə,  o,  həqiqətə  daha  da 

yaxınlaşır. Son nəticədə həqiqətə qovuşur. 

Hüseyn  Cavidin  yaradıcılığında  bu  kimi  məsələlərin  bədii 

ifadəsinə  sıx-sıx  təsadüf  etmək  olar.  Bu  da  onun  Şərq  və  Qərb 

fəlsəfəsinə nə dərəcədə dərindən bələd olmasından irəli gəlir. O, 

öz  əsərlərində  təsadüfən “Məhəbbətdir  ən  böyük  din”,  “Bütün 

dünyanı  xilas  edəcək  yalnız  məhəbbətdir”,  “Məhəbbət  olmasa 

aləm xərab olar” demir. Türk, islam və şərqli əqli və təfəkkürü ilə 

düşünən  şair  sanki  Hegelin  əksinə  olaraq,  Şərq  fikrini  və  Şərq 

adamını Qərb fikri və Qərb adamına qarşı qoyur. Bəzi şeirlərində, 

xüsusilə “Peyğəmbər”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərində 

və  “Azər”  epik-dramatik  poemasında  həmin  problemin  üzərinə 

                                                 

1

 



Ağayar Şükürov, göstərilən əsəri, s. 179. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə