İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə47/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   43   44   45   46   47   48   49   50   ...   142

142

                                            

Əsrin şairi IX 

Məhəbbət insanı birləşdirir.  

İnsan yalnız məhəbbətlə insan olur. 

Platon 

2.10. Dünya filosoflarının nəzəriyyə və konsepsiyaları 

kontekstində şair-filosof Cavidin fəlsəfi fikir və 

düşüncələrinə bir nəzər 

Qeyri-adi fitri istedada, təfəkkürə, ağıl və zəkaya, universal 

və ensiklopedik biliyə malik olan Hüseyn Cavidin qidalandığı və 

bəhrələndiyi  fəlsəfi  sistemlər  və  təlimlər  müxtəlif,  zəngin  və 

rəngarəng  olmuşdur.  Filosof  şairin  təsirləndiyi  və  bəhrələndiyi 

fəlsəfi sistem və məktəblər arasında Şərq və Qərb (Avropa) fəlsəfi 

sistemləri və məktəbləri məxsusi yer tutur. O, bütün ömrü boyu 

oxuyub öyrənmiş, öyrəndiklərindən bədii yaradıcılığında istifadə 

etmişdir. Şeir və dramatik əsərlərində Zərdüşt, Epikür, Aristotel, 

Platon,  Əbu  Əli  ibn  Sina,  Dekart,  Spinoza,  Spenser,  Hegel,  Con 

Look, Kant, Kont, Jan Jak Russo, Şopenhaur, Nitsşe, Xəyyam (ona 

ayrıca  əsər  həsr  etmişdir)  Rza  Tofik  və  b.  görkəmli  filosofların 

adını  sözgəlişi  çəkməmişdir.  Cavid  islam  fəlsəfəsini,  sufizmi, 

Məhəmməd  peyğəmbərin  və  Ömər  Xəyyamın  fəlsəfi  fikirlərini 

dərindən öyrənmiş, bədii əsərlərində, o cümlədən “Şeyx Sənan”, 

“Peyğəmbər”  və  “Xəyyam”  pyeslərində  istifadə  etmişdir.  Yalnız 

istifadə  etməmişdir,  həmin  pyeslərdə  və  başqa  əsərlərində  özü-

nün də fəlsəfi görüşlərini ifadə etmişdir. Bu mənada onun özünün 

və əsərlərindən bəhrələndiyi filosofların fəlsəfi fikir və görüşlərini 

araşdırıb  üzə  çıxarmaq  mürəkkəb  olduğu  qədər  də  çətindir. 

Cavidin  fəlsəfi  görüşləri  onun  bəzi  şeirlərində,  xüsusilə  “İştə  bir 

divanədən bir xatirə” (“Sən nəsin? Kimsin?” deyən ariflərə) fəlsəfi 

şeirində  özünün  daha  geniş  ifadəsini  tapmışdır.  O,  bu  bioqrafik 

fəlsəfi şeiri 1912-ci ilədək öyrəndiyi qədim, orta əsrlər və müasir 

filosofların əsərlərinin təsiri altında qələmə almışdır. Özünün də 

fəlsəfi fikirlərini həmin filosofların fikirlərinə qataraq, möhtəşəm 

bir bədii əsər yaratmışdır. 



         

143

 

İsgəndər Atilla 

Mən əsas mövzuya keçməzdən qabaq Cavidin bəhrələndiyi 

və  ilham  aldığı  filosofların  fəlsəfi  görüşləri  və  düşüncələri  üzə-

rində qısaca dayanmaq istəyirəm. 



Platona görə:

*

 

- Bilik hissi obrazların ümumiləşdirilməsidir. 

-  İdeyaların  heç  biri  yaranmır  və  məhv  olmur.  İdeya  hissi 

qavranılan predmetin mahiyyəti və səbəbidir. İdeya yoxdursa, haqqında 

olan şey də yoxdur. 

- Gözəllik yoxdursa, gözəl şeylər də yoxdur. 

- Ali ideya Allahdır! 

- Təbiət ancaq varlıqdır. Dialektika elmi təfəkkürün üsuludur... 

Nəinki  Platonun,  həmçinin  bir  çox  Şərq  və  Qərb  filosof-

larının  əsərlərilə  tanış  olan  şair-filosof  Cavid  onlardan  nə  almış-

dır,  nə  əldə  etmişdir?  Bu,  çox  mürəkkəb  sualdır.  Ona  veriləcək 

cavab  daha  mürəkkəbdir.  Hər  halda  düşünmək  olar  ki,  ideyalı, 

əqidəli və məsləkli, fəlsəfə elminə xüsusi maraq və həvəs göstərən 

sənətkar  Cavid,  Platonun  gözəllik  və  gözəl,  ali  ideya  Allahdır, 

dialektika elmi təfəkkürün üsuludur, metafizika ruhlar haqqında 

təlimdir konsepsiyalarını qəbul etmişdir. 

 

Kəsbi-irfan  edən  şair,  elmə  qoşur,  əlinə  nə  keçirsə  oxuyub 

öyrənir. Əlindəki qələmi kəskin bir  silaha çevirir. Fəzlü kamalını 

anbaan  artırır.  Ruhunu  və  fikrini  işğal  edən  xəyallara,  suallara 

cavab  axtarır.  Lakin  “sərsəm  könlü”  suallara  cavab  axtarmaqda 

çətinlik çəkdikdə Əflatunu “köməyə çağırır”. 

Fikrimi işğal edən hər bir xəyal

Ruhumu eylərdi ilqa bin sual; 

Kəşf için sərsəm gönül məftun idi, 

Kim onu həll etsə Əflatun idi. 

                                                 

*

Qeyd. Platona v

ə  Sokrata görə,  insan  ideyası  yoxdursa,  konkret  adamlar da 

yoxdur. 



144

                                            

Əsrin şairi IX 

Şairin ruhu da, qəlbi də, düşüncəsi də daima irfan için çırpı-

nır.  Məlcəi məktəb  və  mədrəsə  olur.  Məscid  və  meyxanalardan 

zövq alır. Fəzlü irfan əhlinə heyran qalan şair, elm için başından 

keçən  bir  insan  olur.  Fəzlü  kamalı  özünə  həmdəm  hesab  edən 

filosof-şair, özünün kim olmasını dərk etməyə çalışır. 

 

Etmədim insana artıq etibar,  



Adəm oğlundan fərar etdim, fərar. 

Bəncə mərdud oldu hər dəftər, kitab 

(Bəncə rədd oldu...) 

Həp təfəkkürdən olurdum zevqiyab. 



(“İştə bir divanədən bir xatirə...”) 

 



Aristotelə  görə,  ağıl  ümumi  fikirləşmək qabiliyyətidir.  Ümumi 

bacarığı dərk etmək qabiliyyəti və bu da bilik əsasında xüsusini, təkcəni 

etmək bacarığıdır.  

Filosof-şair “İştə bir divanədən bir xatirə...” şeirində ağıl və 

təfəkkür,  anlamaq  və  dərk  etmək  probleminə  məxsusi  diqqət 

yetirir.  Ağlı  kəsəndən  ta  İstanbulda  ali  təhsil alanadək,  keçdiyi 

fırtınalı, məşəqqətli, təbəddülatlı uşaqlıq və gənclik illərinə, elmə 

və  biliyə  yiyələnmək  yolunda  göstərdiyi  iradə,  əzm  və  səbata, 

çəkdiyi  əzab  və  əziyyətə  nəzər  salır.  Cahillikdən  müdriklik  və 

kamilliyə  doğru  gedən  yolun  dialektikasını,  mürəkkəbliyinin 

fəlsəfi  mahiyyətini  açır.  “Mən kiməm?  Mən nəyəm?”  suallarına 

cavab axtarır. Elm və biliyə yiyələnməyin, özünü dərk etməyin nə 

qədər çətin və mürəkkəb olduğunu etiraf edir. 

 

Kəsbi-irfan etməyə əzm eylədim 



Elmə qoşdum, hər nə duydum bəllədim. 

Elmə vermişdim gönül arif misal, 

Bilmiyordum başqa aləm, başqa hal. 

 

Şair həqiqətə çatdıqca, həqiqəti dərk etdikcə “sarsılır”, elmə 

və biliyə yiyələnməyin nəhayətsiz olduğunu anlayır. Elm və biliyə 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə