İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə44/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   40   41   42   43   44   45   46   47   ...   142

         

133

 

İsgəndər Atilla 

qəflətə salarkən onlar iş görmək əvəzinə, buna dövri-aləmcə mat 

qalırdılar. Ancaq çıxış yolu var: 

 

- Şimdi qeyrət edərsə millətimiz, 



Yenə evdət edər səadətimiz. 

 

27 

Vətənin  necə  bir  günə  düşməsindən,  necə  bir  halda  olma-

sından  asılı  olmayaraq,  şair  onu  böyük  və  tükənməz  bir 

məhəbbətlə sevir. Vətənin yenidən keçmişdəki halına, şan-şöhrətə 

çatacağına inanır. Qollarını geniş açaraq onu “qucaqlayıb bağrına 

basır”.  

Bana gəl! Gəl bana, zavallı vətən! 

Hiç unutmam səni bu halilə bən. 

Dəxi yad etmə bir də mafatı, 

(Dəxi yad etmə bir də itirilmişi) 

Möhtəmil, şahraha yol bulalım 

(Ehtimal, geniş, yol bulalım) 

Hələ saçmaqda ol füyuzatı 

(--------------------------o feyzləri, nemətləri

bollu-bərəkəti, müvəffəqiyyəti) 

Ləməatilə feyziyab olalım 

(Parıltıları ilə feyziyab olalım; faydanalanalım,  

xeyir əldə edəlim) 

Vardır ümmid sübhi-iqbalə 

(Sübhün iqbalına – bəxtinə, taleyinə ümid var.) 

Şəbi-hicrana yoqmu dünbalə!? 

(Hicran gecəsinə yoxmu arxa, geri, son!?) 

 

Şair  vətənin  müasir  halına  nə  qədər  yansa  da,  məyus  olsa 



da,  təəssüflənsə  də,  gələcəyinə,  inkişafına  ümidlə  baxır. 

Publisistik  məqalələrində  problemin  üzərinə  dönə-dönə  qayıdır. 

İnanır ki, onun vətəni Azərbaycan, Türk dünyası və Şərq tez-gec 

istibdad, zülmət və cəhalətdən xilas olacaq. Xilas olmanın yolu isə 




134

                                            

Əsrin şairi IX 

məktəbdə, maarifdə, təhsildə və elmdədir!.. Onu bu istibdaddan, 

gerilik, cəhalət və tənəzzüldən maarif, məktəb, təhsil və elm qur-

taracaq. 

Realist-romantik  Cavid,  realist  Azərbaycan  yazıçıları  kimi, 

XX  əsrin  vəzifəsini  pək  aydın  görür  və  dərk  edirdi.  Bəzi 

şeirlərində, məqalələrində və dramatik əsərlərində XX əsr və Şərq 

və Qərb mədəniyyəti və sivilizasiyası problemi üzərinə təsadüfən 

dönə-dönə qayıtmırdı. “Qoca türkün vəsiyyəti” şeirində sözgəlişi 

“Əsr  –  iyirminci  əsrdir,  vəzifəsi  pək  ağır”  demirdi.  Şərqi,  Türk 

dünyasını  keçmişdə  olduğu  kimi,  gələcəkdə  də  mədəniyyəti  ilə 

fəxr edəcəyinə inanırdı.  



 

28 

Qara  dəniz  dalğalanır,  çalxalanır;  dənizdə  tufan,  qasırğa 

qopur.  Gəmidə  yol  gedən sərnişinlərin  hamısı  qorxu  və  təlaş 

içindədir. Dinli də, dinsiz də Allaha yalvarır, dua oxuyur. Lakin 

səksən  yaşlı,  dağ  vüqarlı  və  dağ  mətanətli  Qoca  bir  Türkün 

kipriyi də tərpənmir. Bəlkə dağ sarsılar, fəqət o, sarsılmır. Allaha 

dua oxuyur, Haqqa ərzi-niyaz etməkdə davam edir, çünki: 

 

-...Parlıyor qəhrəmanca nasiyəsi;



*

 

Oqunur çöhrəsində Turanın 



Şanlı tarixi, keçmiş ənənəsi; 

...Budur ancaq duası, virdi, sözü: 

“Ey böyük Tanrı! Ey böyük Yaradan! 

Hər bəladan əsirgə yurdumuzu, 

Kamran eylə şanlı ordumuzu...” 

(“Dəniz tamaşası”) 

29 

Cavid  pyeslərində  türkülərdən  geniş  istifadə  etmişdir. 

“Çoban türküsü” adlı bir şeir də yazmışdır. Şeiri “Cavid türküsü” 

də  adlandırmaq  olar.  O  şairin  şeirləri  arasında  mənim  ən  çox 

                                                 

*

 



Alnı. 


         

135

 

İsgəndər Atilla 

sevdiyim  şeirlərdən  biridir.  Çünki  ruhuma  yatır,  ruhuma 

uyğundur. Şeirdə, demək olar ki, başa düşülməyən, anlaşılmayan 

söz  və  ifadə  yoxdur.  8  bənddən,  32  misradan  ibarət  olan  şeirin 

birinci bəndi bu cür başlayır: 

 

Açmasın çiçəklər, gülməsin güllər



Ötüşməsin şirin dilli bülbüllər, 

Dərdim çoxdur, ellər, ellər, ay ellər! 

Yar-yar deyib gecə-gündüz ağlaram. 

 

Haşiyə.  Mən  1999-cu  ildə  həyat  yoldaşımı,  2000-ci ildə  20 

yaşında  oğlum  Toğrulu  itirdim.  Həmin  bəndi  oğlumun cənazəsi 

üzərində  oxudum.  Son  misranı  dəyişib,  “Toğrul  deyib  gecə-

gündüz ağlaram” söylədim. Caviddən bəzi misraları anasının və 

oğlumun  sinə  daşı  üzərində  oydurdum.

*

  “Çoban  türküsü”ndən, 



Cavidin  başqa  şeirlərindən  və  əsərlərindən “Hüseyn  Cavid” 

pyesində  istifadə  etdim.  “Çoban  türküsü”  şeirindən  Mişkinaz 

Cavidin dilindən bu bəndi verdim: 

 

Öz yurdumda bir qəribdən seçilməm, 



Əsir kibi bir dost,  bir yaqın bilməm. 

Cihan Cənnət olsa bir ləhzə gülməm, 

Cavid deyib gecə-gündüz ağlaram. 

 

Vəsiyyət  etmişəm  ki,  mən  öləndən  sonra  sinə  daşımın 



üzərinə Cavidin bu sözlərini yazdırsınlar: 

 

Ölüm var ki, həyat qədər dəyərli



Həyat var ki, ölümdən də zəhərli. 

 

 

30 

Şeirdə  şairin  həyatı  ilə  səsləşən məqamlar  da  az  deyildir. 

Onun çiçək və güllərə, şirin dilli bülbüllərə, ümumiyyətlə, təbiət 

gözəlliklərinə  qarşı  xüsusi  münasibəti  olmuşdur.  Bu  münasibət 

                                                 

*

 M



ən bu haqda daha geniş şəkildə “Ata naləsi” kitabımda yazmışam.

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə