İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə41/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   37   38   39   40   41   42   43   44   ...   142
    Bu səhifədəki naviqasiya:
  • Şair.

124

                                            

Əsrin şairi IX 

konsepsiyasını  tarixi  və  müasir  aspektdə  bir  problem  kimi 

qoymuş,  konkret  tarixi  faktlar  əsasında  əsaslandırmış  və  təsvir 

etmişdir. 

 

14 

O, “Qoca bir türkün vəsiyyəti” şeirində

*

 turançılıq və türkçü-



lük  görüşlərini,  fikir  və  düşüncələrini  daha  geniş  şəkildə  ortaya 

qoymuşdur. Şeir, demək olar ki, başdan-başa türkün şanlı və şərəfli 

tarixinə həsr edilmişdir. Həmin şeiri yazarkən onun 28 yaşı var idi. 

Bu  zaman  o,  Türkiyədən  vətənə  yenicə  qayıtmışdı.  İstanbul  Uni-

versitetində  türk  alimləri,  tarixçiləri,  şair  və  ədiblərindən  aldığı 

bilik, təlim və tərbiyə, ədəbi təhsil şairin tükrçü, islamçı və moder-

nist bir sənətkar kimi formalaşmsında mühüm rol oynamışdır. Şair, 

demək  olar  ki,  heç  bir  şeirində  həmin  şeirindəki  qədər,  təpədən 

dırnağadək  turançı,  türk  millətinin  təəssübkeşi,  türk  tarixinin 

vəsfçisi kimi görünmür. “Qoca Cavid” üzünü gözəl və yosma oğul 

və qızlarına tutaraq deyir: 

 

- Yavrularım! Ey ömrümü şənləndirən, güldürən, 



Alnı açıq oğullarım, gözəl, yosma qızlarım. 

Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən, 

Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım. 

 

Bir  daha  vurğulamaq  istəyirəm  ki,  şair  heç  bir  şeirində 



özünü  oxuculara  bu  cür  yaxından  tanıtmır;  mənsub  olduğu 

millətin  şərəfli  tarixilə  öyünmür,  fəxr  etmir.  14  bənddən  və  56 

misradan ibarət olan şeiri damarlarında türk qanı axan, təəssüb-

keş və milli düşüncəli oxucu həyəcansız oxumaya bilməz. Şairin 

qəlbindən  və  ruhundan  qopub  gələn səmimi  hiss  və  fikirlərini 

ifadə  edən  şeiri  oxuduqca  ruhlanırsan,  ondan  zövq  alırsan,  qol-

qanad açırsan, ana tarixinə, mədəniyyətinə daha çox bağlanırsan. 

 

                                                 



*

 

Şair şeiri 19 aprel 1910-cu ildə “Həqiqət” qəzetində çap etdirmişdir. 




         

125

 

İsgəndər Atilla 

15 

Çoluq-çocuğunu  başına  toplayan  Qoca  Türk  “Getməliyim, 

vəsiyyətsiz  ölsəm  ruhum  şad  olmaz”  deyərək,  onlara  aşağıda-

kıları vəsiyyət edir: 

1. Hiç bir zaman sevgidən əl çəkməyin. 

Nə üçün? Çünki insan oğlu sevgi için yaradılmışdır. Çünki 

sevgisiz  bir  başda  əqrəblər  gəzər.  Çünki  yer  üzərində  insanı 

yaşadacaq bir qüvvət varsa, o da sevgi və məhəbbətdir. 

2. Yer yüzünü qardaş bilin, insan qanı dökməyin. 

Çünki  insan  qanı  tökməkdən  ağır  və  dəhşətli  heç  bir  şey 

yoxdur.  

O,  çox-çox  sonralar  “Topal  Teymur”  tarixi  dramasında  bu 

məsələnin  üzərinə  yenidən  qayıdacaq.  Əmir  Teymurun  şair 

Kirmani ilə dialoquna nəzər salaq. 



Şair.  Hər  halda  Yıldırım  sənin  qan  qardaşın,  can 

qardaşındır. 



Teymur.  Əfsus  ki,  qardaş  yarası  daha  acı,  daha  qorqunc 

olur. 


 

16 

“Yer  yüzünü  qardaş  bilin...”  fikri  ümumbəşəri  ideyalar 

carçısı olan Cavid yaradıcılığı və düşüncəsi üçün çox xarakterik-

dir və onun ümumdünya və ümumbəşəri sevgisindən irəli gəlir.  

Dünyagörmüş  Qoca  Türk  övladlarına  sanki  bir  peyğəmbər 

kimi müraciət edir. Şeirin beşinci bəndi bu cəhətdən səciyyəvidir. 

Kimsəyə kin bağlamayın, yigit olun, mərd olun

Vicdanınız elmas kibi nur saçaraq parlasın. 

Qonum-qomşu,  yaqın-uzaq  hər  kəslə  həmdərd  olun.  Qırıq 

könülləri yapın, bıraqmayın sızlasın. 

Şair sonuncu misradakı fikrini “Sevinmə, gülmə, quzum!..” 

şeirində daha geniş və təsirli şəkildə ifadə etmişdir. 

Zülmə  hərgiz  yaqlaşmayın,  doğru  yoldan  şaşmayın.  Yal-

taqlığa imrənməyin, kibrə hiç yanaşmayın. 




126

                                            

Əsrin şairi IX 

Nə  üçün?  Çünki  ulu  Tanrı  haqdır,  haqqı  sevir,  ədalətdən 

xoşlanır. Öz haqqını bilməyənlər isə ən nahəyət, daşlanır. 

 

17 

Şair bütün yaradıcılığı boyu zülmə, haqsızlığa, ədalətsizliyə, 

rəzalətə  və  yaltaqlığa  qarşı  çıxmış,  əsərlərində  haqqı,  ədaləti, 

insaniyyəti, xeyirxahlığı müdafiə və təbliğ etmişdir. 

Qoca  Türk  yavrularını  arslan  kibi  cəsur  olmağa,  haqsızlığa 

qarşı  çıxmağa,  zalımları,  cəlladları  çeynəməyə,  inayətə  çağırır. 

Onlara  qos-qocaman  türkün  şərəfli  tarixini  xatırladır:  “Türk 

milləti, görülməmiş, boyun büksün, yalvarsın.” 

 

Baq! Şu yanda gülümsəyən yeni doğmuş Ay nədir? 



Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə 

Türk adını elan için bir səmavi aynədir, 

İştə! Bizim tariximiz... Həm yerdə, həm göylərdə. 

 

Budur türk millətinin uludan-ulu tarixi! Həmin tarix – Ay və 



Ulduz  keçmiş  və  müasir  türkün  bayrağında  dalğalanır.  Türk 

təsadüfən “Göy-Tanrı” demir... 



 

18 

Qoca Türk  sevimli balalarından ayrılmaq  istəmir. Heyhat!.. 

Fəqət  əcəl  güclü,  o,  gücsüzdür.  Əcəlin  əlindən  qurtulmaq  müm-

künsüzdü... 

Ölüm ayağında olan Qoca övladlarına son vəsiyyətini edir. 

Onlara  məhzun  olmamağı,  hümmətinə  qovuşmağı,  namuslu  və 

vicdanlı  yaşamağı  tövsiyə  edir.  Namusu  və  vicdanı  hər  şeydən 

uca tutan ata, onları insan için iki qanad, daimi həyat bilir. Türk 

ellərinin həmin hiss için doğulduğunu, həmin hiss için yaşadığını 

deyir. Bu düşüncə haradan qidalanır? Təbiidir ki, qədim türk adət 

və ənənələrindən, türk inancı və məfkurəsindən!.. 

 

Bir millətin tarixidir kökü, yurdu, yuvası, 



Tarixiniz baş ucundan hərgiz əskik olmasın, 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə