İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə38/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   34   35   36   37   38   39   40   41   ...   142

         

115

 

İsgəndər Atilla 

iki mənbədən qidalanmışdır. Birincisi, Mehmet Akif Ərsoy

*

 başda 


olmaqla,  İstanbul  Darülfünunun  müəllim  və  professorlarının 

mühazirələri  və  canlı  danışığından;  şairin  onlarla  yaratdığı  canlı 

ünsiyyətdən.  İkincisi,  türkçülüyün  tarixini,  məfkurəsini,  mahiy-

yəti  və  fəlsəfəsini anladan,  aydınlaşdıran,  öyrədən  və  əsaslan-

dıran ədəbiyyatdan. Mən bu cəhətdən Şeyx Cəmaləddin Əfqani-

nin  (Seyid  Məhəmməd  ibn  Səftər),  Ziya  Göyalpın  (Kökalp),  İs-

mayıl  bəy  Qaspıralının  (Qasprinski)  və  Əli  bəy  Hüseynzadənin 

adlarını  ayrıca  qeyd  etmək  istəyirəm. Çünki Cavid  bilavasitə 

onların  əsərlərindən  faydalanaraq  və  təsirlənərək,  türkçülüyün 

tarixi, ideolojisi, mahiyyəti və fəlsəfəsini dərindən və mükəmməl 

mənimsəmişdir.  O,  İstanbuldan  vətənə  artıq  formalaşmış  türkçü 

bir  şair,  şair-filosof  və  mütəfəkkir  kimi  qayıtmışdır.  Türkçülük 

haqqında  görüşlərini  ilk  öncə  bəzi  şeirlərində  və  ilk  dramatik 

əsərlərində, o cümlədən “Maral” mənzum faciəsində ifadə etmiş-

dir. 1912-ci ildə yazdığı “Maral” faciəsindəki misralara fikir verək: 

 

“Bən bir türküm, dinim, cinsim uludur; 



Sinəm, özüm atəş ilə doludur. 

Doludur, doludur, 

Dur! Dur! Dur!..” 

 

Dramaturq həmin misraları təsadüfən dırnaq arasına alma-

mışdır.  Həmin  misralar  Mehmet  Emin  Yurdakula  (1869-1944) 

məxsusdur.

*

  Mehmet  Emin  Türkiyədə  “Milli  türk  şairi”  kimi 



                                                 

*

 



Mehmet  Akif  Ərsoy  (1873-1936) 1908-ci ildə  İstanbul  Darülfünununda Os-

man


lı  ədəbiyyatından  dərs  demişdir.  Cavid onunla həmin ildə  tanış  olmuşdur. 

Ərsoy  əruz vəznini türk dilinə  uyğunlaşdırmış  və  gözəl sənət  əsərləri 

yaratmışdır.  15-19 may 2013-cü ildə  Qafqaz Universitetində  “Türk  dünyasını 

aydınlatanlar  Mehmet  Akif  Ersoy  və  Hüseyn Cavid” Beynəlxalq Konfrans 

keçirilmişdir. Bu sətirlərin müəllifi həmin konfransda məruzə ilə çıxış etmişdir.  

*

Türkçülüyün 

ilk  ataları  Əhməd  Vefiq  paşa  və  Süleyman  paşadır.  Onlardan 

sonra h


əm Türkiyədə, həm Qafqazda və  Azərbaycanda, həm də  Rusiyada bir 


116

                                            

Əsrin şairi IX 

şöhrət  qazanmışdır.  Bu  və  buna  bənzər  faktlar,  o  cümlədən 

Cavidin şəxsi arxivində saxlanan “Türk yurdu” jurnalının bir çox 

sayları  göstərir  ki,  şair  müntəzəm  olaraq  müasir  türkçülüyün 

aktual  problemləri  ilə  maraqlanmışdır.  O,  öz  əsərlərində 

türkçülüyə,  türk  obrazlarına,  türkün  qədim  və  müasir  tarixinə, 

türklərin  düşüncəsi  və  dünyagörüşünə,  əxlaq  və  məişətinə, 

türkün əzminə, igidliyinə və qəhrəmanlığına geniş yer vermişdir. 

Ziya  Gökalp  yazır:  Mən  “Türk  millətindənəm!  İslam  üm-

mətindənəm!  Qərb  mədəniyyətindənəm!”  O,  şüar  və  formula 

şəklində  dediyi  anlayışlara  bu  cür  izahat  verir:  «“Türk  millətin-

dənik” dediyimiz üşün dildə, estetikada, əxlaqda, hüquqda, hətta 

dini  həyatda  və  fəlsəfədə  türk  kültürünə,  türk  zövqünə  və  türk 

vicdanına  görə  bir  orijinallıq  və  bir  şəxsilik  göstərməyə 

çalışacağıq. “İslam ümmətindənik” dedikdə bizim üçün ən qutsal 

–  müqəddəs kitab  “Qurani-Kərim”,  ən  müqəddəs  insan  Həzrəti 

Məhəmməd,  ən  müqəddəs məbəd  Kəbə,  ən  müqəddəs  din  İs-

lamiyyət  olacaqdır.  “Qərb  mədəniyyətindənik”  dediyimiz  üçün 

də  elmdə,  fəlsəfədə,  texnikada  və  digər  mədəni sistemlərdə  tam 

bir Avropalı kimi hərəkət edəcəyik.»

1

 

 



                                                                                                             

çox görk


əmli  türkçü  şairlər,  ədiblər, tarixçilər, filosoflar və  ictimai xadimlər 

yetişdi.  Onlardan  bir  neçəsinin  adını  qeyd  etmək yerinə  düşər: Ziya Göyalp, 

Mirz

ə  Fətəli Axundzadə,  İsmayıl  bəy  Qaspralı,  Mehmet  Emin,  Əli  bəy 



Hüseynzad

ə,  Şeyx  Cəmaləddin  Əfqani, Nəcib Asim bəy,  Əhməd Cevdət bəy

Fuad Rauf b

əy, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd 

Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid və b. 

Türkçülükl

ə bağlı İstanbulda “Türk yurdu” jurnalı və “Türk ocağı” Cəmiyyəti 

f

əaliyyətə başladı. Xalidə xanım “Yeni Turan” romanını yazdı. Həmdullah Sübi 



b

əy türkçülüyün fəal  başçısı  oldu.  Türkçülər “Türk yurdu”  jurnalı  və  “Türk 

ocağı” Cəmiyyətində birləşib, bir yerdə çalışmağa başladılar. Fuad Koprülzadə 

türkologiya sah

əsində  görkəmli elm xadimlərindən  biri  oldu.  H.Cavidin  şəxsi 

arxivind


ə “Türk yurdu” jurnalının bir neçə nömrələri saxlanırdı. Hazırda onlar 

Cavidin Ba

kıdakı ev muzeyində mühafizə edilməkdədir. 

1

 Ziya Göyalp. Türkçülüyün 



əsasları, Bakı, 1991, s. 66.

 



         

117

 

İsgəndər Atilla 

Bu  formulanı  biz  Cavidin  yaradıcılığında  görə  bilərik.  O, 

türkçülüyün nəzəriyyəsi, əxlaqı, estetikası və fəlsəfəsində mövcud 

olan anlayışları və sair əlamət və xüsusiyyətləri öz bədii yaradıcı-

lığında tətbiq etmişdir. Buna görə mən onun bədii yaradıcılığını, 

xüsusilə dramaturgiyasını (“Maral”, “Uçurum”, “İblis”, “Peyğəm-

bər”,  “Topal  Teymur”,  “Səyavüş”)  Rəsulzadənin  üçrəngli  Azər-

baycan  türk  bayrağına  oxşadıram.  Cavid  sənəti  və  yaradıcılığını 

“Türk  millətindənəm”,  “İslam  ümmətindənəm”  və  “Qərb  mədə-

niyyətindənəm” formulasının simvolu hesab etmək olar. 

Bayaq söylədiyim kimi, Cavid türkçülük görüşlərini ilk öncə 

şeirləri  və  ilk  pyeslərində  ifadə  etmişdir.  “Ana”  və  “Maral”dan 

sonra  yazdığı  pyeslərdə  mövzunu  daha  da  genişləndirmiş  və 

inkişaf etdirmişdir. Mən “Əsrin şairi” silsiləsindən nəşr etdirdiyim 

kitablarda həmin məsələlərə az-çox toxunmuşam. Hesab edirəm ki, 

bu, ayrıca bir mövzudur və xüsusi araşdırmalara möhtacdır. 



 

Mən  burada  Cavidin  bəzi  dramatik  əsərlərindən  bir  neçə 

misal nümunə gətirməklə kifayətlənirəm və əsas mövzuya keçirəm. 

Əkrəm 

Əvət, bir qaç dağlar, dənizlər aşdım, 

Bütün Turan ellərini dolaşdım, 

Dağıstanda keçdi son səyahətim, 

Onunçün dəyişmiş həp qiyafətim... 

Səyahətdən zevq alan bir türk için 

Krım yalıları,

*

 İdil



**

 boyları 

Qafqaz dağları, şanlı türk soyları, 

Birər sərgidir-seyrinə doyulmaz. 

Gənc bir rəssam için dəyərsiz olmaz... 

(“Uçurum”) 

                                                 

*

 

Krım yaylaları. 



**

 

İdil – İtil – Volqa.



 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə