İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə35/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   31   32   33   34   35   36   37   38   ...   142

106

                                            

Əsrin şairi IX 

parlamağa çağırır və elan edir: «Yoqsa fəryadü nalə zaiddir,

*

 // Bir 


həqiqət bu: “Əzməyən əzilir!..”» 

Şair ölümlə pəncələşən XX əsrin müstəbid övladlarının tarixi 

faciələrinin  təsvirini  irəlidə  adlarını  çəkdiyim  şeirlərində  davam 

etdirir.  1915-ci  ildə  Gürcüstanın  Qocur  qəsəbəsinə  gedir.  Burada 

bir qədər sakit həyat sürmək istəyir. Heyhat!.. Lakin orada dinclik 

tapa bilmir. Özünü sanki müharibənin ol-alovları içində hiss edir. 

“Qürubə  qarşı”  şeirini

**

  Qocurda  qələmə  alır.  Aşağıdakı  məşhur 



misralar orada yaranır: 

 

- Bütün yiriminci əsrin müstəbid evladı həp alim... 



Bütün yiriminci əsrin müştəid evladı həp zalim... 

Böyük başlar dumanlanmış da, atəş püskürür hər an

Nə istər bir-birindən anlaşılmaz sayğısız insan?! 

 

Bu  tarixi  suala  şair  əsərlərində  yeri  gəldikcə  cavab  verir, 



ədalətsiz müharibələrə qarşı mövqeyini ortaya qoyur. 

Günəş - əngin və nəhayətsiz fəzanın nazlı sultanı qürub edir. 

Şairin yaralı ruhu dəmadəm yanır, sızlayır. Çünki müharibə bütün 

aləmi dəyişdirmiş, vəhşi insan xislətini üzə çıxarmışdır. Dünyanı bir 

məlal  sarmışdır.  Cahan  ağlayır,  insanlar  ağladılır.  Günəşi  şəxslən-

dirən  şair,  hüdudsuz  fəzada  onun  batması  ilə  yer  üzərində  insan-

ların  qəhr  edilməsi  arasında  bir  bağlılıq,  oxşarlıq  axtarır.  Dünyada 

baş verən vəhşətlər sanki günəşi dalğın və tutqun edir. Günəş yerdə 

baş verən müdhiş hadisələrdən kədərlənir, “ağlayır”, çünki: 

 

- Cihan bir qətlgah olmuş, aman yoq zülmü vəhşətdən, 



Gönüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan. 

Dənizlər qan, buludlar qan, hava qan, iştə hər yer qan... 

Böyük başlar dumanlanmış da, atəş püskürür hər an, 

Qılıclar, süngülər, toplar, tüfəklər gürləyib parlar. 

Olur məmurələr viran, qopar atəşli tufanlar. 

                                                 

*

 Labüddür. 



**

 

Şeir 24 may 1915-ci ildə “Yeni iqbal” qəzetində dərc edilmişdir.



  


         

107

 

İsgəndər Atilla 

Dünya  qopur,  dünya  dağılır,  zavallı  insanlar  məhv  olur, 

şairin  ruhu  bundan  sarsılır,  dəhşətdən  türkləri  ürpənir.  Bağırtı, 

qışqırtı sanki dilə gəlib deyir: “Ey qafil! Fəlakətsiz səadət, qayğızıs 

rahət  deyil  qabil.”  Harda  dirilik  varsa,  orda  qavğa  var.  Bu,  bir 

qanundur, xilqətin sirridir, ki: 

 

Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar; 



Bu bir baziceyi-qüdrət ki, bundan kimsə qurtulmaz. 

Çalış həp qalib ol, mərd ol! Bu aydın bir həqiqətdir. 

“Cihan nazənin bir dilbər ki, yalnız mərdə qismətdir...” 

 

Şeirdə,  sənətdə  modernist  olan  şair,  bədii  yaradıcılıqda  da  



modernist  olaraq  qalır.  Əsrin  şairi  əsrini  qabaqlayır.  “Hübuti-

Adəm”də  izlədiyi  fikri,  “abstrakt”  şəkildə  irəli  sürdüyü  ideyanı 

şeirlərində  və  dramatik  əsərlərində  konkretləşdirir  və  ayrı-ayrı 

obrazlar vasitəsilə  verir... Mütəfəkkir şairə görə, Adəm övladları 

dünyada nə qədər yaşayacaqsa, alçaqlıq da, rəzalət də, mərhəmət-

sizlik  də,  rəhmsizlik  də,  müharibələr  də  olmuş,  olur  və  olacaq!.. 

Öz əsrini çox-çox qabaqlayan şair, əsərlərində sanki atom əsrinin 

dəhşətlərini təsvir edir.  

1917-ci ildə Bakıda “Kəşkuli-nəğəm” adlı bir məcmuə nəşrə 

başlayır.  Cavid  “Hərb  və  fəlakət”  şeirini  həmin məcmuədə  çap 

etdirir.  Məcmuədə  bu  münasibətilə  yazılır  ki,  haman  şeir  fələk-

zadələr  nəfinə  böyük  şairimiz  Hüseyn  Cavid  tərəfindən  deyil-

mişdir.  Qeyddən məlum  olur  ki,  şeir  ilk  öncə  “Mühərrir”  məc-

muəsində  çap  edilmişdir.  “Kəşkuli-nəğəm” həmin  şeiri  oradan 

götülüb, öz səhifələrində dərc etmişdir. 

1918-ildə  “Qardaş  köməyi”  (Türkiyəyə  qardaşlıq  köməyi) 

məcmuəsində  Ə.Q.  imzası  ilə  belə  bir  qeyd  getmişdir:  «1917, 

kanuni-sanisində  yazılmış  olan  bu  uzun  şeirin

*

  sahibi  Hüseyn 



Caviddir.  Hamidi  çox  oxumuş  bir  Fikrət  tələbəliyini  sızar  kimi 

oluram. Çünki şeir bir az sonra vəznin dəyişərək insana Fikrətin 

                                                 

*

 “H



ərb və fəlakət” şeirinin. 


108

                                            

Əsrin şairi IX 

“Tarix”dəki

 fəryadlarını xatırladır. 



Həmin qeydlərdən məlum olur ki, o illərdə şairin geniş ya-

yılan, oxucular tərəfindən rəğbətlə qarşılanan, müxtəlif məcmuə-

lərdə  çap  edilən məşhur  şeirlərindən  biri  “Hərb  və  fəlakət” 

olmuşdur. 

Birinci  cahan  hərbi  çoxdan  başlamışdı.  Xristian  dövlətləri 

Osmanlı  imperiyasını  çökdürmək,  Türkiyəni  bir  dövlət  kimi 

dünya  xəritəsindən silmək  üçün  gizli  planlarını  həyata  keçirir-

dilər.  Artıq  bir  neçə  dövlət  bu  ölkəni  müharibə  meydanına 

çevirmişdi.  İngilislər  İstanbula  soxulmuşdular.  Rusiya  ordusuna 

güvənən ermənilər və yunanlar xüsusi fəallıq göstərir, qətliamlar 

törədirdilər.  Türkiyə  ölüm-dirim  savaşı  aparırdı.  Tarix  türk 

əskərini imtahana çəkirdi. Çanaqqala uğrunda döyüşlər gedirdi... 

Şair  bu  zaman  bəlkə  də  öz  ömründə  ən həyəcanlı,  iztirablı,  sar-

sıntılı günlərini yaşayırdı. Gündüz dincliyi, gecə rahatlığı yox idi. 

O, saldırışları, çağırışları, top-tüfənglərin gurultusunu, insanların 

fəryadını, yaralıların iniltisi və sızıltısını sanki qulaqlarının dibin-

də eşidirdi. Ulu Tanrı! O, necə də həyəcanlı hallar keçirirdi!? 

İstanbulun  ingilislər  tərəfindən  işğal  edildiyini  eşidərkən 

şair  özündən  asılı  olmayaraq  yumruğunu  zərblə  masaya  çırpdı. 

Qarşısındakı  kağızı  bir  tərəfə  itələdi,  qələmi  bir  kənara  atdı. 

Dodaqlarını gəmirdi. Otaqda əsəbi halda o tərəf-bu tərəfə var-gəl 

etdi. Bir anlığa gözəl İstanbul, onun oxuduğu universitet, gəzdiyi 

yerlər, parklar, küçələr, muzeylər, kütübxanalar... gözləri qarşısın-

da canlandı. Bosfor boğazının mavi suları gözlərində dalğalandı. 

Axı, o, burada yaşamışdı, ali təhsil almışdı. Türkiyənin görkəmli 

alim  və  şairlərinin  mühazirələrini  dinləmişdi.  İndi  bu  gözəl  və 

qədim şəhər düşmən tapdağı altında idi. 

Azərbaycan  türk  şairi  Hüseyn  Cavid  dünyanın  bir  buca-

ğında,  Qurban  Səid  başqa  bir  bucağında  oturub  düşüncələrini 

kağız üzərinə köçürürdülər. 

                                                 

 Tofiq Fikr



ətin “Tarix-qədim” şeiri nəzərdə tutulur.

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə