İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə33/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

100

                                            

Əsrin şairi IX 

var  idi.  Müasir  cəmiyyət  bu  gün  o  dövrə  nisbətən  o  qədər 

deformasiyaya  uğrayıb  ki,  o  qədər  cılızlaşıb  ki,  artıq  bunun 

qarşısını  almaq  da  çox  çətinləşib.  Məktəblərdə  sanki  biz  canlı 

insan deyil, odun parçası tərbiyə edirik... 

Ulu  Cavid  həmin  şeiri  qələmə  alarkən müəllimliyə  təzəcə 

başlamışdı.  Pedaqoji  düşüncələrini,  müəllim-şagird  münasibətlə-

rini  “Həsbi-hal” silsilə  məqalələrində  geniş  surətdə  şərh  etmişdi. 

Şairin məqalələrdə izlədiyi pedaqoji fikirlərlə şeirdə izlədiyi fikirlər 

üst-üstə düşür və bir-birini tamamlayır. O, valideynlərin timsalında 

ailə tərbiyəsini, müəllimənin timsalında məktəb tərbiyəsini, Gülba-

harın simasında isə ədəbli və tərbiyəli şagirdi təqdir etmişdir. 

Cəmiyyətdə,  ailədə,  məktəbdə,  təhsildə,  müəllim-şagird, 

müəllim-tələbə  münasibətlərində  çat  yarandığı  bir  gündə,  əxlaq 

və  tərbiyənin  get-gedə  pozulduğu  və  ciddi  problemlər  yaratdığı 

bir zamanda Cavidin “Qız məktəbində” şeiri daha müasir və daha 

aktual görünür. Şeir, sözün həqiqi mənasında, valideyn, məktəb, 

müəllim, şagird, tələbə və tərbiyəçi üçün bir təlim və tərbiyə dərsi 

ola bilər. Öz əsərlərilə insanları zinətə, şan-şöhrətə uymamağa, əx-

laqsızlıqdan  uzaq  olmağa,  sevgiyə  və  məhəbbətə  çağıran  şair, 

yeni  nəsli  özündən  əvvəlki nəsildən  daha  ağıllı,  daha  savadlı, 

daha elmli və təhsilli görmək istəyirdi. Onun bu gözəl arzularını 

isə biz, müəllimlər, alimlər, ziyalılar çiçəkləndirə bilərik. Fəqət bir 

şərtlə: ölkədə demokratik mühitin olması şərtilə. Təəssüflər olsun 

ki, biz elm və təhsildə axsayırıq... 

 

* * * 

Bir  gün  mən  Turan  Cavidlə  bir  məsələni  aydınlaşdırmaq 

üçün  Əlyazmaları  İnstitutunun  kütübxanasına

*

  getdik.  Burada 



gözləmədiyimiz  halda  uşaqlar  üçün  gözəl  şeirlər  yazan  şair 

Məmməd  Aslanla  rastlaşdıq.  O,  Turan  xanımı  böyük  ehtiramla 

                                                 

*

 



Turan  xanım  öz  leksikonunda  “kitabxana”  sözünü  çox  zaman  kütübxana 

şəklində işlədərdi və deyərdi: “Həmin söz bu şəkildə yazılsa və tələffüz edilsə 

yaxşıdır.”  



         

101

 

İsgəndər Atilla 

salamladı.  Söz  “Qız  məktəbində”  şeirindən  düşdü.  Şair  dedi: 

“Mən həmin  şeir  haqqında  20-25 səhifəlik  bir  məqalə  yaza 

bilərəm.” 

Mən Cavidin şeirini həmin mövzuda yazılmış şeirlərin tacı 

hesab edirəm. Müəllimlər İnstitutunda uşaq ədəbiyyatından mü-

hazirə oxuyarkən şeiri xüsusi ilham və həvəslə tədris edirəm. Hə-

mişə sərbəst mövzulara və imtahan suallarına daxil edirəm. Tələ-

bələr  də  mövzunu  həm sərbəst  işlərində,  həm  də  imtahanlarda 

keyfiyyətlə işləyir və yazırlar. Böyük həvəslə əzbərləyirlər. Bəzən 

mən  auditoriyada  şeiri  bədahətən  deyərkən,  tələbələr  mənə 

qoşulur və bir yerdə xorla ifa edirik. 



 

Bütün yirminci əsrin müstəbid evladı həp alim... 

Bütün yirminci əsrin müstəid evladı həp zalim... 

H.Cavid 

2.7. Ölümlə pəncələşən insanlar, yaxud könüllər qan,  

çiçəklər qan... 

 

Cavid  birinci  dünya  müharibəsinə  qədər  Qafqazda,  Ru-

siyada, İranda və Türkiyədə baş vermiş inqilabların ideoloji və si-

yasi  mahiyyəti  haqqında  dolğun  və  mükəmməl  təsəvvürə,  mə-

lumata və bilgiyə malik idi. Buna görə də o, yığın-yığın insanlara 

faciə və fəlakət gətirən inqilabı qəbul etmədi... 

1914-cü  ildə  birinci  cahan  hərbi  başlarkən  o,  Tiflisdə  ya-

şayırdı.  Möhtəşəm  Osmanlı  imperatorluğu  çökməkdə  davam 

edirdi.  Çoxdan  dişlərini  canavar  kimi  Osmanlı  Türkiyəsinə 

qıcamış  Rusiya  ona  qarşı  müharibə  elan  etmişdi.  Qafqaz  islam 

ordusu  bura  həmlə  etməyə  hazırlaşırdı.  Artıq  sərhədlərdə 

döyüşlər  gedirdi.  Fürsətdən  istifadə  edən  erməni hərbi  dəstələri 

rus  ordusunun  Türkiyəyə  müharibə  elan  etməsindən ilhamla-

naraq,  artıq  Kars,  Ərdəhan  və  Oltuda  qətliam  siyasətini  həyata 

keçirməyə  başlamışdı.  Cavidin  doğulduğu  Şahtaxtı  qəsəbəsinə 

türk yaralıları gətirilirdi.  Cənubi Qafqazın şəhər və kəndlərində, 




102

                                            

Əsrin şairi IX 

xüsusilə Tiflisdə əhali arasında böyük təşviş və həyəcan yaşanırdı. 

Cavid Tiflisi tərk etmək məcburiyyətində qaldı.  

O,  1914-cü  ilin  payızında  –  birinci  dünya  müharibəsinin 

başladığı günlərdə Naxçıvana gəldi. Burada sanki Karsda, Ərdə-

handa  və  Oltuda  atılan  topların  səsini,  qətlə  yetirilən  insanların 

ah-naləsini eşidir, daha da həyəcanlanır və əsəbi hallar keçirirdi. 

İnqilablar  və  müharibələr  əsrində  yaşayan  şairin  yığın-yığın 

insanların  tarixi  faciələrini  və  fəlakətlərini  yazmaqdan,  qardaşı 

Hadinin səsinə səs verməkdən başqa çarəsi yox idi. Rusiyada və 

İranda baş verən inqilabları uzaqdan-uzağa seyr edən, gənc türk-

lər  inqilabını  isə  öz  gözlərilə  görən  şair,  indi  dünyanı  sarsıdan, 

bəşəriyyəti  fəlakətə  sürükləyən müharibəni  uzaqdan-uzağa 

“görür”,  duyur  və  təsəvvüründə  canlandırırdı.  Türkiyədə  baş 

verən  hadisələr  haqqında  Naxçıvana  pənah  gətirən  adamlardan 

və qəzetlərdən məlumat alırdı. 

Cavid həmin illərdə inqilablara və müharibələrə münasibətini 

iki  formada  ifadə  etmişdir:  məqalələrində,  şeir  və  dramatik 

əsərlərində. O, müharibə illərində “Kars və Otlu ətrafında səbəbsiz 

(!?) olaraq alçaqcasına qətl və yəğma edilən məzlumlar için” (1914), 

“Qürubə  qarşı”  (1915),  “Hərb  və  fəlakət”  (1916)  və  “Hərb  ilahi 

qarşısında” (1917) şeirlərini, “Müharibə və ədəbiyyat” məqaləsini

*

 

(1915)  yazır.  Məqalədən  şairin  böyük  həyəcan  və  sarsıntılar 



keçirdiyi aydın hiss olunur. O, birinci cahan hərbini adi bir müha-

ribə  deyil,  “misri  bir  bəla”,  “bir  taun”,  “aləmşümul  bir  fəlakət” 

hesab edir və yazırdı ki, dünya bu günə qədər böylə qorxunc bəla, 

fəlakət, müdhiş bir inqilab (Diqqət edin: Şair müharibəni inqilabla 

müqayisə edir!..) görməmişdi. İskəndər, Napoleon kibi cihangirlər, 

Çingiz,  Teymur  kibi  bahadırlar  məzarlarından  baş  qaldırıb  da  şu 

müharibəyi seyr etsələr, şübhəsiz ki, heyrət və təəssürdən özlərini 

alamazlar.  

                                                 

*

  M



əqaləni 25 və  26 oktyabr 1915-ci il tarixində  “Açıq  söz”  qəzetində  çap 

etdirmişdir. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə