İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə36/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   32   33   34   35   36   37   38   39   ...   142

         

109

 

İsgəndər Atilla 

-  Bu  gün  şəhərdə  xəbər  yayıldı  ki,  böyük  Osmanlı  im-

periyasının  sultanı  əlahəzrət  Məhmət  Rəşid  kafirlər  dünyasına 

müharibə  elan  etmək  qərarına  gəlib.  Onun  müzəffər  qoşunları 

müsəlmanları Rusiya və İngiltərənin boyunduruğundan azad et-

mək  üçün  Şərqdə  və  Qərbdə  irəliləyirdi.  Bununla  da  cihad  – 

müqəddəs  müharibə  elan  edilmiş  və  xəlifənin  sarayı  üstündə 

peyğəmbərin yaşıl bayrağı dalğalanır.

1

 

Cavid  bir  qədər  fikrə  getdikdən  sonra  şeirin  başlığında  bu 



sözləri  yazdı:  “Anadolu  hərbzadələrinə  yardım  münasibətilə.” 

Dəhşətli müharibə səhnələrini gözlərinin qarşısında canladıraraq, 

“Hərb  və  fəlakət”  şeirini  yazmağa  başladı.  Şeirdə  müharibənin 

canlı  tablosunu  yaratmağa  çalışdı.  Problemi  bu  cür  qoydu:  “Tə-

məddünün  –  mədəniyyətin,  tərəqqinin  sonu  vəhşətmidir,  nədir 

əcəba?..” 

Onun xəyalları çox uzaqlara – hüzn diyarına uçdu. Uzaq bir 

mühit  –  müharibə  mühitində  cövlan  etdi.  Bütün  cahan sanki 

susmuşdu.  Fəqət  uzaqda  bir  zavalıı  bayquş  inləyirdi.  O,  müha-

ribə,  qavğa  bayquşu  idi.  İnsanların  fəlakəti  “dekadans  şairi”  elə 

bir  hala  salmışdı  ki,  onun  gözündən  uyqusu  çəkilmişdi.  Qəlbi 

çırpınırdı.  Gözlərinin  önündə  teyflər,  qızıl  qanlar  dalğalanırdı. 

Başında  atəşli,  sisli  vulkanlar  püskürürdü.  O,  yazmaqda  davam 

edirdi. 


 

- Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir, 

Fədayi-nəfs edərək haq için qoşar, güləşir. 

Yaqar, yıqar, əzilir, məhv olur, basar, basılır. 

Vətən yolunda ölür, öldürür, asar, asılır. 

Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla? 

Nədir şu kinü ədavət, nədir bu dərdü bəla?.. 

 

Amansız  və  vəhşi  dünyada  qara  və  ağ,  xristian  və  islam, 



şəhərli və köylü, maarifpərəst və cahil bir-birinə dəymişdi. Bir şair 

                                                 

1

 Qurban S



əid. Əli və Nino, Bakı, 2006, s. 69. 


110

                                            

Əsrin şairi IX 

belə  yazmışdı:  “Bütün  bəşər  nə  hüquq  istiyorsa  həp  alacaq;  // 

Qəvi  zəif  ilə  bir  yerdə  kamran  olacaq.”  Cavid  bu  fikrə  gülürdü, 

istehza edirdi. Həmin sözləri “dadlı bir əfsanə, süslü yalan” hesab 

etdi və yazdı:  

 

- Qucaq-qucaq edilən tatlı vədlər pək çoq; 



Saqın inanma! Yalan... Yoq, zəif için haq yoq!.. 

İnanma! Aciz için yoq hüquq, inanma, xayır, 

Cihanda haq da, həqiqət də həpsi qüvvətdir. 

 

Bir sovet ədəbiyyatşünası həmin misraları oxuduqdan sonra 



yazmışdı: “Şair səhv edir. Bizdə hamı bərabərdi, xoşbəxti, haqqı, 

hüququ  təmin  edilmişdi...”  Mən  böyük  Cavidin  fikirlərilə 

şərikəm.  Bugünkü  dünyada  baş  verən hadisələri  bir  gözlə 

nəzərdən keçirsək, şairin haqlı olduğuna haq qazandırarıq...  

“Hərb və fəlakət” şairin iri həcmli şeirlərindən biridir. 1917-

ci ildə nəşr edilmiş “Bahar şəbnəmləri” kitabı həmin şeirlə açılır. 

Şeir üç hissədən ibarətdir. Birinci hissəsi 42, ikincisi 48, üçüncüsü 

38 misradır (cəmi 128). O, bəzi sovet nəşrlərinə, o cümlədən 1958-

ci  ildə  nəşr  edilmiş  Cavidin  seçilmiş  əsərlərinə  tam  şəkildə 

salınmamışdır.  1982-ci  ildə  şairin  dörd  cildlik  yubiley  nəşrlərinə  

I-II  hissələri  daxil  edilmişdir.  Bir  dəfə  kitabın  tərtibçisi  Turan 

Caviddən  bunun səbəbini  soruşdum.  O  dedi:  “Hələ  vaxtı  deyil. 

Zaman  gələndə  daxil  edəcəyəm.”  Sonra  əlavə  edib  dedi:  “Bəzi 

nəşrlərə salırdım. Ancaq nəşriyyatlarda çıxarırdılar. Deyirdilər ki, 

biz salsaq da, senzuradan keçməyəcək.” Nəhayət, şeir tam şəkildə 

müstəqillik  illərində  Turan  Cavidin  tərtibatı  ilə  nəşr  edilmiş  5 

cildlik Cavid əsərlərində geniş oxucu kütləsinin ixtiyarına verildi. 

“Hərb  ilahi  qarşısında”  şeiri  şairin  sağlığında  həm  “Açıq 

söz”

*

  qəzetində,  həm  də  “Bahar  şəbnəmləri”  kitabında  çap 



edilmişdir.  Şeir  bəzi  sovet  nəşrlərində  “Hərb  Allahı  qarşısında” 

şəklində  getmişdir.  Müstəqillik  illərində  nəşr  edilmiş  kitablarda 

                                                 

*

 



“Açıq söz”, 17 aprel 1917. 


         

111

 

İsgəndər Atilla 

adı əslinə uyğun verilmişdir. Şekspir də, Cavid də “Hərb Allahı” 

ifadəsindən  əsərlərində  istifadə  etmişlər.  Şekspir  “Hamlet”də 

(“Marsın – o amansız hərb Allahının...”) Cavid “Topal Teymur”da 

Teymuru “hərb Allahı” hesab etmişdir. Şeir beş bənddən, 30 mis-

radan ibarətdir və altılıq şəklində yazılmışdır. Hər bəndin birinci 

üçüncü,  ikinci  dördüncü,  beşinci  altıncı  misraları  bir-birilə 

qafiyələnir.  Hərb  İlahi  obrazlaşdırılır  və  bir  obraz  kimi  təsvir 

edilir. 

Şair  Onu  odlu  qanadları  ilə  “zəhri-intiqam  saçan”  bir 

Əjdaha – Şər qüvvə kimi təqdim edir. Törətdiyi qəhrü fəlakətlərə 

qarşı  çıxır.  Qanlı  müharibə  səhnələrini  bitirməyə  çağırır.  Qanlı 

pərdələrə  yol  göstərən  Şər  qüvvə  kimi  ittiham  edir.  Şər  –  Kinli 

Əjdaha,  Hərb  İlahi  tökdüyü  qanlardan,  faciə  və  fəlakətlərdən 

usanmır.  Hay-küyü  bütün  dəhşətilə  cahanı  lərzəyə  salır.  Bəni-

bəşərin nəfəs almasına imkan vermir. Kinli Əjdahanın pəncəsində 

yalnız bəşər deyil, yer, göy, hava məhv olur. O havada da, yerdə 

də,  suyun  altında  da  vəhşətlər  və  dəhşətlər  törədir.  Onun 

vəhşiliyi və zülmündən hər kəsin bağrı qan olur. Hətta qaplanlar 

Hərb  İlahıdan  aman  diləyir.  Qartallar  öz  məskənlərini  tərk  edir. 

Dünya Adəm övladı ilə bərabər odda yanır, məhv olur. Şair onu 

təmsil edən şər qüvvələri – imperialistləri, cahan hərbinə səbəbkar 

olan  siyasət  ərlərini  şiddətlə  qınayır.  Qəzəblərini  söndürməyə 

çağırır, mərhəmətə, rəhmə dəvət edir.   

 

Ey şiddətü qəzəb savuran hamiyi-zəfər! 



Artıq yetər, usandı cihan, sən də bir usan! 

Tərk et şu qanlı toprağı, artıq çəkil, yetər: 

Hər kəs didişmədən yorulub, şimdi ruh açan 

Azədə bir havada çiçəklənmək istiyor, 

Pək tatlı bir ümid ilə əylənmək istiyor. 

 

Şairin  təsvir,  təqdim  və  tənqid  etdiyi  Hərb  İlahi  kimdir? 



Şübhəsiz  ki,  ilk  növbədə  imperialistlər  və  siyasət  ərləridir  – 

dünyada  mövcud  olan  real  şər  qüvvələrdir.  Əsatiri  baxımdan 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə