İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə34/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   30   31   32   33   34   35   36   37   ...   142

         

103

 

İsgəndər Atilla 

Cahan  hərbi,  insanların  tarixi  fəlakət  və  faciələri  şairə 

möhkəmcə  təsir  etmiş,  onu  ağıllı-başlı  sarsıtmışdı.  O,  bu  barədə 

öz  hiss  və  düşüncələrini,  həyəcan  və  təəssüfünü  şeir  dili  ilə 

söyləməyi  qərara aldı.  Yığın-yığın  insanların könül iztirabları və 

ruhi  sarsıntıları  və  fəryadlarını,  intizar  və  göz  yaşlarını  şeirə 

çevirdi.  

Müharibələrin  insanlara  vurduğu  yaralar  şairi  zaman-

zaman düşündürürdü. O, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, 

“Səyavüş”  və  “İblisin  intiqamı”  dramalarında  həmin  problemin 

üzərinə dönə-dönə qayıtdı. Almanlar tərəfindən başlanan birinci 

cahan hərbinə  münasibətini  şeirlərində  və  “İblis”  faciəsində, 

alman faşizminə və rus imperializminə münasibətini “İblisin inti-

qamı” dramasında ifadə etdi. 

1914-cü  ilin  dekabr  ayı  idi.  Naxçıvanda  havalar  soyuq 

keçirdi. Şair ata ocağında müharibənin təsiri altında gərgin hallar 

keçirirdi.  Sarıkamış,  Kars  və  Oltu  ətrafında  rus  və  ermənilərin 

türklərə qarşı törətdikləri qətliamı fikirləşdikcə, daha da əsəbləşir, 

dodaqları  səyriyirdi.  Bəzən  qaşlarını  düyünləyib,  məchul  bir 

nöqtəyə  baxırdı.  Qardaş  Türkiyənin  ağır  vəziyyətə  düşməsi, 

insanların amansızcasına öldürülməsi, evlərin talan edilməsi şairi 

həddindən  ziyadə  narahat  edirdi...  O,  bir  xeyli  düşündükdən 

sonra qələmi əlinə alıb ərəb əlifbası ilə kağız üzərində bu sözləri 

yazdı:  “Kars  və  Oltu  ətrafında  səbəbsiz  (!?)  alçaqcasına  qətl  və 

yəğma edilən məzlumlar için.” Şeiri yazıb bitirdikdən sonra onu 

“Səadət”  məktəbi  müəllimlərinin  nəşr  edəcəkləri  məcmuəyə 

göndərdi. Lakin məcmuə çıxmadığından şeir orada dərc edilmədi. 

“İqbal” qəzetinin redaksiyası bu haqda belə yazır: «Hüseyn Cavid 

bəy  əfəndi  tərəfindən  “Səadət”  müəllimlərinin  çıxaracağı 

məcmuəyə basılmaq üçün göndərilən bu şeir, məzkur məcmuənin 

çıxacağı baş dutmadığından “İqbal”da dərc olunur.»

1

 



Şeir çıxarışda göstərilən tarixdə qəzetdə çap edildi. Sonralar 

                                                 

1

 

“İqbal”, 19 mart 1915. 




104

                                            

Əsrin şairi IX 

şair  onu  1917-ci  ildə  nəşr  etdirdiyi  “Bahar  şəbnəmləri”  kitabına 

saldı.  Fəqət  şeir  tam  şəkildə  Cavidin  sovet  dönəmində  nəşr 

edilmiş  kitablarının  heç  birinə  daxil  edilmədi.  Yalnız  anadan 

olmasının  100  illiyilə  əlaqədar  yubiley  nəşrlərində  “Məzlumlar 

üçün”  başlığı  altında  çap  edildi.  Müstəqillik  illərində,  əslinə  uy-

ğun olaraq, şairin beş cildliyinin birinci cildinə salındı. Beləliklə, 

əsər yalnız nə az, nə çox, düz 81 ildən sonra Turan Cavidin səyilə 

tam  şəkildə  və  orijinalına  uyğun  olaraq  oxucuların  diqqətinə 

çatdırıldı.  

 

- Verin!.. Verin də, əvət susdurun şu fəryadı, 



Aman! Əsirgəməyin mərhəmətlə imdadı. 

Verin! Verin!.. Gözü yollarda bir yığın bəşərin, 

Nə heyrət, ah! Əsərsizmi bu uca ahü ənin

*

!? 



 

Şeir  bu  misralarla  başlayır  və  elə  ilk  beytlərdən  “dekadans 

şairin” nə dərəcədə böyük həyəcan və sarsıntı keçirdiyini duymaq 

olar.  Şair  şeirdə  qəhr  olan  füqəraya,  titrəşib  mələşən  yavrulara, 

kəfəni  al  bələdən  biçilmiş  insanlara,  öz  qanları  ilə  qarlı  dağları 

“təzyin edən qızılgüllərə”, müdhiş həyata gülən cənazələrə sanki 

qara yas tutur. Cənazələr sanki bəni-bəşərin duyğusuz səfillərinə, 

ədalətə,  insafa,  haqqa,  vicdana,  İncilin  həqiqətlərinə,  Quranın 

hökmlərinə  gülür.  O,  müharibənin  qanlı  səhnələrini,  insanlara 

gətirdiyi  faciə  və  fəlakətləri  düşünərkən,  sanki  qafası  dönür. 

Səsini sanki yaralıların ah-naləsinə qataraq, onların yaşadıqları fa-

ciələrdən daha artıq dərəcədə faciə yaşayır və mənəvi əzab çəkir. 

 

O parə-parə cəsədlər demək bu gün məsud... 



Gətirməz onları artıq bir ehtiyaci-ənud. 

Fəqət qalanlar, o bikəslər – ah ya Rəbbi! 

Nə yapsın!? İştə qoşar canlı bir cənazə kibi. 

Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş, 

Qoşar ümidi-səadətlə müztərib, mədhuş... 

                                                 

*

 

İnilti, zarıma bunca əsərsizmi?



 


         

105

 

İsgəndər Atilla 

Şair  sanki  zülm  və  fəlakət  içində  çabalayan  canlı  cənazələrə, 

çarəsiz qalmış ac, susuz və vahimə içində yaşayan insanlara göz yaşı 

tökür. Bəşərin ruhunun və qəddarlıq fəlsəfəsinin büsbütün dəyişdi-

yindən narahat və pərişan olur. Yeri düşdükcə Adəm övladı, Allah, 

din, ədalət, həqiqət haqqında fəlsəfi düşüncələrini ortaya qoyur. 

 

 

 



Ah, əvət, həp dəyişdi ruhi-bəşər

Hökm edər şimdi başqa fəlsəfələr. 

Yaşadan kainatı qüvvətdir. 

Gücsüzün həp nəsibi zillətdir. 

Kürreyi-ərzi qaplamış həyəcan, 

Verilir hər dəqiqə bin qurban. 

Şərqü Qərb iştə püskürür al qan...

1

 



 

 

 



Yer  üzərində  baş  verən  vəhşət  və  dəhşətləri  düşündükcə, 

şair  geniş  dünyada  özünə  yer  tapa  bilmir.  Amansız  dünya  və 

qəddar bəşəriyyət qarşısında tarixi suallar qoyur: “Çarpışmaq və 

vuruşmaq,  qan  tökmək  və  can  vermək,  məhv  etmək  və  məhv 

olmaq, əzib və əzmək neçindir əcəba?!.” Şair bu kimi suallarla elə 

bil ki, “Hübuti-adəm” şeirində irəli sürdüyü fikirləri tamamlayır: 

“Əzil, qəhr ol, keçənlər keçdi, heyhat! // Budur Həqdən səninçin 

son  mükafat!”  Cənnətdən  yer  üzərinə  qovulmuş  Adəmdən 

törəmiş həmin bəşərdir ki, həmin alçaq cinayətin əzabını çəkir və 

çəkəcək!  Cahanı  qan  çanağına  döndərir  və  döndərəcək!  Dağıdır 

və  dağıdacaq!  Məhv  edir  və  məhv  edəcək!  Bəşər  övladının  min 

illər ərzində qazandığı sivilizasiyaya son qoyur və qoyacaq!.. 

“Gücsüzün  nəsibi,  acizlərin  cəzası  zillətdir”  deyən  şair, 

zillətdən  qurtarmaq  üçün  insanları  aciz  olmamağa,  öz  haqqı, 

hüququ uğrunda mübarizə aparmağa səsləyir. Həyatın mənasını 

yaşamaq  uğrunda  mübarizədə  görür.  İnsanları  yaşamaq,  yaşat-

maq üçün çalışıb çabalamağa, göy kimi guruldamağa, bərq olub 

                                                 

1

 

Hüseyn Cavid. Əsərləri, I cild, Bakı, 2005, s. 73. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə