İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə32/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   28   29   30   31   32   33   34   35   ...   142

         

97

 

İsgəndər Atilla 

Mən bu cümlələri 30 yanvar 2013-cü ildə yazıram. Yazdıqca 

həyəcanlanıram, əlim titrəyir. Ömrünü uzun illər müəllimliyə sərf 

etmiş  bir  şəxs  üçün  bu,  təbiidir.  Bir  əsr  bundan  öncə  böyük  bir 

şairin yazdığı şeir məni düşündürür. Öz-özümə sual verirəm: bu 

gün bizim məktəblərimizdə oxuyan Ənvər kimi balalarımız və o 

nakəs müəllim kimi müəllimlərimiz yoxmudurmu? Var! Sumqa-

yıtda bir məktəbdə bir neçə uşağı sinifdə şagirdlərin gözləri qar-

şısında döyən müəllimin hərəkətinə nə ad vermək olar?.. O, yaxşı 

ki, həmin uşaqları əlilə döyürdü. Bizim bəzi bölgələrdəki məktəb-

lərdə  çubuqla  döyürlər.  Mən hələ  bir  şagirdi  kor  edən müəllimi 

demirəm... Ey kamal sahibləri! Azərbaycanın düşünən beynləri! Unut-



mayın!  Milləti ucaltmaq və  firavan cəmiyyət qurmaq üçün, dünya ilə 

ayaqlaşmaq üçün təhsil mühüm bazadır

Şair  “İlk  bahar”  şeirini

*

  kiçik  bir  məktəbliyə  həsr  etmişdir. 



Şeirdə  baharın  gəlişilə  əlaqədar  olaraq  təbiətin  oyanması, 

məktəbli  qız  və  oğlanların  əl-ələ,  qol-qola  verib  şənlənməsi  və 

Allahın qüdrətinə heyran qalmaları təsvir edilmişdir. 

Bahar  gəlmişdir.  Təbiət  al  və  yaşıl  dona  bürünmüşdür. 

Güllər, çiçəklər oyanmışdır. Göyün altun saçlı qızı Günəş hər yerə 

nur saçır. İnsanların tutqun konlünü açır. Yerlər və göylər işıl-işıl 

parlayır, bülbüllər ötür, quşlar cəh-cəh vurur, uşaqlar güllüklərdə, 

çəmənliklərdə dərnək qurur. 

 

Sevgili bir çoban, on bir yaşında, 



Düdük çalır aqar sular başında. 

Ətrafında qoyun, quzu hoplaşır, 

Oynar, mələr, qoşar yenə toplaşır. 

 

Bir  yanda  uşaqlar  sevinc  və  fərəh  içində  deyib-gülür,  oy-



nayır. Baharın gəlişindən sanki göydə quş kimi qanad çalırlar. Bir 

yanda  dul  bir  qadın  xəstə  uşağını  öpüb  oxşayır.  Ananın  körpəsi 

                                                 

*

 



Şeir 21 aprel 1912-ci il tarixində “Küçük bir məktəbliyə” qeydi ilə “Məktəb” 

jurnalında çap edilmişdir. 




98

                                            

Əsrin şairi IX 

xəstə olsa da, o da baharın gəlişinə sevinir. 

 

Bir yanda bir dul qadın ağır-ağır 



Xəstə yavrusunu öpüb oynadır. 

Bir yanda məktəbli bir çoq qız, oğlan 

Oynaşıb oquşur hər bir ağızdan. 

Əl-ələ, qol-qola şadyan olurlar

Haqqın qüdrətinə heyran olurlar.

1

 



 

Şairin uşaq şeirləri arasında ən məşhuru “Qız məktəbində” 

şeiridir.

*

  Mən  burada  “Öksüz  Ənvər”  şeirilə  həmin  şeiri  qısaca 



müqayisə  etmək  istəyirəm.  Onlar  məzmunca,  təbiidir  ki,  başqa-

başqa  şeirlərdir.  “Qız  məktəbində”ki  şeirin,  belə  deyək,  baş 

qəhrəmanları  şagird  Gülbahar  və  bir  müəllim  əfəndidir.  Şagird 

Ənvər  və  Gülbahar  bilikdə,  nəzakətdə,  ədəbdə,  yaxşı  oxumaqda 

bir-birinə  çox  oxşasalar  da,  müəllimlər  tamamilə  başqa-başqa 

şəxslərdir.  Ənvərin  müəllimi nə  qədər  kobud,  mərifətsizdirsə, 

Gülbaharın müəlliməsi bir o qədər nəzakətli, mərifətli, vəzifəsinə 

layiq və vəzifəsini başa düşən şəxsdir.  

“Qız  məktəbində”  dialoqlu  şeirin  gözəl nümunəsidir  və 

böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Onu  nəinki  uşaqlar,  bö-

yüklər də sevirlər. Qızı sorğu-suala tutan müəllim ilə Gülbaharın 

dialoqunun ilk misralarına nəzər yetirək. 

 

- Quzum, yavrum! Adın nədir? 



- Gülbahar. 

- Pəki, sənin anan, baban varmı? 

- Var. 

 

Ədəb-ərkan, səmimiyyət, nəzakət, mehriban və şirin rəftar bu 



şeirin ana xəttini, onun tərbiyəvi əhəmiyyətinin mahiyyətini təşkil 

edir. Müəllim əfəndi ilk öncə elə zənn edir ki, Gülbahar yoxsul bir 

                                                 

1

 



Hüseyn Cavid. Əsərləri, I cild, Bakı, 2005, s. 48. 

*

 



Şeir 22 may 1912-ci il tarixində “Məktəb” jurnalında “Bir qız” başlığı altında 

çap edilmişdir.

 



         

99

 

İsgəndər Atilla 

ailədən  olduğu  üçün  sadə  geyinmişdir.  Amma  biləndə  ki,  onun 

atası  zəngin  bəyzadədir,  təəccübünü  gizlədə  bilmir.  Həmən sual 

edir: 


 

- Öylə isə, geyindiyin geyim niçin böylə sadə? 

Yoqmu sənin incilərin, altun bilərziklərin? 

 

Dərhal da sualına cavab alır: 



 

- Var, əfəndim, var... Lakin 

Müəlliməm hər gün söylər, onların yoq qiyməti, 

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. 

 

Yeri  düşmüşkən  deyim  ki,  “bilgi”  sözünü  ədəbiyyatımıza 



Cavid  gətirmişdir.  Çox-çox  sonralar  bu  söz  yazılı  ədəbiyyatda  və 

danışıq dilində geniş işlədildi. Görkəmli alim Mirəli Seyidov həmin 

sözü danışığında tez-tez işlədərdi. Çünki o, Cavid irsilə yaxşı tanış 

idi. 


Müəllim  əfəndi  qızın  ailədə  və  məktəbdə  aldığı  tərbiyəyə 

heyran  qalır.  Onun  biliyini,  dünyagörüşünü,  inanc  və  etiqadını 

daha  dərindən  yoxlamağı  qərara  alır.  Gülbahar  bu  imtahandan  

alnı  açıq,  üzü  ağ  çıxır.  Müəllim  onun  dünyada  ən  çox  kimləri 

sevdiyini soruşduqda qız tərəddüd etmədən cavab verir: 

 

- Ən çoq sevdiyim ilkin 



O Allah ki, yeri-göyü, insanları xəlq eylər. 

Sonra onun göndərdiyi elçilər. 

- Başqa sevdiklərin nasıl, yoqmu? 

- Var... 

- Kimdir onlar? 

Anam, babam, müəlliməm, bir də bütün insanlar. 

 

Bu gün bir çoxlarının bəyənmədiyi, dodaq büzdüyü köhnə 



nəsil ailədə  və  məktəbdə  bu  cür  tərbiyə  alırdı.  Buna  görə  də 

cəmiyyətdə  əxlaq  və  davranış,  böyük-kiçik  münasibətləri,  bu 

günlə müqayisədə, qaydasında idi. Evlərdə, ailələrdə bin-bərəkət 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə