İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə29/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

88

                                            

Əsrin şairi IX 

yaxşı dərk edir. 

Cavid  gələcəkdə  “Şəfqəti-ayini-məsiha nə  imiş?”  sualı  və 

məsələsi üzərinə “Şeyx Sənan” faciəsində dönəcək, bunu Sənan və 

Xumarın timsalında təsvir edəcəkdir... 

Şair  1913-1914-cü illərdə  Tiflisdə  yaşarkən  Şeyx  Sənan 

haqqında  əfsanə  ilə  maraqlanır.  Şeyx  Sənan  dağına  gəlir,  onun 

türbəsini  ziyarət  edir.  Həmin  mövzuda  bir  qəzəl  yazıb,  qəzetdə 

çap etdirir. Əziz Şərif bu haqda yazır:  «O günlərdə qəzetdə

*

 dərc 



edilmiş  “Şeyx  Sənan”  doqquz  beytdən  ibarət  balaca,  lakin  son 

dərəcə  gözəl  və  incə  bir  qəzəl  idi  və  bu  başlıqla  çap  edilmişdi: 

“Ədəbiyyat”.  “Bahar  şəbnəmləri”ndən  bir  yapraq.  “Şeyx  Sənan 

türbəsi önündə.”»

1

 

Doqquz  beytdən  ibarət  olan  qəzəl  gerçəkdən  son  dərəcə 



gözəl, zərif, Şeyx Sənanın ruhunu və pak məhəbbətini vəsf edən 

bir əsərdir. Xüsusi hiss və duyğularla qələmə alınmışdır. 

 

Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən! 



Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zevq al bu fürsətdən. 

Donanmış hər tərəf pürşölə yıldızlarla... Caizdir 

Ki, Tiflis ərşi-pürəxtərlə dəm vursun rəqabətdən. 

 

Göydən enmiş Mələklər Şeyxin pak toprağından feyz alırlar. 



Böyük  Sənanın  məqbərəsini  Cənnət  gülzarı  sanırlar.  Yığın-yığın 

insanlar onun türbəsini ziyarətə gəlir. O piri-xoşdilin əbədi yuxu-

dan  oyanıb,  bu  fürsətdən  zövq  almasını  israr  edirlər.  Müqəddəs 

ziyarətgahı gülbusə ziyarətçilər hər an təzyin edirlər. Çünki o, bir 

mələksimaya  uyub  dini  və  imanı,  Quranın  ehkamlarını  atsa  da, 

təriqətdən  uzaqlaşsa  da,  özlərindən  sonra  eşq  əhli  üçün  məhəb-

bətdən  bir  təriqət  və  Kəbə  yapmışlar.  Eşqin  mənasını  bilmək 

istəyənlər, qoy uzağa getməsinlər. Gəlib onu Sənan və Caviddən 

soruşsunlar. Sənanın qüdsiyyətini görüb xəsalətdən lal olsunlar. 

 

                                                 



*

 

“İqbal”, 18 may 1914-cü il. 



1

 

Əziz Şərif. Keçmiş günlərdən, Bakı,1977, s. 99.



 


         

89

 

İsgəndər Atilla 

“Nədir mənası eşqin!?” Söyləyənlər nerdə? Bir gəlsin, 

Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən. 

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir, 

Məhəbbətdir, əvət, məqsəd şu pürəfsanə xilqətdən. 

 

Yeri  gəlmişkən,  2  iyun  2013-cü  ildə  AzTV-də  Beynəlxalq 



Muğam  Mərkəzində  Hüseyn  Cavidin  qəzəllərinə  həsr  edilmiş 

muğam axşamı (konserti) translyasiya edildi. Təbrizli xanəndə Fə-

raməz Qərmüridi sazəndələrin müşayiəti ilə şairin qəzəllərini çox 

gözəl,  yüksək  peşəkarlıq  və  sənətkarlıqla  ifa  etdi.  Mən  xanəndə-

nin  gözəl  ifasından  məmnun  qaldım  və  böyük  zövq  aldım. 

Düşündüm:  “Təbrizdə,  bütün  Cənubi  Azərbaycanda  Cavidi  biz-

dən çox sevirmişlər ki?!.”  

 

2.5. Dramatik əsərlərində qəzəl və muğamlar 

 

Cavid  “Şeyx  Sənan”,  “Şeyda”,  “Peyğəmbər”  və  “Xəyyam” 



pyeslərində  qəzəl  janrından  və  muğamlardan  istifadə  etmişdir. 

Atası yaxşı xanəndə olduğu üçün, mən bəzi qəzəllərini, məsələn, 

“Şeyda”da Xanəndənin muğamat üstündə oxuduğu qəzəli, atasını 

düşünərək  yazdığını  ehtimal  edirəm.  Qəzəl  janrından  ilk  öncə 

“Şeyx  Sənan”  faciəsində  istifadə  etmişdir.  10  misralıq  qəzəl 

Cənubi Azərbaycan şairi Racinin “Nə eşq olaydı, nə aşiq, nə hüs-

ni-dilbər olaydı, // Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.” 

mətləli qəzəlinin təsiri altında qələmə alınmış  və faciənin  birinci 

pərdəsinə daxil edilmişdir. Faciədə iki kor ərəb surətindən biri ud 

çalır, ikincisi hicaz muğamı üstündə yaralı bir səslə həmin qəzəli 

oxuyur. 

Cavid 1956-cı ildə bəraət aldıqdan sonra bir zamanlar Teatr 

Texnikuminda  onun  tələbəsi  olmuş  Adil  İsgəndərovun  qurulu-

şunda


*

  (20  illik  fasilədən  sonra)  dramaturqun  ilk  dəfə  olaraq 

                                                 

*

  M



ən 1977-1978-ci illərdə  görkəmli  teatr  xadimi  Adil  İsgəndərovdan Cavid 

haqqında xatirələrini alarkən, o, həmin tamaşadan söhbət saldı. Tamaşanın zəif 




90

                                            

Əsrin şairi IX 

“Şeyx  Sənan”  faciəsi  Azərbaycan  Dövlət  Dram  Teatrında  tama-

şaya qoyuldu. Görkəmli bəstəkar Fikrət Əmirov Korun mahnısına 

musiqi  yazdı.  Səhnədə  korun  mahnısını  Məmmədəli  Əliyev  ifa 

etdi. Onun yanıqlı ifası geniş tamaşaçı kütləsi və teatr ictimaiyyəti 

arasında  geniş  şöhrət  qazandı.  Bəlkə  tarixə  də  o,  elə  Korun 

mahnısı ilə düşdü. 

Mənə belə gəlir ki, qəzəlin bu cür təsirli yazılmasında şairin 

uşaqlıq və gənclik illərində göz xəstəliyinə tutulmasının, məhşur-

laşmasında Məmmədəli Əliyevin gözəl səsi və avazı mühüm rol 

oynamışdır. Faciənin 1920-ci illər tamaşalarında Korun mahnısını 

Bülbül  ifa  etmişdir.  Həmin  mahnını  Seyid  Şuşinski  də  oxu-

muşdur. 

Cavid  Təbrizdən Məşədi  Tağı  Sidqiyə  yazdığı  bir  mək-

tubunda görməyi Allahın insana bəxş etdiyi ən gözəl nemət kimi 

qiymətləndirirdi.  Uzun  illər  göz  ağrısına  düçar  olmuş  şairin  bu 

cür düşünməsi və yazması təbii idi. Məncə, müəllif əsərdə iki kor 

ərəbin surətini təsadüfən yaratmamışdır. İkinci Korun hicaz mu-

ğamatı üstündə oxuduğu qəzəl faciənin ruhuna və fəlsəfi mahiy-

yətinə  uyğundur.  Bir  qadının  cinayəti  ucbatından  dünya  işığına 

həsrət qalan ərəb sanki yerə və göyə qarşı üsyana qalxır. Onun:  

 

- Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, 



Nə xəlq olaydı, nə Xaliq, nə əşki-həsrət olaydı. 

 

- beytilə başlanan mahnısı səhnədə eşidilərkən salon sanki matəm 



sükütuna qərq olur.  

Filosofların təbirincə desəm, qəzəldə bədii fikri inkarı inkar 

üzərində quran şair, Korun ruhundan qopub gələn hiss və düşün-

cələri  çox  təbii  təsvir  edir.  Korun  sözləri  tamaşaçıları  həyəcan-

landırır,  ovqatlarına  bir  qəm-qüssə,  kədər  hissi  qatır.  Bəzən 

üsyançı, bəzən inkarçı, bəzən sufi və bəzən filosof kimi düşünən 

                                                                                                             

alınmasına etiraf etdi və dedi: “Məqsədim uzun illər səhnədən uzaqlaşdırılmış 

Cavidi s

əhnəyə  qaytarmaq idi.” Məncə,  bu,  o  zamanlar  böyük  bir  iş  və  əsl 

kişilik idi!... 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə