İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə25/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

76

                                            

Əsrin şairi IX 

Şimdi topraq yiyor da, fəryadı 

Çıqmış əflaka, həp yanar, sızlar... 

 

Şair zəvali-vətənin iqbalını himmət və ittihadda görür, sualu 



“Əgər sual edələr Salikin xəyalı nədir?” şəklində qoyur və ona bu 

cür cavab verir: 

 

- Deyin həqiqəti, ancaq olub məali-vətən. 



 

Yəni: Əgər Salikə sual etsələr xəyalı nədir? Həqiqəti deyin: 

Onun xəyalı ancaq vətəndir, vətən məfhumudur. 

O, üzünü vətən kişilərinə tutaraq, onları himmətə, ittihada-

ittifaqa, birləşməyə, həmrəy və həmfikir olmağa çağırır. Bu fikir o 

zamanlar Türkiyə, Krım və Azərbaycanda geniş yayılmış türklük, 

ittihad  və  tərəqqi  məfkurə  və  ideyasından,  “Türk  yurduna  şan 

verən,  ölgün  millətinə  qan  verən”  İsmayıl  bəy  Qasprinskinin 

“İşdə  birlik,  dildə  və  fikirdə  birlik!”  şüarından  irəli  gəlirdi.  Şair 

1914-cü ildə İsmayıl bəyin vəfatından kədərlənəcək və onun vəfatı 

münasibətilə şeir yazacaq. 

1905-1906-cı  illərə  qədər  yaradıcılığında  müəyyən  təkamül 

yolu  keçən  şair  sonralar  gözəl  və  bədii  cəhətdən mükəmməl 

əsərlər  yazmaq  istedad  və  qabiliyyətini  ortaya  qoyur.  Şeir  və 

sənətdə  daha  çox  axtarışlar  aparan  bir  modernist  və  moralist 

sənətkar kimi diqqəti cəlb edir. Sənətin sirlərinə dərindən yiyələn-

məklə, düşünən və oxucuları düşündürən bir şair kimi ədəbiyyat 

aləminə  atılır.  Vətən,  millət,  əsarət  və  hürriyyət  haqqında  ciddi 

düşünməyə  başlayır.  Bu  cəhətdən  onun  “Növhə”  müxəmməsi 

əhəmiyyətlidir.  Müxəmməs  şairin  1905-1906-cı  illərə  qədər 

qələmə aldığı ilk iri həcmli əsəridir. 17 bənd, 85 misradan ibarət-

dir.  1906-cı  ildə  İstanbulda  yazılmış,  “Xeyirxahi-vətən:  H.Rasi-

zadə”  qeydi  ilə  “İrşad”  qəzetinə  göndərmişdir.  Qəzet  onu  öz 

səhifəsində dərc etmişdir.

1

 



                                                 

1

 



“İrşad”, 18 yanvar 1906. 


         

77

 

İsgəndər Atilla 

Növhə - dini istilah olsa da, adətən bir şəxsin ölümünə həsr 

edilmiş  ağıya,  naləyə  deyilsə  də,  hüzn,  kədər  və  s. mənalarını 

ifadə  etsə  də,  şair  ona  yeni  məzmun  vermişdir.  Şeir  dini 

məzmundan  uzaqdır.  Millətin,  vətənin  halına  və  əhvalına 

“dekodans şairin” hüzn, kədər, ağı və naləsinin bədii ifadəsidir.  

Müxəmməs  öz  poetik  üslubu  və  məzmununa  görə  mü-

kəmməl  bir  sənət  əsəri  təsirini  bağışlayır.  Dini  məzmundan  çox 

milli,  sosial  məzmun  və  mahiyyət  daşıyır.  Şair  sanki  çar 

Rusiyasının  əsarəti  altında  inləyən  vətən  və  millətinə  yas  tutur. 

Vətən və millətin ağrı-acısını, dərdini, məşəqqətini, problemlərini 

dilə  gətirir.  Təsadüfi  deyil  ki,  şeirin  ilk  misrasını  “Gönlüm  quşu 

geyib genə matəm libasını” misrası ilə başlayır. Fikir və məsləkcə 

müasiri M.Ə.Sabirin yolunu tutur, səsinə səs verir. Gələcəkdə bö-

yük  Şəhriyar  sanki  Cavidi  yad  edərək  yazacaq:  “Gönlüm  quşu 

qanad çalmaz sənsiz bir an, Azərbaycan!..” 

Şairin  dərddən,  möhnətdən,  millət  əzasından  könlünün 

quşu ney tək fəğana gəlir. Millətin vücudunun fani olması, islam 

dinindən  yalnız  söz  qalması,

*

  vətən  torpağında  mədəniyyət  atə-



şinin sönməsi, ondan yalnız köz qalması şairi düşündürür. Mədə-

niyyət  atəşinin  ziyasından  qalan  közü  söndürmək  istəyənlərin 

niyyəti onu hiddətləndirir. 

Müxəmməsdə  qaldırılan  problemlərdən  biri  vətən  və  millət 

dərdidirsə, digəri cəhalətdir. Ölkə cəhalətdən dəstigiri-ğəmdir. Ona 

hər  səmtdən  möhnət  və  ələm  yetişir.  O  zillətə  tab  etdikcə,  hər  cür 

sitəmlə üzləşir. Vətənin və millətin dərdini, ələm ini özünün dərdinə 

və ələminə çevirən lirik qəhrəman, bundan dərin təəssüf hissi keçirir. 

 

Millət vücudi fani olub, iki göz qalıb, 



İslam dini tərk olub, ancaq iki söz qalıb... 

Olduq cəhalətilə əcəb dəstəgiri-ğəm, 

Hər səmtdən bizə yetişir möhnətü ələm... 

                                                 

*

 

Şair  islam  dini,  vətən və  millət dərdi ilə  bağlı  fikirlərini “Həsbi-hal” silsilə 



maq

ələlərində daha geniş şəkildə şərh etmişdir. 




78

                                            

Əsrin şairi IX 

Bihimmət olduq, olmadı bizlərdə bir xəyal, 

Əğyar içində olduq odur kim füsürdəhal...

*

 



 

Bu məqamda Cavid fikir və düşüncə etibarilə qələm dostları 

M.Ə.Sabir və M.Hadi ilə birləşir. 

Şair şeirində millət və onun hüququ probleminə də toxunur. 

Bir  çox  millətin  öz  hüququna  nail  olması,  onun  mənsub  olduğu 

millətin  isə  olmaması  lirik  qəhrənmanı  narahat  edir.  Özgə 

millətlər,  başlarına  odlar  tökülsə  də,  çalışırlar,  vuruşurlar, 

istədiklərinə nail olurlar. Bəs bizlər, bizimkilər?.. Bizlər isə ictimai 

fəallıq baxımından passivik, ətalət və əsarətdən xilas ola bilmirik. 

Şair  nicat  yolunu  inqilabda  deyil,  ictimai-siyasi  fəallıqda,  xalqın 

maariflənməsində  görür.  Düşünür  ki,  hər  millət  öz  təriqinə  hür-

riyyət,  kəsb  etdiyi  maarifə  qiymət  axtardığı  halda,  biz  əynimizə 

geydiyimiz qəflət libası ilə özümüzə töhmət axtarırıq.  

 

- Gözdən rəvadı su yerinə xani-dil gilə. 



Qan ağla, ey bəlalı göz, aramasan hələ? 

Aləm köçüb, yatıbdı bizim nuri-qafilə,  

Və həsrata, əcəb işimiz düşdü müşkülə... 

 

- deyərək, haray çəkir, şivən qoparır. Vətən və millətin bu gününə 



baxıb,  gələcəyini  düşünür.  Vətəni cəhalətə  sürükləyənləri,  vəh-

şiliyi  əbnayi-millətə  irs  qoyanları,  onu  qəflət  yuxusuna  qərq 

edənləri  Allaha  tapşırır.  Vətəndə  məktəb,  maarif  və  təhsilin 

səviyyəsi  və  vəziyyətindən  dilxor  olur.  “Əcnəbilər  seyrə  balon-

larla çıxır, // Biz hələ avtomobil minməyiriz” deyən böyük Sabirin 

səsinə səs verir. 

 

Oldu əcəb bu əsrdə pəjmürdə halımız,  



Lal oldu qəflətilə lisanü məqalımız. 

Nə ar var, nə elmü hünər, nə kamalımız, 

Yox bircə məktəb açmağa xəlalımız, 

Ta görməyərək bu halilə millət bəlasını. 

                                                 

*

 



Ruhdan düşmüş, bürüşmüş...

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə