İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə24/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

         

73

 

İsgəndər Atilla 

onları iffətini qoruyan süs geyimli tüldə təsvir edir. 

 

* * * 

Hazırda dünya alimləri Adəm və Həvva əfsanəsinin doğru, 

yaxud yalan olmasını araşdırırlar. Bəzi fərziyələrə görə, Adəm və 

Həvva  Cənubi  Azərbaycan  dağlarında  yerə  enmişdir.  Başqa  bir 

versiyaya  görə,  hadisə  Ərəbistanda  baş  vermişdi.  Amerika 

alimlərinin  son  tədqiqatlarına  görə,  əgər  belə  bir  hadisə  baş 

vermiş olsaydı, ilk öncə Həvva, yüz min ildən sonra isə Adəm yer 

üzünə gəlməli idi... 



 

Şimdi  əsl məqsədim  vətənə 

xidmət,  həm də  layiqincə  xidmət 

etməkdir. 

 

2.3. Caviddə yurd sevgisi, yaxud vətən və  

millət qəmilə cünun olan şair 

 

“Vətən,  vətən  deyərək hər  diyara  səs  salıram.”  Və  “Millət 

qəmilə  az  qalıb  cünun  olum.”  Misralarını  şairin  bu  mövzuda  və 

bu ruhda yazdığı əsərlərinin leytmotivi hesab etmək olar. 

Şair  qürbət  həyatın,  qəribçiliyn  nə  olduğunu  hələ  gənc 

yaşlarında  ilk  öncə  Təbrizdə,  daha  sonra  Urmiya  və  İstanbulda 

yaşayarkən duymuş və dərk etmişdir. Qürbət həyatı və qəribçilik 

onun həyat və yaradıcılığında silinməz izlər qoymuş, məktub və 

şeirlərində  həmin  mövzunun  üzərinə  dönə-dönə  qayıtmışdır. 

Cənubi  Azərbaycanda  və  Türkiyədə  sıxıntılı  və  müsibətli  bir 

həyat  yaşayan  şair,  tez-tez  vətənini  xatırlayır,  ürəyinin  dərd, 

kədər və ələmini kağıza köçürməklə sakitlik və rahatlıq tapırdı.  

1908-ci  ilin  yay  günlərindən  biri  idi.  Şair  İstanbul  Darül-

fünununda oxuyurdu. Son dərəcə sıxıntı içində idi. Hamisi Qur-

banəli Şərifova məktub yazırdı. İlk cümləni belə başladı: “Yalnız 

kəndiniz  oxuyacaqsınız!..”  O,  məktublarında  Qurbanəli  bəyə 

İstanbul haqqında çox şey yazmışdı. Ancaq bu gün başqa şeylər 



74

                                            

Əsrin şairi IX 

yazır, ürəyinin dərdini, vətən nisgilini kağız üzərinə köçürürdü. 

-  Əfəndim!  Bən,  sağlıq  olsa,  marta  qədər  Qafqazı  ziyarət 

edəcəyəm, ziyarətinizə  ki, bəncə, ən böyük səadətdir, nail olaca-

ğam.  Lakin  İstanbuldan  yavaş-yavaş  soyumağa  başlayıram... 

Şimdi burada hər zəhmətə mütəhəmmil olub da aldığım maaşla 

fəqiranə  bir  güzəran  ilə  burada  üç-dörd  sənə  qədər  dəxi  həm 

tədris,  həm  də  tədərrüs  edə  bilərəm.  Lakin...  Validəm,  vətənim, 

vətəndaşlarım bütün-bütün unudulacaq bir hala gəlir...

1

 



Bu, şairin səmimi etirafı idi. O, bir çox Qafqaz, Orta Asiya və 

Krım  türkləri  kimi,  İstanbulda  Osmanlı  olmaq  istəmirdi.  Vətəni, 

valideynləri və vətəndaşları onu maqnit kimi özünə çəkirdi. (Şair 

həmin məktubu  yazanda  heç  ağlına  da  gətirmirdi  və  gətirə  də 

bilməzdi  ki,  31  ildən  sonra  o,  müdhiş  bir  Sibir  həyatı  da 

yaşayacaq...) 

Şairin  vətən  və  millət  mövzusunda  yazdığı  üç  şeiri  diqqəti 

xüsusilə cəlb edir. Onlardan biri “Olubdu qəlbimə hakim mənim 

məlali-vətən”  misrası  ilə  başlayan  qəzəldir.

*

  İkincisi,  “Növhə”, 



üçüncüsü,  “Hali-əsəfiştimalımı  təsvirdə  bir  ahi-məzlumanə:” 

şeirləridir. Şeirlərin üçü də İstanbulda qələmə alınmışdır.  

İlk öncə bir neçə söz “Olubdu qəlbimə hakim mənim məlali-

vətən”  (Yəni:  Vətən  hüzni,  kədəri,  qəmi mənim  qəlbimə  hakim 

olubdur.) qəzəli barəsində. Qəzəlin 1906-1907-ci illərdə yazıldığını 

ehtimal etmək olar. O  məzmunca şairin başqa qəzəllərindən çox 

fərqlənir. Burada nə gül, nə bülbül, nə də lirik qəhrəmanın eşq və 

məhəbbət yolunda çəkdiyi əzab təsvir edilir. Qəzəldə şairin vətən 

haqqında bədii düşüncələri öz əksini tapmışdır. 

 

- Vətən, vətən deyərək hər diyara səs salıram. 



Düşərmi bircə dilimdən mənim məqali-vətən... 

                                                 

1

 

Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 67-68. 



*

  Q


əzəl  farsca  yazılmışdır.  Onu  Azərbaycan türkcəsinə  İ.Cəfərpur tərcümə 

etmişdir. “Azərbaycan” jurnalında və Ə.Şərifin “Keçmiş günlər” kitabında çap 

edilmişdir.

 



         

75

 

İsgəndər Atilla 

-  deyən,  vətən  sözü,  vətən  mövzusu  dilindən  düşməyən 

“dekadans  şair”,  dünyaya  səs  salır.  Onu  xata-bəladan,  hüzn  və 

kədərdən  uzaq  görmək  istəyir.  Başında  şeir  ilə  məskən  salmış 

vətənini xəyalında canlandırır. 

 

Neçin şərafətini, fəxrini verib əldən, 



Bu qədər yurduna biganədir ricali-vətən? 

 

Vətən  kişilərinin,  vətən  ərlərinin  öz  yurdlarına  qarşı 



biganəliyindən şair təəssüf hissi keçirir. Vətən söhbəti qürbət eldə 

bir an da olsa onun dilindən düşmür. Çünki: 

 

- Vətən məhəbbətini əmr edibdi peyğəmbər, 



Xoş ol kəsə, ona həmdəm olub vüsali-vətən... 

 

Qəzəlin  kontekstində  “vətən”  anlayışı  geniş  məna  daşıyır. 



Şair  “vətən”  deyərkən  yalnız  Azərbaycanı,  Qafqazı  deyil,  böyük 

arealda  yaşayan  türk  ellərini,  türk  soylarını,  türk  yurdlarını, 

bütövlükdə  bütün  müsəlman  dünyasını  nəzərdə  tutur.  Vətənin 

şərafətinin  əldən  verilməsi,  vətən kişilərinin  ona  qarşı  laqeydliyi 

şairi  narahat  edir.  Ürəyi  sanki  qan  piyaləsinə  dönür.  Birmənalı 

şəkildə  bildirir:  “Zəmanə  ötsə  də  möhnətli,  əminəm,  qanlı 

qəlbimdən vətənin ibtizali slinməyəcək.” 

Mən burada oxucuların diqqətini şairin “ibtizali-vətən”, yəni 

“vətən  zilləti”  anlayışına  cəlb  etmək  istəyirəm.  Zaman  keçdikcə 

şair  əsərlərində  həmin  problemin  üzərinə  dönə-dönə  qayıdacaq. 

Bütün  ömrü  boyu  doğma  vətənini,  türk  ellərini  azad  və  xoşbəxt 

görmək  arzusu  ilə  yaşayacaq.  “Hərb  və  fəlakət”  şeirində  şərəfli 

Turanın  tarixinə  nəzər  salacaq,  bundan  böyük  qürur  hissi 

keçirəcək.  Fəqət  yaşadığı  zamanda  əzilən  və  qəhr  olan  türkün 

halından  sanki  dəli-divanə  olacaq,  qanlı  göz  yaşı  tökəcək  və 

böyük ürək ağrısı ilə yazacaq: 

 

- ...Ah, bir baqıb görsən!? 



O şəhamətli türkün evladı 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə