İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə40/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   36   37   38   39   40   41   42   43   ...   142

         

121

 

İsgəndər Atilla 

lərində  üzləşdiyi  faciə  və  fəlakətlərə  biganə  qala  bilməzdi.  Bu, 

sadəcə  mümkün  deyildi!  Bax,  buna  görə  də  “Hərb  və  fəlakət” 

şeirinin  ikinci  və  üçüncü hissələri  sovet  nəşrlərinə  daxil  edil-

məmişdi.  Çünki  “burjua  Türkiyəsi  Azərbaycanın  düşməni  idi”. 

Sovet senzurası həmin hissələrin üstündən xətt çəkirdi. Turan Ca-

vid bu sözləri həmişə kədərlə deyirdi. 

 

Şair  şeir  üzərində  çalışırdı.  Gah  qədim  Turanın  şanlı 

tarixindən,  gah  müasir  Türkiyənin  faciə  və  fəlakətindən  yazırdı. 

Ah, o, yazdıqca necə də sarsılır, necə də əzab çəkir, necə də təəs-

süflənirdi?!.  Nəhayət,  şeirin  ikinci  hissəsini  bitirdi.  Üçüncü 

hissəsini  yazmağa  başladı.  Lakin  bilmirdi  ki,  iki  ildən  sonra 

ermənilər  onun  doğma  vətəni  Naxçıvana  təcavüz  edəcək,  xarici 

qüvvələrin köməyilə onu “Ermənistana” birləşdirməyə cəhd edə-

cəklər.  Şair  “Aras”  Türk  hökumətində  təmsil  olunacaq,  səsini 

xalqının səsinə qatıb, mitinq və yürüşlərdə həmin şeirdən parçalar 

oxuyacaq. Naxçıvanlıları düşmənə qarşı səfərbər olmağa ruhlan-

dıracaqdır. 

10 

O, üçüncü hissəni bu misralarla başladı: 

 

- Arqadaş, yoldaş! Ey vətəndaş, oyan! 



Yatma artıq, yetər... Dəyişdi zaman

Sıyrılır, baq, yavaş-yavaş zülmət, 

Barı dan yıldızından al ibrət!.. 

 

Şair  bu  misralarla  türkləri  qəflət  yuxusundan  oyanmağa, 



ittihada,  öz  haqqı,  hüququ  uğrunda  mübarizəyə  çağırırdı.  Yeni 

əsri  maarif,  mədəniyyət,  elm  və  təhsil  əsri  hesab  edən  şair

zaman  ilə  ayaqlaşmayan  millətin  taleyini  və  gələcəyini  qaranlıq 

görürdü. Türkə çağırış edirdi: 

 

Azacıq varsa hissü vicdanın, 



Qalq, oyan! Sönməmişsə imanın 


122

                                            

Əsrin şairi IX 

Qalq, oyan! Gör nə fikrə xadimsin? 

Kimlərin oğlusun? Nəsin? Kimsin? 

 

11 

Şair şeirlərində bəzən üstüörtülü, bəzən açıq şəkildə türklük 

cərəyanına  mənsub  olduğunu  gizlətmirdi.  Şərqə  və  Qərbə  nəzər 

salaraq,  birincidə  tənəzzül,  ikincidə  inkişaf  görürdü.  Yeni  əsrin 

türkünü  diksinib  ayılmağa,  dünyanın  gedişi  və  gərdişindən 

xəbərdar  olmağa,  yerdə  çarpışan,  göydə  od  saçan  Adəm 

övladlarının əməllərinə diqqət yetirməyə dəvət edirdi. 

 

Sürünüb durma böylə, bir yüksəl! 



Bir düşün, gör beş-altı əsr əvvəl 

Nə idin? Şimdi nerdəsin? Bu nə yəs? 

Əcəba yoqmu səndə izzəti-nəfs?.. 

Yetişir, haydı zəfi, əczi bıraq! 

Qan, alev püskürən mühitinə baq! 

 

Bədii  ədəbiyyatda  türkçülük  cərəyanının  alovlu  təbliğat-



çısı  olan  şair  bu  barədə  görüşlərini  ilk  öncə  şeirlərində,  sonra 

dramatik əsərlərində ortaya qoymuşdur. 

 

12 

Şair  şeirlərində  türkü  israrla  ayağa  qalxmağa,  qol-qanad 

açmağa,  sürətli  addımlar  atmağa,  zillətə,  əsarətə  boyun 

əyməməyə  səsləyir  və  ona  xatırladırdı:  “Əgər  başqa  cür  olsa, 

sürüsündən  ayrı  düşən  qoyun  kimi  parçalanacaqsan,  ayaqlar 

altında  məhv  olacaqsan.”  O,  odlu-alovlu  misraları  ilə  türk 

övladını  ümidləndirir,  ona  şərəfli  tarixini  xatırlamaqla,  qanlı 

hadisələrdən  qorxmamağa,  şaşırıb  durmamağa,  yüksəlməyə  və 

bir  daha  yüksəlməyə  çağırırdı.  Müasir  türkü,  bir  şeirində  təsvir 

etdiyi Qoca bir Türk kimi, görmək istəyirdi: 

 

Qoca, səksən yaşında bir sima, 



Qoca bir türk edib namazı əda; 


         

123

 

İsgəndər Atilla 

Parlıyor qəhrəmanca nasiyəsi; 

Oqunur çöhrəsində Turanın 

Şanlı tarixi, keçmiş ənənəsi; 

Budur ancaq duası, virdi, sözü: 

“Ey böyük Tanrı! Ey böyük Yaradan! 

Hər bəladan əsirgə yurdumuzu, 

Kamran eylə şanlı ordumuzu...” 

 

 

13 



Şair başqa bir şeirində yazır: 

 

- Çoq əzildin, yetər, ər oğlu, ər ol! 



Çırpınıb çareyi-xilas ara, bul!.. 

İdeal arqasınca qoş, çırpın! 

İdealsız nicat ümidi məhal... 

“İttihad!” ən böyük ideal! 

Səni qurtarsa, qurtarır birlik, 

Çünki birlikdədir fəqət dirilik!.. 

 

O zaman (elə bu gün də) əzilən, haqqı və hüququ tapdanan 



türkün  ittihada  –  ittifaqa,  birləşməyə  böyük  ehtiyacı  var  idi. 

Türkçülük məfkurəsi  türkün  yer  üzərində  bir  millət  kimi 

yaşaması üçün zəruri idi. Tarixin gedişatına əsaslanırdı və  onun 

diqtə  etdiyi  həqiqət  idi!  Türkiyə  və  Azərbaycan  yazıçıları, 

siyasətçiləri,  nəzəriyyəçiləri  və  ideoloqları  bu  haqda  düşünür  və 

yazırdılar. Cavid də həmin cərəyandan kənarda qalmaq istəmirdi 

və qalmadı da! 1918-ci ildə “İblis” faciəsini yazdı və birinci cahan 

hərbində Anadolu türklərinin başına gətirilən faciə və fəlakətləri 

konkret obrazların timsalında verdi. İmperialistlərin siyasətini ifşa 

etdi, yeni əsrin yeni İblislərini oxucu və tamaşaçılara tanıtdı. 

Şair  hərb  və  sülh,  hərb  və  fəlakət  mövzusunda  yazdığı 

əsərlərdə  irəli  sürdüyü  bədii  konsepsiyanı  –  dünyada  zəiflər, 

acizlər üçün haq və hüquq, hürriyyət və səadət yoxdur; cahanda 

haq  da,  həqiqət  də,  hüquq  da,  ədalət  də  həpsi  qüvvətdir  – 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə