İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə48/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   44   45   46   47   48   49   50   51   ...   142

         

145

 

İsgəndər Atilla 

yetmək, həqiqəti dərk etmək yolunda böyük əmək sərf edən dahi-

ləri  xatırlayır.  Bəşəriyyətin  haqqa  və  həqiqətə  çatmaqda  keçdiyi 

tarixi  yolda  etdiyi    səhvləri,  aldanışları,  rastlaşdıqları  çətinlikləri 

poetik bir dillə ifadə edir.  Cahillikdən müdriklik və kamilliyə ge-

dən yolu insanın fikirləşmək qabiliyyətinin təzahürü kimi görür. 

 

Kim ki, əql istər, o, məcnun olmalı; 



Hər fəlakət gəlsə məmnun olmalı; 

Canlı meyyitlərcə zor idraki-haq, 

Görməz əma, doğsa hətta bin şafaq. 

 

Canlı meyitlər Haqqı idrak etməzlər. Kor, nadan hətta min 



şəfəq görsə belə, onu görməz. Haqqın nurunu dərk edənlər, sözün 

müsbət  mənasında,  “mütləqa  məczub”,  yəni  mütləq  dəli-divanə 

olur. “Tərtü eşqidən”, yəni ifrat dərəcədə, həddindən çox eşqdən 

“həmən illət bulur”, yəni xəstəlik tapır. Şair demək istəyir ki, hər 

bir şeyin həddi olduğu kimi, əqlin də, dərk etməyin, fikirləşməyin 

də, elm və biliyə yiyələnməyin də həddi-hüdudu var. Fəqət insan 

elm  və  biliyə  o  zaman  daha  mükəmməl  yiyələnə  bilər  ki,  onun 

yolunda məcnun olsun, nə fəlakət gəlsə ona məmnun olsun. Yəni 

hər  əzab  və  əziyyətə  dözsün,  elm  və  biliyə  dəlicəsinə  vurulsun, 

onu  dəlicəsinə  sevsin,  ona  mənəvi  bir  ehtiyac  duysun.  Budur 

ağılın fikirləşmək qabiliyyəti. 

 



Dialektik metodun banisi Sokrat yazırdı: “Özünü dərk et.” “Mən 

bir şey bilirəm ki, heç nə bilmirəm.” 

Hüseyn  Cavidin  “İştə  bir  divanədən  bir  xatirə...”  şeirində 

həmin fikrin bədii-fəlsəfi ifadəsi daha çox duyulur və hiss olunur. 

Filosof şair öyrəndiyi biliklər əsasında özünü dərk etməyə çalışır. 

Başqa bir şeirində bəşər elminin dərinliklərinə baş vurur. 

“Kəsbi-irfan için, fəzilət için 

Çalış, uğraş!” diyorsun... İştə bənim 

Ən böyük, ən sevimli amalım, 

Qayeyi-məqsədim budur. Lakin 



146

                                            

Əsrin şairi IX 

Nə için gizlətmək gərək, yetişir... 

Nə qədər purümidü biyaram 

Gecə-gündüz çalışsam, uğraşsam, 

Yenə ən son nəticə hiçlikdir. 

(“Elmi-bəşər”) 

 

Hiçlik, ah... ən xoş dəmi-səmtü sükun, 



Bir gözəl Cənnətdi, heyhat!.. Ən zəbun, 

Ən dəni bir hiss!.. 



(“İştə bir divanədən bir xatirə...”) 

 

 



Filosof-şair demək istəyir və deyir də, insan nə qədər oxusa, 

çalışıb  çabalasa,  elmə  yiyələnsə,  son  nəticəsi  heçlikdir,  sonsuz-

luqdur.  Yəni  elmə  tam  yiyələnmək,  yerin,  kainatın,  bəşərin 

yaradılışının  sirrini  öyrənmək,  bilmək  müşküldür.  Şair  həmin 

fikri  daha  açıq  və  konkret  şəkildə  “Uçurum”  faciəsində  davam 

etdirir.  

 

Əkrəm 

...Hər nə qadar uğraşsa 

İnsan çocuqdur, çocuq... 

 

Filosof  və  mütəfəkkir,  kitablar  içində  qərq  olub  gedən 

Əkrəm,  nə  qədər  çalışırsa,  oxuyub  öyrənirsə,  cəhaləti  artır.  Yəni 

bir şey bilir ki, heç bir şey bilmir. Diqqət edin, sanki Sokrat kimi 

düşünür.  Uluğ  bəy  onun  sözlərinə  şərik  çıxır  və  düşünür  ki, 

qədim  bilgiclər,  filosoflar,  ədiblər  oxuyub  öyrənmək  yolunda  nə 

qədər  çalışsalar  da,  ictihad  etsələr  də,  müəmmalı  xilqəti  və 

Tanrını  dərk  edə  bilməmişlər.  Onlar  oxumaqla,  elmə 

yiyələnməklə  yüksəlmiş,  fəqət  çox  çırpındıqdan  sonra  qanadları 

sınmışdır. Kiçik bir zərrənin – bir atomun qarşısında donub qal-

mışlar. 


 


         

147

 

İsgəndər Atilla 

Böyük İbn Sinalar 

Sokratlar, Əflatunlar 

Dahi bir ustad ikən 

Əcəb, nə buldu onlar!?. 

 

Bu fikir, demək olar ki, “İştə bir divanədən bir xatirə...” şei-



rinin fəlsəfi  mahiyyətini təşkil edir. Filosof Uluğ bəyə görə, elm, 

bilik və fəlsəfə elə çıxılmaz bir yoldur ki, hər kəsi yormuş, hətta 

çoxlarını boğmuş və məhv etmişdir. 

Cavidə  görə,  heçlik  mənasızlıq  deyildir,  heçlik  sonsuz-

luqdur.  O,  bu  problemin  üzərinə  “Xəyyam”  pyesində  yenidən 

qayıtmışdır. 

 

Xəyyam 

Elmimdəki nöqsan ilə cəhlimdəki irfan 

Hər an doğurur bəndə bir isyan. 

Uydum da xəyalətə, sanıb kəndimi bilgic, 

Baqdım ki, yaqar beynimi bir hiç 

Bir hiç ki, bütün şübhəli hikmətlərə asi

Uydum da fəzilətlərə asi... 

 

Cavidin özü də, Xəyyam surəti də Sokrat kimi hər şeyi dərk 



etməyin,  hər  şeyi  bilməyin,  hər  şeyi  öyrənməyin  mümkün 

olmadığını etiraf edirlər. 



 

Dialektik metoda gəlincə, məncə, filosof-şairin bu nəzəriyyə 

və anlayış haqqında tam və dolğun təsəvvürü və biliyi olmuşdur. 

O, dialektik metodun banisi Sokratın və Hegelin fəlsəfəsi ilə tanış 

idi, deməli, onların dialektika haqqında fikirləri ilə də tanış idi. O, 

bu  metod  haqqında  filosof  Rza  Tofiqdən  bilgi  almışdı.  F.Engels 

yazırdı  ki,  biz  fəlsəfədə  çox  şeyin  dərk  olunmasında  Hegelə 

borcluyuq.  Hegelə  görə,  bütün  inkişaf  müəyyən  formada  gedir. 

Bu  forma  triadadır.  Yəni  özünütəsdiq  (tezis),  həmin  təsdiqin 

inkarı (antitezis) və inkarın inkarı (sintez), yaxud əksliyin aradan 

qaldırılmasıdır. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə