İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə50/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   46   47   48   49   50   51   52   53   ...   142

         

151

 

İsgəndər Atilla 

şübhədir!  Şübhə  etmək  insana  xas  olan  xüsusiyyətdir.  (Tarixən 

şübhələnmə  böyük  cinayətlərin  açılmasında  mühüm  rol  oyna-

mışdır.) 

İstər  Dekart  olsun,  istərsə  də  başqa  filosoflar,  Cavid  idrak 

sahiblərinin  təlimləri  və  fəlsəfi  konsepsiyalarına  kor-koranə  ya-

naşmamışdır. Ağlı kəsəni qəbul etmiş, kəsməyəni qəbul etməmiş-

dir.  O,  bəzən  Dekart  kimi  düşünür  və  hesab  edirdi  ki,  mənim 

mövcud olduğumu şübhə altına almaq olmaz. Əgər mən varamsa, 

mən  düşünürəmsə,  deməli,  mən  mövcudam.  Mən  yoxamsa, 

deməli,  mövcud  deyiləm  və  düşünmürəm.  Deməli,  aydın  və 

dəqiq qavranılan bütün şeylər doğrudur. 

 

Seyr eylədikcə bən şu gözəl kainatı, həp  



Ruhum uçar uçar, əbədi bir səfa duyar. 

(“Hər yer səfalı, nəşəli...”) 

Göydə bitməyən bir dərinlik var... 

Bu dərinlikdə bir həqiqət var, 

Gizlidir gərçi kor beyinlər için... 



(“Dəniz tamaşası”) 

“Bilmək, öyrənmək” öylə bir uçurum 

Ki, onun intihası yoq, dibi yoq... 

“Bilirim” söylənənlər də var pək çoq. 

Nəmə lazım... O bir xəyalətdir... 

(“Elmi-bəşər”) 

Bu  parçalarda  təsvir  edilən  şeylər  dəqiq  qavranılır,  deməli, 

doğrudur. 

 

14 



Spinoza  hesab  edirdi  ki,  azadlıq  dərk  edilmiş  zərurətdir. 

Dünya prosesləri zərurət əsasında baş verir. İnsan iradəsi heç nəyi 

dəyişməyə qadir deyildir... 

Filosof  şair  Spinozanın  fikrinin  birinci  hissəsini  qəbul  et-

mişdir. Düşünmüşdür ki, azadlıq gerçəkdən dərk olunmuş zəru-

rətdir.  Azadlıq  və  sərbəstliyin  zəruriliyini  dərk  edən  şair,  bütün 




152

                                            

Əsrin şairi IX 

həyatı  və  yaradıcılığı  boyu  buna  əməl  etmişdir.  Yaradıcılıqda 

azad  və  sərbəst  olmuş,  sərbəst  düşünmüş,  sərbəst  yazıb-yarat-

mışdır.  

O, azadlıq-hürriyyət haqqında fikir və mülahizələrini mək-

tublarında, məqalələrində və bədii əsərlərində ifadə etmişdir. Şair 

istanbullu  türk  xanımlarının  azad  və  hürr  olmalarına  sevinmiş, 

Qurbanəli  Şərifzadəyə  yazmışdır:  “Məzmunca  mümkün  olduğu 

qədər  bəzi  əvalimi  dərk  edib  anlamağa  və  lüzumunca  aşna  ol-

mağa məcburam; keçdi cəhalət zamanı... gəldi hürriyyət zamanı.” 

Cavid  məhəbbəti-hürriyyətin  nə  olduğunu  ona  anlatdıqları 

üçün  Sidqiyə  və  Qurbanəli  bəyə  minnətdarlığını  bildirmişdir. 

Azadlığın  nə  olduğunu  anlayan  və  dərk  edən  şair,  Namik  Ka-

malın  məşhur  ifadəsini nəzər-diqqətə  çatdırmışdır:  “Kimsənin 

lütfünə olma talib, əvəzi cövhəri-hürriyyətdir.” O, əsərlərində bu 

problemin  üzərinə  dönə-dönə  qayıdır.  Lakin  hürriyyəti  ideallaş-

dırmır.  Həmin  problemə  həm  tarixi,  həm  də  fəlsəfi  aspektdən 

yanaşır.  

 

15 

 

Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur

Qan aqmadıqca kimsəyə gülməz o işvəkar. 

 

Şair  demək  istəyir  ki,  azadlıq  verilmir,  azadlıq  alınır. 



“Şeyda”  faciəsində  bu  problemin  üzərinə  məxsusi  dönür.  Bir 

şeirində məsələyə qlobal yanaşır, dünyada hürriyyət probleminə 

toxunur və yazır: 

Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal... 

Dünyada varmı hürr, əcəba? İştə bir sual!.. 

(“Hərb ilahi qarşısında”) 

 

Şair Spinozanın fikrinin ikinci hissəsini, yəni “insan iradəsi 



heç nəyi dəyişməyə qadir deyildir” fikrini qəbul etməmişdir. Elə 

öz şəxsi həyatı və iradəsi timsalında insanın nəyə qadir olduğunu 

sübut etmişdir... 



         

153

 

İsgəndər Atilla 

16 

Şərq  dünya  sivilizasiyası  və  fəlsəfəsinin  ilkini  və  mənbəyi 

olaraq qalır. “Fəlsəfə” anlayışını da Şərq təfəkkürrünə aid etmək 

lazımdır.  Hegelə  görə,  fəlsəfi  inkişafın  zirvəsi  onun  sistemində 

“heç  də  mövcud  olan  hər  şey”,  habelə  sözsüz  gerçək  deyildir. 

Hegeldə  gerçəklik  atributu  yalnız  o  şeyə  məxsusdur  ki,  o,  eyni 

zamanda zəruridir.” (F.Engels)

1

 



Hegel təlimində Mütləq Ruh əsas yer tutur. Onun fikrincə, 

o,  dramatik  şəkildə  hərəkətdədir.  İnsanın  doğulması  faktı  hələ 

onun  insan  olması  demək  deyildir.  O  yalnız  doğumdur.  Mütləq 

Ruh doğulur, gənclik dövrünə çatır, qocalır. Şərq bu yolda ancaq 

başlanğıcdır.  Şərq  doğulan  fikrin  özü  deyil,  fikirləşməyin  imka-

nıdır.  Şərq  Ruhu  fikir  haqqında  düşünməyə  qadir  deyil.  Fikir 

onun təfəkkürünün predmeti, obyekti ola bilməmişdir və s. 

 

17 

Sual  oluna  bilər:  “Cavid  həmin  fikri  qəbul  etmişdirmi?” 

Onun  heç  bir  fəlsəfi  əsəri  olmadığına  görə  suala cavab  vermək 

çətindir.  Amma  mən  düşünürəm  ki,  o,  Şərq  təfəkkürü  və 

fəlsəfəsini,  Qərb  təfəkkürü  və  fəlsəfəsini  ayrıca  bir  predmet, 

obyekt  və  sistem  kimi  qəbul    etmişdir.  Zərdüşt,  İbn  Sina, 

Məhəmməd  peyğəmbər  və  Xəyyam  fəlsəfəsinə  istinad  edərək, 

Şərq  təfəkkürünü  bütöv  bir  sistem  kimi  qəbul  etmişdir.  Dolayısı 

ilə  Hegelin  Şərq  Ruhu  fikri  haqqında  düşüncələrinə  müxalif 

olmuşdur.  Cavidə  görə,  fikrin  özü  də,  fikirləşmək  imkanı  da 

Qərbdən  öncə  Şərqdə  mövcud  olmuşdur.  Şərq  filosofları,  o 

cümlədən Zərdüst, İbn Sina, Məhəmməd, Farabi və Xəyyam Şərq 

Ruhu  fikri  haqqında  düşünməyə  qadir  olmuşdur.  Onun  bu 

barədə fikirləri “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” və “Xəyyam” 

pyeslərində öz bədii ifadəsini tapmışdır. 

                                                 

1

 

Ağayar Şükürov. Fəlsəfə, Bakı, 1979, s. 178. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə