İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə42/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   38   39   40   41   42   43   44   45   ...   142

         

127

 

İsgəndər Atilla 

“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası 

Birər aydın səhifədir, hər türk gərək anlasın. 

 

19 

Şair bu bənddə türk tarixi, türk soyu, türkün yurdu və yu-

vası,  türk  dili,  bir  sözlə,  türk  mədəniyyətilə  bağlı  maraqlı  və 

diqqətəlayiq  fikirlər  söyləmişdir.  1910-cu  ildə  Azərbaycan  türk 

məktəblərində  ana  dilinin  tədris  edilməməsindən  şikayətlənərək 

yazmışdı:  “Məhz  bunun  nəticəsidir  ki,  məktəb  şagirdləri  az  bir 

zamanda özlərini unudurlar. Tarixlərindən, köklərindən xəbərsiz 

qalırlar.  Bu  da  bir  millət  için  pək  böyük  qəflət,  pək  böyük 

tədənnidir. Dilsiz bir millət yaşamaz, çabuq münqəriz olur. Bir 



millətin lisanı, mevcudiyyətinin ən parlaq bürhanıdır.”

1

 



Yəni dilsiz bir millət tez bir zamanda tükənər, məhv olar. Bir 

millətin dili onun mövcudluğunun ən parlaq dəlili, sübutudur. 

Şair həmin şeiri “Həsbi-hal” məqaləsi ilə bir ildə yazmış və 

mətbuatda  çap  etdirmişdir.  Məqalədə  izlədiyi  fikri  dolayısı  ilə 

şeirdə  ifadə  etmişdir.  Millətin  millət  olması  və  millət  kimi 

formalaşması  üçün  aşağıdakı  şərtləri  irəli  sürmüşdür:  Millətin 

tarixi,  əsli-kökü,  dil  birliyi,  yurd-yuvası  olmalıdır,  o  coğrafi  bir 

məkanda yaşamalıdır. 

Müəllif  bu  cəhətdən  müasir  oxucuların  diqqətini  ümumi 

türk  tarixində  mühüm  yer  tutan  üç  çoğrafi  məkana  –  Altay 

dağına, Makan çölünə və Yasın ovasına yönəldir. Şeirin sonunda 

həmin  tarixi  məkanların  izahını  verir.  İzah  qəzetdə  çox  kiçik 

hərflərlə  (nonparellə)  verildiyindən  Turan  Cavid  və  mən mətni 

oxumağa  çox  səy  göstərsək  də,  faydası  olmadı.  Turan  xanım 

axırda əsəbləşdi və biz bir təhər birinci cümləni oxuya bildik: “Bu 

yerlərin  hər  üçü  türk  tarixi  –  ümumiyyəsincə  böyük  bir 

əhəmiyyəti haizdir... H.C.” 

 

                                                 

1

 Hüseyn Cavid. H



əsbi-hal, “Həqiqət”, 5 yanvar 1910. 


128

                                            

Əsrin şairi IX 

20 

Haşiyə. Mən arxivlərdə çalışarkən Cavidin bir neçə şeirinə, 

“Həsbi-hal” silsilə  məqalələrinə  təsadüf  etdim  və  çox  sevindim. 

Çünki həmin əsərlərin, demək olar ki, hamısı müasir oxuculara, o 

cümlədən  Turan  xanıma  məlum  deyildi.  “Qoca  bir  türkün 

vəsiyyəti”  şeiri  1910-cu  ildə  yazılsa  da,  nə  şairin  sağlığında  çap 

etdirdiyi  şeirlər  kitablarına,  nə  də  sovet  nəşrlərinə  salınmışdı. 

Şeiri  oxudum,  məni  bərk  tutdu.  Əzbərlədim,  “Azərbaycan 

müəllimi” qəzetində çap etdirdim. Sonralar Turan xanımın xahişi 

ilə  həmin  əsərlərin  surətini  çıxarıb  bir  nüsxəsini  ona  verdim,  bir 

nüsxəsini özümdə saxladım. 1982-ci ildə, Hüseyn Cavidin anadan 

olmasının  yüz  illiyində  onun  əsərlərinin  4  cildliyi  çap  edilərkən 

həmin  şeir  ora  daxil  edilmədi. Mən  Turan  xanımdan  bunun 

səbəbini soruşduqda o dedi: “Hələ vaxtı deyil...” Nəhayət, həmin 

vaxt müstəqillik illərində gəlib çatdı. Şeir tam şəkildə 2005-ci ildə 

müəllifin  beş  cildliyinin  birinci  cildində  müasir  oxucuların 

nəzərinə çatdırıldı. 

Mənim  araşdırmalarıma  görə,  şeirdə  qeyd  edilən  tarixi 

yerlər  qədim  Türküstanda  (Ötükəndə)  Turan  dövlətilə  Çin 

dövlətinin  həmsərhəd  bölgələrində,  Şərqi  Türküstana  aid 

torpaqlarda yerləşirdi. “Takla Makan” hazırda Çin ərazisindədir. 

Yasın  ovasının  harada  yerləşdiyini  dəqiq  müəyyənləşdirə 

bilmədim. Altay türklərin ana vətəni hesab olunur. Ancaq türklər 

Doğudan Batıya – Şərqdən Qərbə köç etmişlər. Onların ana vətəni 

Ön Asiya olmalıdır... 

 

21 

Qoca Türk yavrularına qədim əcdadlarının tarixini, adət və 

ənənəsini  xatırladır.  Onların  necə  doğub  yaşamasını,  həyat 

sürməsini,  nə  kibi  ərliklər  etməsini  yada  salır.  Soykökünü, 

millətini, tarixini unutmamağa çağırır. 

 

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, 



Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz


         

129

 

İsgəndər Atilla 

Baqın, görün tarixiniz sizə nələr göstərir, 

Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.  

 

“Qoca Cavid” mərd ataların igidliyindən, qəhrəmanlığından, 



döyüş meydanlarında ad çıxarmasından, ta qədimdən onların elmə 

və  hikmətə  böyük  maraq  göstərməsindən  ilhamla,  fəxr  ilə  şöhbət 

açır.  Ruhundan  və  bağrından  qopub  gələn  alovlu  sözləri,  hiss  və 

düşüncələri müasir oxucunun beyninə, hafizəsinə yeritməyə çalışır. 

Yeni  türk  nəslini  ağıllı,  kamallı,  mübariz  və  düşüncəli  görmək is-

təyir. Günəş kimi parlayan tarixlərinə nəzər salmağa, Səmərqəndin – 

Əmir Teymur dövrünün darülfününunlarından, Uluqbəyin rəsəd-

xanasından  zövq  və  ilham almağa  çağırır.  Türk  gənclərini  və 

ellərini  keçmiş  tarixlərini  öyrənməyə,  milli  dəyərlərə  sadiq 

qalmağa, çağdaş dünya ilə ayaqlaşmağa dəvət edir. 

 

Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır, 



Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın. 

Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır... 

Arş iləri! 

Qomşular yol aldı, geri qalmayın! 

 

Bu  çağırış  dünən nə  qədər  müasir  səslənirdisə,  bu  gün 



dünənkindən, sabah bu günkündən daha müasir səslənəcək!.. 

 

22 

Caviddə  yurd  və  vətən  sevgisi  onun  İstanbulda  qələmə 

aldığı  “Hali-əsəfiştimalımı  təsvirdə  bir  ahi-məzlumanə”  şeirində 

özünün daha parlaq ifadəsini tapmışdır. 

 

- Məhv olur fikir edincə cismü tənim, 



Aman Allah! Odur bənim vətənim! 

 

-  deyə  haray  çəkən,  dünyaya  səs  salan  və  qürbət  bir  şəhərdə 



böyük  sıxıntılar  içində  yaşayan  şair,  vətən  üçün  darıxır,  vətən 

həsrətinə  dözə  bilmir.  “Odur  bənim  vətənim!”  deyərkən  şair 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə