İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə70/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   66   67   68   69   70   71   72   73   ...   142

         

211

 

İsgəndər Atilla 

10 

Bir ruhi-pürsükun – ruhu durğun bir mələk lirik qəhrəma-

nın  mənliyinə  hakim kəsilmişdir.  “Utancaq  ruhunu”  gördükdə 

ona  heyran  və  əsir  olur.  Varlığı  yerindən  oynayır.  İlahi!  O,  bu 

gözəl  varlığı,  mələyi  necə  də  dərin  məhəbbətlə  sevir?!.  Bir 

zamanlar  büsbütün  bəxtiyar  olan,  şeir  və  zövq  içində  yaşayan 

ruhi-pürsükun, bu gün  nədənsə yaraşıqsız, biçimsiz görünür. O, 

gözəli  ruhi  durğunluqdan,  ruhi  sükutdan  uzaq  olmağa  çağırır. 

Ona müraciət edərək yazır: 

 

...Sevmək, sevilmək, eşq, vəfa, xəndə ya fəğan; 



Bunlar da göstərişmidir, ey ruhi-sərədar!? 

Aldanmamaq, bu səncə bu gün iştə son məraq... 

Guya sərabi-müğbil imiş həp yaqın, uzaq; 

(“Ey ruhi-pürsükun”

*

) 

 

Lirik  qəhrəman  gözəli  zümreyi-bəşərə  aldanmaqdan, 



çırpınmaqdan, daima xəyal içində yaşamaqdan qurtulmağa; canlı 

həyata  qayıtmağa,  şübhədən,  sükutdan  uzaqlaşmağa;  bədbin 

olmamağa,  həyatdan  zövq  və  səfa  bulmağa,  daima  məhəbbətə 

qoşmağa, nifrətdən həzər etməyə dəvət edir və deyir: “Sev, ağla, 

inlə! Bəlkə bulursun bir az şəfa, // Çırpın xəyalü hiss ilə həp məstü 

biqərar.” 

Gözəlin durğun ruhu, açılmayan qaş-qabağı, könlü şairə də 

təsir  edir.  O,  bəzən  bu  halı,  kədəri,  düşüncəni,  qırıqlığı  bir  səfa 

sayır.  Bir  nazlı  çöhrənin,  şairanə  mənzərənin,  “bir  qanlı 

hərbgah”ın, “dərin bir ah”ın təsiri altında bu fikrə gəlir: 

 

Hər levhə bir həqiqəti söylər təranədir, 



Hər kölgə hissi oqşayacaq bir bəhanədir. 

Dünya nədir? O iştə fərəhnakü minəksir

Bir aşiyani-zevqü səfa, bir xarabəzar... 

                                                 

*

 

Şeir 19 oktyabr 1915-ci ildə “Açıq söz” qəzetində çap edilmişdi.  




212

                                            

Əsrin şairi IX 

Düşündürücü  misralardır!  Dünyada  hər  mənzərəni,  hər 

lövhəni həqiqəti söyləyən bir təranə, hər kölgəni hissi oxşayacaq 

bir bəhanə hesab edən şair, onu fərəhnakü  minəksir – fərəhli və 

şad,  qəmli  və  tutqun,  qırıq  və  sınıq  bir  aləmə  bənzədir.  Şairin 

nəzərində  dünya  bir  tanışlıq,  dostluq  zövqü  səfası  və  xaraba-

zardır. Şeirdə izlənilən fikir bədii olduğu qədər də fəlsəfidir!... 

Quranda  Allah  dünyanı  bir  oyun-oyuncaq  hesab  edir.

*

 

Spinozaya görə, dünya prosesləri zərurət əsasında baş verir. İnsan 



iradəsi  heç  nəyi  dəyişməyə  qadir  deyildir.  Cavidin  dünya 

haqqında fikirləri özünəməxsus və maraqlıdır.  

 

11 

Bu,  gerçəkdən  belədir:  Bəzən  əsla  umulmayan  bir  yerdən 

insan nə  qədər  bəxtiyar  olur.  Lirik  qəhrəman  da  beləcə.  O,  yas 

içində  inlərkən,  yaralanmış  ruhu  gülərkən  iki  parlayan  sevda  – 

biri nevrestə və nevdəmidə çiçək, görünməmiş və eşidilməmiş bir 

mələk onun həmşireyi-lətafəti olur. 

 

Birinin çöhreyi-dilbaşubi 



(birinin könülbulandıran, xoş olmayan çöhrəsi) 

Ləbi-gülguni, çeşmi-məxmuri; 

(Ləbi al, qızılgül rəngli, gözü məst, xumarlanmış) 

Zülfi-şəbrəngi, rəngi-məhcubi, 

(Saçı gecə rəngində, qara, sifətinin rəngi örtülü

  

 



utancaq) 

Ğərq edər nura qəlbi-rəncuri; 

(Xəstə, incik qəlbi nura qərq edər) 

Şərqə məxsus o bir gözəl huri... 

 

Oğul  istəyirəm  ki,  şairin  “İki  həmşireyi-lətafətvan”  (İki 



lətiflik,  gözəllik,  incəlik həmşirəsi  –  dostu,  yoldaşı,  sirdaşı) 

şeirindəki  dərin  mənanı  açsın!  Cavidin  bir  çox  şeirləri  kimi,  bu 

                                                 

*

  “Dünya h



əyatı  oyun  və  əyləncədən başqa  bir  şey  deyildir...”  (Qurani-kərim, 

“Əl-əmam” surəsi, ayə 32.) 




         

213

 

İsgəndər Atilla 

şeirinin  də  mənası  şairin  bətnindədir.  Şairdəki  bədii,  fəlsəfi  və 

elmi  təfəkkürə  qibtə  etməmək  olmur!  Şeirdəki  qafiyələnməyə, 

ritmə,  bədii  təzada  diqqət  edin.  Yalnız  son  dərəcə  istedadlı, 

təpədən dırnağadək şair olan kəs bu cür şeirlər yaza bilərdi, ərəb 

və fars sözlərindən yerli-yerində istifadə edə bilərdi. İki gözəl və 

incə, lətif və xoş həmşirəni müqayisə edən şair, onların hansının 

daha cazibədar və gözəl olmasını təsvir etməkdə aciz qalır. 

 

 

Lakin əfsus... Qeyri-qabildir



Bəncə təsviri-halı digərinin. 

O, bir ülvi xəyala bənzətilir 

Ki, edər hər baqışda şair için 

Pürməali nəşidələr təlqin. 

Söylüyor iştə hər bir əzasi 

Ki, bənim əsrin ən gözəl Venüsi. 



(“İki həmşireyi-lətafətvan”

*

) 

 

12 

Şair iki gözəl, lətif həmşirəni müqayisə edir. Təəssüflə qeyd 

edir ki, birinin halını təsvir etməkdə qələmi acizdir, qeyri-qabildir. 

Çünki o, ülvi bir xəyala bənzəyir ki, hər baxışı ilə şairə pürməali 

nəşidələr (dolğun, ahəngdar misralar, beytlər) təlqin edir. 

Ulu  Tanrı!  Nə  qədər  ilahi,  bitkin,  mükəmməl  və  şairanə 

duyğular, misralar?! Şair ərəb, fars və türk qarışıq sözləri sanki bir 

inci  kimi  sapa  düzür.  Sözlər  onun  bədii  təfəkküründən  sanki 

şəffaf bir bulaq kimi süzülüb gəlir. Nadir, misli-bərabəri olmayan 

bir şeirə çevrilir. Şair o səmavi nigaha qarşı uzun sürən bir heyrət 

duyur. Onun o sevimli, dilara mənzərədən ruhuna başqa bir etila 

gəlir.  O  gözəl  çöhrələr  gülümsərkən,  ətrafa  nuri-sürur  (sevinc, 

şadlıq nuru) saçarkən, elan edir: “Ah, mümkünmü olmamaq məs-

hur!?”  Yəni  o  qadın  gözəlliyinin,  qadın  lətafətinin  sehrinə 

                                                 

*

 



Şeir  19  oktyabr  1915-ci ildə  Müsavat  Partiyasının  orqanı  olan  “Açıq  söz” 

q

əzetində çap edilmişdir. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə