İşgüzar danışıqlar şİfahİ kommunİkasİya növü kİmi


Bəs İşgüzar görüşə gəlmİş şəxslə necə münasİbət qurmalı?



Yüklə 0,69 Mb.
səhifə2/4
tarix19.12.2023
ölçüsü0,69 Mb.
#152410
1   2   3   4
Çiçək Cəbrayılova. İşgüzar danışıqlar şİfahİ kommun

Bəs İşgüzar görüşə gəlmİş şəxslə necə münasİbət qurmalı?

Əlbəttə, siz onun maliyyə və ailə vəziyyəti, sevimli içkisi, vərdişləri barədə qabaqcadan müxtəlif mənbələrdən informasiya toplaya bilərsiniz. Lakin onu nəyə isə inandırmaq, sövq etmək, nədənsə daşındırmaq üçün bu, çox azdır.

Məhz göstərilən səbəbə görə demək olar ki, işgüzar görüşləri təşkil etmək və keçirmək pablik rileyşnz fəaliyyətinin ən mürəkkəb və çətin proqnozlaşdırılan sahələrindən biridir. Doğrudur, onun nəticəsini qiymətləndirmək böyük ağıl və araşdırma tələb etmir — əgər tərəf-müqabiliniz hazırladığınız sənədə imza atırsa və ya ayrılarkən əlinizi möhkəm sıxıb səmimi gülümsəyirsə, deməli, bu pablik rileyşnz aksiyası uğurlu olub.

Görüş zamanı ortaya çıxa biləcək kommunikativ maneələr barədə də əvvəlcədən tədbir görmək pis olmaz. Nəzəriyyəçilər belə maneələrin bir neçə növünü qeyd edirlər.

Görüş zamanı ortaya çıxa biləcək kommunikativ maneələr barədə də əvvəlcədən tədbir görmək pis olmaz. Nəzəriyyəçilər belə maneələrin bir neçə növünü qeyd edirlər.

.. 3. Münasibətlər maneəsi.

1. Anlama maneəsi

Bu, o zaman baş verir ki, danışan şəxs öz fikrini dəqiq və aydın ifadələrlə çatdıra bilmir və qarşı tərəf onun nə istədiyini anlamır. Buraya təcrübəsiz tərcüməçi vasitəsilə danışıqlar zamanı yaranan anlaşılmazlıqları da əlavə etmək olar.

2. Sosial-mədəni maneə

Bu cür maneələr adətən müxtəlif millətlərin nümayəndələri və ya müxtəlif cinsə, peşəyə, yaş qrupuna məxsus şəxslər arasında danışıqlar zamanı baş verir.

3. Münasibətlər maneəsi

Sırf psixoloji fenomen olan bu maneə tərəf-müqabillər arasında etibarsızlıq, bir-birinə qarşı ikrah hissi yarananda ortaya çıxır.

Bir sıra psixoloqlar insanlar arasındakı ünsiyyət zamanı jestlərin xüsusi rolunu qeyd edirlər. Məsələn, A.Piz «Jestlərin dili. İşgüzar adamlar üçün vəsait» kitabında qeyd edir ki, kommunikasiya prosesində informasiyanın yalnız 7%-i sözlə çatdırılır. Onun 38%-i intonasiya və səsin tembri ilə, 55% isə əllərin hərəkəti, sifətin mimikası və danışan şəxsin xarici görüşü ilə ötürülür.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə