İşgüzar danışıqlar şİfahİ kommunİkasİya növü kİmi

Yüklə 0,69 Mb.
səhifə4/4
tarix19.12.2023
ölçüsü0,69 Mb.
#152410
1   2   3   4
Çiçək Cəbrayılova. İşgüzar danışıqlar şİfahİ kommun

İşgüzar danışıqlar haqqında deyilən fikirlərdən birini qeydsiz-şərtsiz qəbul etmək olar: belə danışıqlar zamanı hiss, emosiya daim ağılın nəzarəti altında olmalıdır və əgər həmsöhbətiniz bu nəzarəti itiribsə, ona da kömək etmək lazımdır ki, öz emosiyalarını cilovlasın. Bəzi «ağıllı» şəxslər belə hallarda yüngül istehza ilə qarşılarındakı qızışmış həmsöhbət üzərində tam qələbə çalmaq istəyirlər. Lakin unutmaq lazım deyil ki, görüşünüzün məqsədi qələbə çalmaq deyil, razılığa gəlməkdir. Məğlub olmuş tərəf-müqabil heç vaxt sizin partnyorunuz və ya dostunuz olmayacaq.

Ona görə də özündən çıxmış həmsöhbəti buna bənzər sözlərlə sakitləşdirmək daha düzgün olar: «Müzakirə etdiyimiz məsələ ilə bağlı bizim fikirlərimiz üst-üstə düşə və ya haçalana bilər, lakin mən istəməzdim ki, söhbətimizi bu tonda davam etdirək»; «Əgər məsələnin bu cür qoyuluşu sizin heysiyyatınıza toxunursa, öz təklifinizi verin» və s.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, danışıqlar konfliktə gətirib çıxarmasın, lakin bəzi hallarda bundan qaçmaq olmur.

Diqqətinizə görə təşəkkür edirəm!

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə