İşgüzar danışıqlar şİfahİ kommunİkasİya növü kİmi



Yüklə 0,69 Mb.
səhifə3/4
tarix19.12.2023
ölçüsü0,69 Mb.
#152410
1   2   3   4
Çiçək Cəbrayılova. İşgüzar danışıqlar şİfahİ kommun

Bir sıra psixoloqlar insanlar arasındakı ünsiyyət zamanı jestlərin xüsusi rolunu qeyd edirlər. Məsələn, A.Piz «Jestlərin dili. İşgüzar adamlar üçün vəsait» kitabında qeyd edir ki, kommunikasiya prosesində informasiyanın yalnız 7%-i sözlə çatdırılır. Onun 38%-i intonasiya və səsin tembri ilə, 55% isə əllərin hərəkəti, sifətin mimikası və danışan şəxsin xarici görüşü ilə ötürülür.


Bu cür dəqiq statistikaya skeptik yanaşanlar çoxdur. Bununla belə, danışıqlar zamanı intonasiyanın, mimikanın və xüsusilə jestlərin oynadığı rolu inkar etmək olmaz. Bu qeyri-verbal kommunikasiya üsulları təhtəlşüur reaksiyanı əks etdirir və həmsöhbətə müəyyən psixoloji təsir göstərir. Əgər siz danışıq zamanı mimikanızı və jestlərinizi idarə edə bilirsinizsə, böyük üstünlük qazanmış olursunuz.

Bunun əksi olaraq, ifrat jestikulyasiya adətən natiqin söz ehtiyatının çatışmazlığına və onun nitqinin zəifliyinə dəlalət edir. Jestlər və intonasiya deyilən sözlərin emosional təsirini artırmalıdır, lakin bu, o zaman müsbət nəticə verir ki, həmsöhbətə xoş gəlsin, onun psixikasına təzyiq etməsin. Mimika isə deyilənlərə reaksiya verməyin ən yaxşı üsuludur.

Bunun əksi olaraq, ifrat jestikulyasiya adətən natiqin söz ehtiyatının çatışmazlığına və onun nitqinin zəifliyinə dəlalət edir. Jestlər və intonasiya deyilən sözlərin emosional təsirini artırmalıdır, lakin bu, o zaman müsbət nəticə verir ki, həmsöhbətə xoş gəlsin, onun psixikasına təzyiq etməsin. Mimika isə deyilənlərə reaksiya verməyin ən yaxşı üsuludur.

İşgüzar danışıqlar haqqında deyilən fikirlərdən birini qeydsiz-şərtsiz qəbul etmək olar: belə danışıqlar zamanı hiss, emosiya daim ağılın nəzarəti altında olmalıdır və əgər həmsöhbətiniz bu nəzarəti itiribsə, ona da kömək etmək lazımdır ki, öz emosiyalarını cilovlasın. Bəzi «ağıllı» şəxslər belə hallarda yüngül istehza ilə qarşılarındakı qızışmış həmsöhbət üzərində tam qələbə çalmaq istəyirlər. Lakin unutmaq lazım deyil ki, görüşünüzün məqsədi qələbə çalmaq deyil, razılığa gəlməkdir. Məğlub olmuş tərəf-müqabil heç vaxt sizin partnyorunuz və ya dostunuz olmayacaq.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə