7
məktubların çoxnövlülüyünə baxmayaraq, onları iki vacib kateqoriyaya ayırmaq
lazımdır:
Cavab tələb edən məktublar
Cavab tələb etməyən məktublar
Cavab tələb edən məktublara aşağıdakılar aiddir:
Xahişnamələr
Müraciətlər
Təkliflər
Tələblər
İradlar
Dəvətlər
Cavab tələb etməyən məktublar bunlardır:
Xəbərdarlıqlar
Xatırlamalar
İmtinalar
Sərəncamlar
Müşahidə məktubları
Bildirişlər
Zəmanət məktubları
İnformasiya məktubları
Təlimat məktubları
Məktub tərtib edəndə aydın təsəvvür etmək lazımdır ki, bununla hansı məqsədə
nail olmaq istəyirsiniz, burada hansı dəlilləri gətirəcəksiniz. İşgüzar məktub
qüsursuz olmalıdır, çünki kiçik bir kənarlaşma hüquqi münaqişələrə səbəb ola
bilər.
Əgər məktub hər hansı bir təşkilata birinci dəfə göndərilirsə, adresatın soyadını,
adını, atasının adını (səhvsiz) aydınlaşdırmaq lazımdır. İşgüzar əlaqələrdə bu,
zəruridir. Məlumat kitabçasından təşkilatın telefon nömrəsini və ya katibdən lazımi
informasiyanı almaq olar. Müxtəlif ünvanlara göndərilən təlimat məktublarında
8
şəxssiz formadan istifadə edilir. Toxunulan məsələni həll etmək üçün məktubun
məzmununu qısa, inandırıcı və məntiqi izah etmək lazımdır. Məktubun tonu sakit,
nəzakətli, sadə olmalıdır. Həddindən artıq nəzakət isə kobudluq və diqqətsizliklə
bərabər yersizdir. Dəqiqsizlik ikimənalılığa, artıq professionalizm, lazım olmayan
qısaldılmış ifadələr isə sonrakı dəqiqliyin zəruriliyinə gətirib çıxarır. İşgüzar
tərəfdaşa göndərilən informasiya tam dürüst olmalıdır. Əgər sizin məktubunuzda
hər hansı bir xahişin, ya da tapşırığın yerinə yetirilməsinin imtinası varsa, əvvəlcə
belə qərarın motivlərini izah etmək lazımdır. Əgər vəziyyətin dəyişməsi ehtimalı
varsa, söz vermək lazımdır ki, gələcəkdə həmin məsələnin baxılmasına qayıtmaq
olar. Konkret rəhbər, ya da reqlament sənədlərinə istinad məktub müəllifinin
işgüzar imicini artırır.
Məktuba olan müasir tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və
kifayət qədər yığcamlıq.
Əgər telefon zəngi ilə kifayətlənmək olarsa, məktub yazmayın.
İşgüzar məktubları adətən bir səhifə həcmində yazırlar. Əgər məktub bir neçə
səhifədən ibarətdirsə, birincidən başqa, digər bütün səhifələr ərəb rəqəmləri ilə
nömrələnir. İşgüzar məktublar xüsusi blanklarda sənədləşdirilir. Onların üzərində
şirkətin emblemi, tam adı, poçt ünvanı, telefonlar və bank rekvizitləri göstərilir.
Məzmunundan asılı olaraq, yazı kağızlarında da bu məktublar sənədləşdirilə bilər.
Bəzi vacib işgüzar məktubları bükmürlər, xüsusi böyük zərflərdə göndərirlər.
Böyük müasir şirkətlərin xüsusi şəffaf pəncərəcikli zərfləri olur. Belə zərflərdə
ünvan yazılmır. İşgüzar məktubları əllə yazmırlar. Onlar mütləq çap
olunmalıdırlar.
Mövzu 2. ƏRIZƏ, TƏRCÜMEYI-HAL.
Sual 6.
Ərizə haqqında məlumat verin.
Hüquqi və mülki işlərin geniş yayılmış kargüzarlıq sənədlərindən biri
ərizədir. “Ərizə” sözü ərəbcə “ərz” sözündəndir.
9
A. Ərizənin mahiyyəti – Ərizənin hüquqi sənəd kimi mahiyyətcə şərhi
aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə rəsmi
müraciəti. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni
mənafeyinin pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan
qaldırılması tələbi deyildir. Ərizə ilk növbədə, vətəndaşın hüququnun, yaxud
qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, işə qəbul haqda ərizə, öz xahişi
ilə işdən çıxmaq haqqında ərizə, mənzil verilməsi haqqında ərizə) üçün və
müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir.
Ərizə yazılı və şifahi verilir. Şifahi ərizə xüsusi jurnala qeyd edilir və
sonradan yazılı ərizələrlə (onlar da qeydə alınmalıdır) eyni əsaslarla baxılır.
Ərizədə qaldırılmış məsələ həmin idarənin səlahiyyətinə aid olmadıqda ərizə
müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə bildirilir.
Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət
məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir.
Adətən belə ərizələri vəkillərə yazdırırlar.
B. Ərizənin məzmunu - Ərizə məzmunca iki cür olur: 1) şikayət ərizəsi;
2) xahiş ərizəsi.
C. Ərizənin forması – Ərizə vərəqin sol tərəfindən 4 -5 sm buraxılmaqla
ortadan başlanır. İlk cümlədə müraciət olunan şəxsin vəzifəsi, titulu, adının və
atasının adının baş hərfləri və soyadı yazılır. Ondan sonra ərizə verən öz kimliyini,
(vəzifəsini) adını, atasının adını və soyadını bütövlükdə yazır. Bundan sonra isə
vərəqin ortasında “ƏRİZƏ” sözünü yazır. Abzasdan ərizənin məzmunu başlanır.
Ərizəçi öz mətləbini bildirdikdən sonra aşağıda imza edir və sonda aşağıda ayın
tarixini göstərir.
Sual 7. Ərizənin dil xüsusiyyətləri barədə yazın.