16
Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət
Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-
nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə
«Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə
etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir
.
Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır.
Elmi-tədqiqat plan işlərini həmişə vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. O,
Azərbaycan dilinin aktual problemləri ilə bağlı vaxtaşırı respublika və Müstəqil
Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı
məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir.
Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov
həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.
Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir.
Kafedra müdiri:
Həmkarlar komitəsinin sədri:
«Fidan» EİB-də təmir sexinin təmirçisi,
azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci
ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev
barədə
İSTEHSALAT XASİYYƏTNAMƏSİ
Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir
sexində işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir.
Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrə,
xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir.
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır.
V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir.
İş yoldaşları arasında hörmət qazanmışdır.
17
Xoşrəftar, təvazökar, insandır.
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında
müzakirə və təsdiq edilmişdir.
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir.
«Fidan» EİB-in direktoru:
Ə.Əliyev
Həmkarlar Komitəsinin sədri:
A.Məmmədova
Sual 14.
Arayış barədə məlumat verin.
“Arayış” sözü türk mənşəlidir. Arama, axtarma mənasındadır. Müasir dövrdə
hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu
obyekt barədə nəyi isə təsdiq edir.
A. Arayışın mahiyyəti – Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi,
oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir
(Bu səbəbdən də xalq arasında arayışa “yoxlama” da deyilir).
B. Arayışın məzmunu – Arayışın kimə və nə üçün verildiyi göstərilir. Habelə
arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri
tərəfindən imzalanır (Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri,
mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara
təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq
olunmalıdır.
C. Arayışın forması – Çox vaxt arayışlar xüsusi blankda yazılır. “Arayış” sözü
vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı
sətrində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra
müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.
18
Ç. Arayışın dili – Arayışın dili xüsusi üslubda tənzimlənir. Burada söz sırası
pozulur. Xəbər əvvəldə gəlir. Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir
bədiiliyə, emosionallığa yol verilməməlidir.
Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə digər təşkilat
tərəfindən verilir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək
mümkündür, lakin mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə
arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin
gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir.
Arayışın özünəməxsus forması var. Belə ki, arayışın sol tərəfdən üst küncündə
idarənin ştampı, ortada “arayış” sözü, aşağıda məzmunu, daha sonra arayışın
təqdim olunduğu yer göstərilir. Axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası
və möhürü vurulur.
Sual 15.Arayış nümunələri yazın.
ARAYIŞ
Pərvin Rüstəm qızı İsmayılova həqiqətən Azərbaycan Dövlət İqtisad
Universitetində laborant vəzifəsində çalışır. P.İsmayılovanın maaşı 500
manatdır.
Arayış Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmək
üçün verilir.
Baş mühasib:
ARAYIŞ
Elçin Vaqif oğlu Hüseynov həqiqətən Azərbaycan Dövlət İqtisad
Universitetinin Maliyyə fakültəsinin IV kurs tələbəsidir.
Arayış Nərimanov rayon Hərbi Komissarlığına təqdim edilmək üçün verilir.
Dekan: