13
1.
Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika,
şəhər, rayon, kənd) dəqiq göstərilməli;
2.
Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər,
təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı;
3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır.
Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə
sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında
bildiklərini yazır.
Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də
valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir.
Tələbələrdə tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün onları
aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır:
1.
Başlıq: Tərcümeyi-hal
2.
Adı, soyadı və atasının adı
3.
Doğuldğu il, ay, gün, yer
4.
Məktəbəqədər dövr
5.
Məktəb dövrü
6.
Tələbəlik dövrü
7.
Universitetdə apardığı ictimai vəzifə
8.
Nailiyyətləri (mükafatları, təltifləri)
9.
Ailə üzvləri haqqında qısa məlumat
10.
Tərcümeyi-halın yazılma tarixi
11.
Tərcümeyi-halı yazanın şəxsi imzası.
Nümunələr
14
TƏRCÜMEYİ-HAL
Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin
Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını
bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq
İqtisadi Münasibətlər fakültəsində oxuyuram.
Atam, Vaqif Famil oğlu Hacıyev 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli
kəndində anadan olmuşdur, özəl bankda işləyir.
Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam
kəndində anadan olmuşdur, evdar qadındır.
İmza: V.Hacıyev
03.04.15.
Mövzu 3. XASIYYƏTNAMƏ, ARAYIŞ.
Sual 11.
Xasiyyətnamə barədə məlumat yazın.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ
gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir
edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi
genişdir. İşə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb
olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə
əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə şəxsin
partiyalılığı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz
əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təşkilatı katibi də
imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı: «Siyasi cəhətdən
dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha demokratik, daha
sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri
imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir.
Xasiyyətnamədə aşağıdakılar öz əksini tapmalıdır: şəxsin təvəllüdü; vəzifəsi;
15
milliyyəti; ailə vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-
mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı,
xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə
olunmalıdır. Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz
(Məsələn, Zalım oğlu səhərdən axşama qədər dəzgah arxasında yoruldum
demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
Sual 12. Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır?
Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır:
1.
Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2.
Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqı və
siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır.
3.
Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4.
Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5.
Xasiyyətnamələr vahid formada yazılır.
6.
Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7.
Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin
möhürü vurulur.
Sual 13. Xasiyyətnamə nümunələri yazın.
Azərbaycan Dövlət İqtisad Universitetinin
«Azərbaycan
dili»
kafedrasının
baş
müəllimi,
filologiya elmləri namizədi, azərbaycanlı,
evli, 1960-cı ildə anadan olmuş Həsən
Məmməd oğlu Zakirov barədə
XASİYYƏTNAMƏ