62
başqa bir şey deyil. O (şeytan) şərab içməyindən ümidsiz
olarsa, ağrın kəsiləcəkdir. Daha sonra Əbi Yəfur Kufəyə
qayıtdı, ağrısı daha da gücləndi, yaxınları ona şərab
gətirərək, içməyini istədilər, o isə, "Allaha and olsun ki,
bir damcı da içməyəcəyəm" dedi.
Neçə gün kəskin ağrılara dözməli oldu. Daha sonra
isə, ağrıları dayandı və ömrünün sonuna kimi bu
xəstəliyə düçar olmadı.
1
Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə
etmək olar
Bəziləri, hər bir məstedicidən, hətta xəstəliyi aradan
qaldırmaq üçün də olsa, çəkinməyi bildirirlər; çünki
Allah şəfanı hər bir məstedicidən götürmüşdür. Bu,
məşhur fəqihlərin sözüdür.
Bəzi müctehidlər isə, üç şərt əsasında şərabdan şəfa
qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər.
1- Həmin xəstəliyin müalicəsinin mümkün olması
bilinməlidir.
2- O xəstəliyin müalicəsini tərk etmək, öülmlə və ya
ona bənzər məşəqqətə səbəb olarsa.
3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək,
müalicənin şərabdan başqa yolla da mümkün olduğunu
ehtimal verərsə, bu şərt mövcud deyil və yalnız bu üç
şərtin mövcud olduğu təqdirdə, zərurəti aradan
qaldırmaq miqdarında içməyin eybi yoxdur. Ancaq
deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir.
2
1
"Böyük günahlar", c.1, səh. 246.
2
Həmin qaynaq
63
Həkimin göstərişi icra edilsin
Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin
(ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında
idim. O dedi: Sənə qurban olum, mənim qarnımda
qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə
müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək
qovut yeməlisən" - söylədilər.
Mən isə, bu göstərişə əməl etmədim. Çünki sizin bu
işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən
soruşuram, mən nə edim?
İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O
dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən
soruşana qədər içməyim.
İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının
sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə
dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə
icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın
boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək,
üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.
Şərab içmə və imansız dünyadan getmə
Fuzeyl ibn Əyaz şagirdi can verərkən, onun başı
üzərində oturaraq Yasin surəsini oxumağa başladı.
Şagirdi: ey ustad Quran oxuma, dedi. Fuzeyl oxumağı
dayandırdı və daha sonra yenidən ona təlqin deməyə,
şagirdinə: ""la ilahə illallah" cümləsini təkrarla", dedi.
Şagirdi dedi: bu sözü mən dilə gətirmərəm, çünki ondan
bezmişəm. Şagird elə o halda da dünyasını dəyişdi.
Füzeyl çox qəmgin idi. O evinə qayıtdı, yuxuda əzab
64
edilən şagirdini gördü. Ondan soruşdu: niyə imansız
dünyadan getdin? Mənim ən savadlı şagirdlərimdən biri
olmasına baxmayaraq, niyə inancsız, mərifətsiz dünyanı
dəyişdin? Şagirdi cavabında dedi: Üç səbəbə:
1- Söz gəzdirmə; mən ağıl sahiblərinə sən dediyinin
əksini deyirdim.
2- Paxillıq; Dostlarıma paxıllıq edirdim.
3- Xəstəliyimə görə həkimə müraciət etdim və o, hər il
bir badə şərab içməyi tapşırdı, "İçməsəm, xəstəlik
bədənimdə qalar" - dedi. Mən də hər il bir badə şərab
içirdim.
1
Spirtli içkilər rahatlığa səbəb olurmu?
Bəzi şəxslər, spirtli içkiləri içməklə, dərd-qəmlərinin
dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini
zəiflədərək, beynin, duyğu orqanları vasitəsilə alınan
məlumatları düzgün analiz etməsinə mane olur... Beyin
düzgün işləmədikdə və bununla da duyğunun təsirləri
aradan getdikdə, həqiqətdə duyğuların fəaliyyətinin
inikası sayılan qəm-qüssələr, dərdlər öz həddini itirir və
nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını
əldə edir.
Cavab: Doğrudur, insan qəmini unudur; çünki spirt,
xarici təhrikedicilər qarşısında reaksiyanı azaldaraq,
müəyyən həddə insana rahatlıq, sakitlik gətirir, lakin
əvvəla: spirtin təsiri getdikdə və narahatçılığın kökləri
qaldıqda,
onun
hücumu
daha
artıq
və
daha
kədərləndirici olur. Qəm-qüssənin kökü kəsilməsə,
1
"Böyük günahlar",c.1, səh. 248.
65
məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı
təsir göstərəcəkdir.
İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu
olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla
bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik?
Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki,
az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq,
müalicə etmək və problemin kökünü kəsmək əvəzinə
narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn
bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin
ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından,
ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq
dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz
ki, ağıllı insan belə bir iş görməz.
1
Spirtli içkilər, zinadan daha pisdir
Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki,
şərab, zina və oğurluqdan pisdir? O həzrət cavabında
buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə
olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən
məst olduqda, zina da edər, adam da öldürər və namazı
da tərk edər".
2
MUSİQİ
1
"İlk universitet Sonuncu peyğəmbər", c.7, səh. 174.
2
"Hucume xamuş" səh. 197 "Vəsail əş-Şiə kitabından nəql edərək,
c.17, səh. 250.
Dostları ilə paylaş: |