66
Musiqi nədir?
Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu
təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir.
Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə
kifayətlənirik:
1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan
formada tərkibidir. Bu baxımdan, günah məclislərilə
münasib olarsa, haramdır.
1
2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə
seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi
insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən
güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə
gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana
gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə,
düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.
2
Misal
olaraq,
Farabinin
Seyf
əd-Dövlənin
qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət
hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar
və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli
yuxuya daldı.
Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə
toxunduğumuz haram musiqidir.
Sinir sisteminin fəaliyyəti
Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə
bir müqəddiməyə işarə edirik.
Vegetativ sinir sistemi iki şöbəyə bölünür.
1
"Cameul-məsail", Ayətullah Fazil Lənkərani.
2
"Negahi be musiqi" (musiqiyə bir baxış), səh.9.
67
1. Simpatik şöbə
2. Parasimpatik şöbə
Simpatik sinir sistemi
32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və
qarın boşluğunun arxa səthində onurğa sütunun iki
tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin
əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun
əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri
genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın
qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək
döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın
öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.
Parasimpatik sinir sistemi:
Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və
çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və
böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam
əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı
süstlük,
tənbəllik,
halsızlıq,
yuxu,
qəflət,
səhv,
unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf
əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini
azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini
yavaşıtmaq və s. onun vəzifəsidir.
1
Aydındır ki, kənardan əsəb üzərində təhriklər
başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici
təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya
yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində
1
"Negahi be musiqi" (musiqiyə bir baxış), səh.36.
68
müvazinətsizlik yaradan xarici amillərdən biri də,
aşağıdakı
zərərləri
özündə
yerləşdirən
musiqi
dalğalarıdır.
Musiqinin cismi zərərləri
1. Sinir sisteminin zəifləməsi
Simpatik və parasimpatik sinir sistemi arasında
müvazinətin pozulması nəticəsində bədəndə yaranan
müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib
çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin)
80%-i sinir sistemi zəifliyinə düçardırlar.
Kolumbiya universitetinin professoru doktor Velf
Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi
sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri
bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha
da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti
yerlərdə son dərəcə mənfi təsirə malikdir.
Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı
nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı
olaraq, musiqini özünə haram etmişdir. Bunlar,
mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan
sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin
qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika
senatoruna təqdim etmiş və bütün növ ümumi
konsertlərin qadağan edilməsini istəmişlər.
1
Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının
həkimi və başağrısı klinikasının baş həkimi, beyin
1
"Böyük günahlar", "Musiqinin sinir sisteminə təsiri" və "Musiqiyə
bir baxış" kitablarından seçmələr.
69
dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə
xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə,
sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və
əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə
yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə
dinləyənlər üçün.
1
Doktor Aleksis Karlın sözü
"Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb
sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o
qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə
çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb
korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür
korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi
təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi
sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs
yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və
yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o
halda onun acı sonunu düşünməyəcəkdir".
2
2 – Dəlilik
Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində
yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və
düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə
qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və
tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə
1
"Beheşte cəvanan", səh.357, "Musiqi elm və din baxımndan"
kitabına istinadən, səh.48.
2
"Pasoxha və porseşhaye ruz" səh.125.
Dostları ilə paylaş: |