58
"biz neçə ildir ki şərab içirik, amma yenə də sağlamıq"
deyirlər.
Axmaq oğulun atasına məktubu
Bu tip şəxslərin sağlamlığı, səfərdə olan atasına
məktub yazan axmaq oğulun sağlamlığı kimidir. O,
durumu şərh edərək yazır: Atacan salam, salamdan
sonra, deməliyəm ki, bizim vəziyyətimiz şükürlər olsun
ki, yaxşıdır. Hər şey ürəyimizcədir. Sadəcə, evimizin
divarı aşaraq, ananı, qardaşı və bacını öldürdü. Allaha
şükür ki, mən, uzunqulaq, pişik, it və qoyun sürümüz
ölümdən yaxa qurtardıq, bizim salamat olmağımız bu
idi. Vəssəlam.
Az miqdarda şərab da zərərlidirmi?
Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və
elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az
olmasına baxmayaraq, antidivretik hormonunu kontrol
edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana
daxil olduqda nütfə bağlanmasında təsirlidir
1
(insan
şərab içdikdən sonra cinsi əlaqədə olarsa və bu
yaxınlıqdan uşaq doğularsa, o uşağın dəli olması, şüur
baxımından zəif olması ehtimalı böyükdür).
Spirt, qanda lazım olan maddələrdən biridir. Onun
minimum və maksimum miqdarı da bəllidir. Bədənin
ehtiyacı olan bu miqdar spirt qida vasitəsilə təmin
edildiyi halda, qida metabolizmi (maddələr mübadiləsi)
olmayan spirt içməyə heç bir lüzum yoxdur. Spirtin
1
"İlk universitet son peyğəmbər", c.7.səh.155.
59
dərhal qana keçməsini nəzərə alaraq, bir şəxs az bir
miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ
xəstəlik sayıla bilər. Xəstəliyindən yalnız həkimə
müraciət etmək və müayinə yolu ilə agah olan şəkər
xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də,
məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan
xəstəliyə yoluxması mümkündür.
1
Tanınmış psixoloq, doktor Hans Luksanberq, Munix
şəhərində keçirilən konfransda, "hətta bir qurtum şərab
belə, sürücülük üçün təhlükəlidir" söylədi.
Doktor Məlvin Kənzəli, 1969-cu ildə Nyuyorkda
keçirilən spirt və spirtizmlə mübarizə adlı səkkizinci
beynəlxalq konfransda, dedi: Spirtin az istifadəsi də, bir
çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi
Karolinanın tibb institunun tədqiqat mərkəzinə başçılıq
edən doktor Kənzəli eləcə də əlavə etdi: “Bəziləri güman
edirlər ki, məclislərdə necə deyərlər, boğaz yaşlasalar,
spirtə qurşanmayacaq və ya beyin pozğuntuluqlarına
düçar olmayacaqlar, halbuki, bu zəmində həyata keçmiş
araşdırmalar göstərir ki, spirtli içkilər, az miqdarda da
belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”.
Sözügedən konfransda digər alimlər, o cümlədən,
doktor Raymund Penigton çıxış edərək, spirtin mənfi
təsirlərinə (hətta az miqdarda da), toxundular.
Nurdrayn Vesteflen əyalətində baş vermiş on dörd
min yol qəzası üzərində aparılan araşdırmada məlum
oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez
yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az
1
"İlk universitet son peyğəmbər", kitabının xülasəsi, c.7, səh. 162.
60
miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən
verməyə səbəb olur. Aparılmış araşdırmalara görə,
sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol
qəzaları daha təhlükəli, daha ağır olmuşdur.
1
Şərab qangətiricidirmi?
Şərab və məstedici maddələrin tərkibində olan spirt,
qanın zəifləməsinə səbəb olduğu halda, necə qangətirici
ola bilər? Yüz il bundan öncə bir sıra təbiblər, şərabın
bəzi xəstəliklərə xeyirli olduğunu düşünürdülər, lakin
son zamanlar sezmişlər ki, şərab, xəstənin bədəninə xeyir
verməməyi ilə yanaşı, bir çox zərərləri də ona çatdırır,
belə ki, spirtin ən kiçik zərrələri ağ qan cisimciklərinin
fəaliyyətini iflic edir.
Bilirsiniz ki, ağ qan cisimcikləri (leykositlər), insan
qanına mikrob daxil olarkən, mikrobla mübarizəyə
qalxaraq onu məğlub edir. Bir sözlə ağ qan cisimciyi
bədənin əsgəri rolunu oynayır, xəstənin ağ qan
cisimciyinin müqavimət edərək, mikrobların məhv
edildiyi surətdə o sağalır, bədənində ağ qan cisimciyi
olmayan və ya zəif olan şəxs, xəstəliyə məğlub olub,
yenidən ağ qan cisimciyinin yaratmadığı surətdə həyatını
itirir.
Spirt, qana daxil olcaq, ağ qan cisimciklərinin
fəaliyyətini dayandırır. Bu zaman bu maddə artıq,
milyonlarla mikrobun bədənə daxil olduğu təqdirdə
kiçicik reaksiya da göstərmir.
2
1
"İlk universitet son peyğəmbər", səh. 170 və 173.
2
"Böyük günahlar", c.1, səh. 248
61
Sağalmaq üçün şərab
Bir sıra insanlar, bəzi xəstəliyə düçar olduqda, onun
çarəsini şərab içməkdə görür və "xəstəliyimizin aradan
qaldırılması üçün şərab içirik" deyirlər. Bu şəxslərdən
bəziləri, öz vicdanlarını rahatlaşdırmaq və ya içki
içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər.
Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona
az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir
həkim müşahidə edildiyi surətdə, tibb elminin
tədqiqatçılarının qeyd etdiyi şərabın çoxsaylı zərərlərini
nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında
çatışmazlıq var.
Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz
etsək də, onun minlərlə digər cismi və mənəvi xəstəliyi
əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip
işi görməz. Bu iş eynilə, suya düşmüş 10 manatını
götürmək üçün, bir neçə dalğıc tutaraq yüzlərlə manat
artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir.
Əzizlərimiz bilməlidirlər ki, ən gözəl üslübda
bədənimizi yaradan Tanrı, nələrin bizim bədənimizə
xeyirli və nələrin zərərli olduğunu çox gözəl bilir.
Şərabın istifadəsində xeyir, məsləhət olsaydı, Allah onu
azad edər və onu içməyi qadağan etməzdi.
Şərabda şəfa yoxdur
İbn Əbi Yəfur, hz. İmam Sadiqə (ə), bir xəstəliyə düçar
olduğunu və ağrısı baş qaldırdıqda bir miqdar şərab
içərək sakitləşdiyini bildirdi. İmam Sadiq (ə) buyurdu:
İçmə, haramdır, bu şeytanın səni harama salmasından
Dostları ilə paylaş: |