İslamda Uşaq Tərbiyəsinin Əsasları


O  gün  neçə-neçə  üzlər  parlayacaq,  güləcək  və  fərəhlənə-



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə114/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   111   112   113   114   115   116   117   118   119
islamda ushaq terbiyesinin esaslari

O  gün  neçə-neçə  üzlər  parlayacaq,  güləcək  və  fərəhlənə-
cəkdir.  O  gün  neçə-neçə  üzlərə  toz-torpaq  hopacaq,  onları 
zülmət bürüyəcəkdir
. (Əbəsə 38-41) 
Vaxtları  tamam  olana  qədər  hər  kəs  yer  üzündə  duracaq. 
Göy  yarılıb-parçalanacaq,  ulduzlar  səpələnəcək,  səmanın  mə-
ləkləri  yer  üzünə  enərək  onları  əhatəsinə  alacaq.  Sonra  ikinci 
səmanın mələkləri yer üzünə enəcək və mələklər dünya səma-
sını  bürüyəcək,  ard-arda  bütün  səmalardakı  mələklər  də  bu 
şəkildə enəcək. Onlar bu halda ikən, bütün eyblərdən münəz-
zəh  olan  aləmlərin  Rəbbi  onların  arasında  hökm  etmək  üçün 
gələcək.  Yer  Onun  Nuru  ilə  parlayacaq.  Möminlər  günahkar-
lardan  ayırd  ediləcək,  tərəzi  qoyulacaq  və  məhkəmə  divanı 
qurulacaq. Şahidlər çağrılacaq və o gün əllər, dillər, ayaqlar və 
dərilər  şahidlik  edəcək.  Allah 

  qarşısında  onlar  bir-biri  ilə 
çəkişərək, biri digərini günahlandıracaq. Hətta ruh ilə cism be-
lə  çəkişəcək.  Cəsəd  deyəcəkdir:  “Mən  sadəcə  bir  cisim  idim. 
Nə dərk edir, nə eşidir, nə də görürdüm. Sən ki, ey ruh! Həm 
eşidirdin, həm görürdün və həm də ağlınla dərk edirdin. Məni 
istədiyin kimi istədiyin işlərdə yönləndirirdin”. Ruh isə deyə-
cək:  “Məni  günah  işləməyə  sən  sövq  etdin  və  sən  bütün  gü-
nahları etdin”. 
Allah 

  onların  arasında  hökm  etmək  üçün bir  mələk  gön-
dərəcək. Mələk onlara deyəcək: “Sizin ikinizin misalı gözü gö-
rən şikəstlə, sağlam olan korun misalına bənzəyir. Onların iki-
si birgə bir bostana daxil olur və şikəst belə deyir: “Mən mey-


284 
 
vələri  görürəm,  lakin  onları  dərməyə  gücüm  çatmır”.  Kor  isə 
ona deyir: “Mən də ayağa dura bilirəm, ancaq heç nə görmü-
rəm”. Şikəst deyir: “Meyvəni dərməyim üçün məni onun yanı-
na apar!” O da ona kömək edir və meyvəni dərirlər. Mələk on-
lardan  soruşacaq:  “O  zaman  cəza  bunlardan  hansına  düşür?” 
Onlar deyəcəklər: “Hər ikisinə də”. Mələk deyəcək: “Bax, sizin 
də halınız belədir”. 
Allah 

 qullarının arasında elə hökm verəcək ki, bütün yer 
və göy əhli, bütün yaxşılıq sahibləri və günahkarlar, möminlər 
və kafirlər Ona bunun üçün həmd edəcəklər. 
سۡفَن ُّلُك َٰىهفَوُتَو
ٗ
ٗ
 
ۡتَلِمَع اهم
 َلَ ۡمُهَو 
 ُي
ُمَلۡظ
 َنو
١١١
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə