İslamda Uşaq Tərbiyəsinin Əsasları


Hər  kəsə  etdiyi  əməllərin  əvəzi  tam  veriləcək  və  onlara



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə115/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   111   112   113   114   115   116   117   118   119
islamda ushaq terbiyesinin esaslari

Hər  kəsə  etdiyi  əməllərin  əvəzi  tam  veriləcək  və  onlara 
zülüm edilməyəcək.
 (Nəhl 111) 
رۡيَخ ٍةهرَذ َلاَقۡثِم ۡلَمۡعَي نَمَف
ٗ
ٗ
 ۥُهَرَي ا
٧
 
هرَذ َلاَقۡثِم ۡلَمۡعَي نَمَو
ةٗ
ٗ
 
 رَش
ٗ
ٗ
 ۥُهَرَي ا
٨
 
Zərrə  qədər  yaxşılıq  edən  əvəzini  alacaqdır.  Zərrə  qədər 
pislik edən də əvəzini alacaqdır. 
(Zilzəl 7-8)
 
Bundan sonra bir carçı səslənərək deyəcək: “Hər bir ümmət 
özünün  ibadət  etdiyi  şey  ilə  gəlsin!”  Bütpərəstlər  öz  bütləri, 
xaçpərəstlər öz xaçları, bütün müşriklər öz ibadət etdikləri mə-
budları  ilə  toplanacaq.  Onlardan  qaçıb  qurtula  bilməyəcəklər 
və beləcə birlikdə Cəhənnəmə atılacaqlar. 
Bu  zaman  yalnız  muvahhidlər
239
  qalacaq  və  onlara  deyilə-
cək: “İnsanların axınla getdiyi yerə getmirsinizmi?” Onlar de-
yəcəklər:  “Biz  insanlara  ən  çox  ehtiyac  duyduğumuz  anlarda 
                                                 
239
 Tövhid əhli yalnız Allah`a ibadət edib, Ona heç bir şeyi şərik qoşmayan-
lardır. 


285 
 
belə onlardan ayrılmışdıq. Bizim bir Rəbbimiz var və biz Onu 
gözləyirik. Onlardan soruşacaqlar: “Sizinlə Onun arasında elə 
bir  əlamət  varmı  ki,  Onu  gördüyünüz  zaman  tanıyasınız?” 
Onlar  deyəcəklər:  “Bəli,  şübhəsiz  ki,  Onun  heç  bir  bənzəri, 
tayı-bərabəri  yoxdur.  Həmin  an  Allah 

  onlara  Onu 
tanımadıqları bir surətdə təcəlli edəcək və belə deyəcək: “Mən 
Sizin Rəbbinizəm”. Onlar isə deyəcəkdir: “Biz səndən Allah`a 

  sığınırıq.  Bizim  yerimiz  buradır  və  biz  burada  Rəbbimiz 
gələnə kimi gözləyəcəyik. Rəbbimiz gəldiyi zaman isə biz Onu 
tanıyacağıq. Bu zaman Uca Allah 

, Onu ilk dəfə gülən halda 
gördükləri  surətdə  onlara  təcəlli  edəcək  və  “Mən  sizin 
Rəbbinizəm”  deyəcək.  Onlar  da  deyəcəklər:  “Bəli,  sən  bizim 
Rəbbimizsən”.  Ona  səcdə  etmək  üçün  yerə  qapanacaqlar.  La-
kin,  dünyada  ikən  namaz  qılmayan  və  ya  riyakarlıqla  namaz 
qılan kəslər səcdə edə bilməyəcəklər. Onlar səcdə etməyə çalış-
dıqları zaman maneə ilə qarılaşacaqlar”. Sonra Allah 

 oradan 
ayrılacaq
240
 və onlar da Onu təqib edəcəklər. Körpü qurulacaq 
və insanlar ona tərəf yönləndiriləcəklər. O körpü zəif, ensiz və 
zülmətlər içindədir. Oranı nur olmadan keçmək mümkün de-
yildir.  Onlar  oraya  çatdıqları  zaman  aralarında  nur  bölgüsü 
qurulacaq  və  hər  bir  kəs  dünyada  ikən  imanlarının,  ixlasları-
nın  və  əməllərinin  nisbətində  nur  əldə  edəcəkdir.  Orada  nur-
lardan bəziləri günəş kimidir, bəzisi ulduzların nuru, bəzisi də 
öz güc və işıqlılığında çıraq kimidir. 
                                                 
240
  Uca  Allah`a 

  olan  sifət  və  feillərə  keyfiyyət  vermədən,  heç  bir  şeyə 
bənzətmədən, təvil və inkar etmədən iman edirik. Çünki biz Onun feillərini 
və sifətlərini dərk edəcək və təsəvvür edəcək gücdə deyilik. Onun bənzəri 
yoxdur və O eşidən və görəndir. (Tər.) 


286 
 
Əmanət  və  qohumluq  əlaqəsi  “Sirat”  körpüsünün  yanına 
göndəriləcək. Xainlər və qohumluq əlaqəsini kəsənlər onu ke-
çə  bilməyəcəklər.  İnsanların  körpünü  keçməkləri  dünyada 
ikən  doğru  yolda  (siratə`l-mustəqim)  olduqları  nisbətə  görə 
dəyişəcəkdir.  Bəziləri  şimşək  sürəti,  bəziləri  külək  sürəti, 
bəziləri atlı sürəti, bəziləri piyada sürətilə, bəziləri sürünərək, 
bəziləri də iməkləyərək körpünü keçəcək. 
Körpünün  ətrafında  böyüklüyünü  yalnız  Uca  və  İzzət 
sahibi  olan  Allah`ın 

  bildiyi  qarmaqlar  asılmışdır.  Onlar 
körpüdən  keçənlərə  onu  keçməyə  mane  olurlar.  Bu,  dünyaya 
bağlılığın  onlara  Allah`a 

  itaət  və  ibadət  etməyə,  Onun  razı-
lığını  qazanmağa  mane  olmasına  bənzəyir.  Müsəlmanlardan 
kimisi  ondan  qurtulacaq,  kimisinə  isə  bu  qarmaqlar  ilişərək 
üzərində  iz  buraxacaq,  kimisini  kəsəcək,  kimisini  də  dartıb 
oda atacaqdır.  
Münafiqlərə verilən nur isə körpüyə çatdıqları zaman sönə-
cək. Halbuki, ona çox möhtac idilər. Dünyada ikən də onların 
qəlblərinin  nuru  artıq  sönmüşdü.  Onlara  küfürləri  bəlli  olan 
kafirlərdən  fərqli  olaraq  zahirdə  nur  verilmişdir.  Ancaq  dün-
yada imanları zahirdə olduğu kimi, axirətdə də nur onlara za-
hirdə  verildi.  Ehtiyacları  olduğu  zaman  isə  onlara  fayda  ver-
mədi. Bu zaman onlar möminlərə deyəcəklər

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə