İslamda Uşaq Tərbiyəsinin Əsasları


eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə112/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   108   109   110   111   112   113   114   115   ...   119
islamda ushaq terbiyesinin esaslari

eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”. 
(Fatir 22) Başqa 
bir ayədə isə deyilir: “
Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib 
gedən  karlara  çağırışı  eşitdirə  bilməzsən
”.  (Rum  52)  Bu  ayədə  Allah 

 
kafirləri eşitməməkdə ölülərə bənzədir. Bu da o deməkdir ki, ölülər eşitmə-
diyi  kimi  kafirlər  də  eşitmir.  Deməli  ölülərdə  eşitməmək  sifəti  vardır  ki, 
Allah 

  da  kafirlərin  bu  halını  onlara  bənzətdi.  Ayənin  (Rum  52)  dava-
mında  onlar  həm  də  eşitməməklə  karlara  bənzədilir.  Allah  Rəsulu 

  ona 
salam  verənin  salamını  harada  olursa  olsun,  mələklərin  ona  çatdıracağını 
demişdir.  Bu  da  dəlildir  ki,  Allah  Rəsulu 

  özü  eşitmir.  Sadəcə  mələklər 
ona salamı çatdırır. Harada olursa olsun sözü isə onun qəbrinin yanını da 
əhatə edir. Bundan  başqa bir çox dəlillər ölülərin eşitmədiyini göstərmək-
dədir. (Tər.) 
235
 Münkər və Nəkir adlı mələklər. 


280 
 
Bax,  Uca  Allah 

  orada  sənə  nələr  hazırlamışdır”.  O,  bütün 
orada olanları öz gözləri ilə görər.  
Ancaq asi və günahkar nəfs isə yuxarıda qeyd olunanların 
tam əksi ilə qarşılaşar. Ölüm hökmü gəldiyi zaman, qara üzlü, 
qorxulu sifətli mələklər nazil olar və özləri ilə oddan olan kə-
fur  və  kəfən  gətirərlər.  Gözünün  gördüyü  son  nöqtəyə  qədər 
məsafədə oturarlar. Canları almaqla mükəlləf olan ölüm mələ-
yi  yaxınlaşar  “Xəbis  nəfs,  çıx!”  –  deyə,  onu  çağırar  və  daha 
sonra  belə  deyər:  “Sən  həm  də  xəbis  bir  cəsəddə  idin  və  səni 
gözləyən  yanar  odlu  qaynar  su  və  Cəhənnəm  əhlinin  yarala-
rından axan irinlə sənə “müjdə” olsun!” Ruhu bədənin dərinli-
yindən  damarları  və  sinirləri  kəsilərək  tikanın  yaş  yundan 
çıxarıldığı  kimi  əziyyətlə  çıxar.  Onun  canı  alındığı  zaman  bir 
göz qırpımında alınmaz. 
Ondan yer üzərində olan çürümüş leş iyi gəlməyə başlayar. 
O,  oddan  olan  hənuta  (kəfur  və  ya  başqa  qoxu  maddəsi)  və 
oddan  olan  kəfənə  bükülər.  Yer  və  göy  arasında  olan  bütün 
mələklər ona lənətlər yağdırmağa başlayar. Sonra o, dünya sə-
masına  qaldırılar  və  səmanın  qapısı  açılması  üçün  izin  istəni-
lər,  ancaq  onun  üzünə  qapı  açılmaz.  Sonra  aləmlərin  Rəbbin-
dən bir çağırış gələr: “Onun kitabını dar bir məhbəsə göndərin 
və onu yerə qaytarın. Onun ruhu qovularaq yerə atılar. Bu za-
man  o  yuyulmasını,  kəfənlənməsini,  daşınmasını  müşahidə 
edər,  bədəninə  baxaraq    deyər:  “Vay  olsun  onun  halına!  Vay 
olsun onun halına! Onu haraya aparırlar axı belə?” 
Qəbrinə  qoyulduqdan  sonra,  ruhu  geriyə  qaytarılar  və  iki 
mələk gələrək ondan Rəbbinin kim olduğunu, dininin nə oldu-
ğunu  və  peyğəmbərinin  kim  olduğunu  soruşmağa  başlayar. 
Ancaq, o dili dolaşa-dolaşa “Bilmirəm, bilmirəm” deyər. Bun-
dan sonra mələklər ona elə bir zərbə ilə vurarlar ki, qışqırıq sə-


281 
 
sini insanlardan və cinlərdən başqa hər kəs eşidər. Qəbri onun 
üçün daha da dar hala gələrək onu elə sıxar ki, qabırğaları bir-
birinin içinə girər və yeri odla döşənər. Cənnətə bir qapı açıla-
raq: “Oraya bax, Allah 

 onu səndən uzaq etdi” deyilər. Sonra 
isə  Cəhənnəmdən  bir  qapı  açılaraq  deyilər:  “Oddan  olan 
oturacağına  bax!”.  O  isə  hamısını  görər.  Bundan  sonra  onun 
yanına çox çirkin şəkildə biri gətirilər. Həmin şəxs onu görcək: 
“Sən kimsən? Sənin üzündən şər yağır” deyir. O isə: “Mən sə-
nin pis əməllərinəm” – deyərək cavab verər. 
Mömin öz əməli qarşılığında, bərzəx
236
 həyatında nemətlər 
içərisində olur. Facir, günahkar birisi isə, öz günahı qarşılığın-
da qəbir əzabı çəkməyə başlayır. Hər bir bədən üzvü öz etdiyi 
cinayətin  qarşılığında  əzabını  dadır.  İnsanların  ətlərini  yeyə-
rək
237
 onların irz və namuslarını müzakirə edənlərin dodaqları 
oddan  olan  qayçı  ilə  doğranacaqdır.  Yetimlərin  mallarını  ye-
yənlərin yedikləri qarınlarında oda dönərək qaynayacaqdır, ri-
ba (faiz) yeyənlərin ətləri daşlarla  çeynənəcək, xəbis yolla qa-
zandıqları  var-dövlət  içində  üzdükləri  kimi  qan  çaylarında  
üzəcəklər.  Fərz  namazlarına  yatıb  qalanların  başları  böyük 
daşlarla  əziləcəkdir.  Böyük  yalançıların  dodaqları  başlarına 
qədər dəmir kəlbətinlərlə cırılacaq, burun deşikləri və göz pər-
dələri də yarılaraq başlarına qədər qaldırılacaqdır. Necə ki, on-
lar, yalanları ilə dünyada başqalarını məhv etdilər. Zinakar qa-
dınlar öz döşlərindən asılacaq, zinakar kişilərlə birgə odlanan 
təndirlərdə  həbs  olunacaqlar.  Onların  asilik  etdikləri  yerləri 
yəni aşağı hissələri bu əzabı dadacaqdır.  
                                                 
236
 Qəbir həyatı, dünya və axirət arasında olan keçid mərhələsi. 
237
 Qeybətçilərin. 


282 
 
Ağrılar, hüznlər, qəm və kədər bir-birinin ardınca ömürlə-
rini boşa keçirən nəfslər üzərində hakim oldu. Çünki ömürləri-
ni  yalnız  oyun  və  əyləncə  ilə,  boş  işlərlə  keçirirdilər.  İndi  isə 
ağrı və acılar canlarına, qurdlar və zəhərli həşaratlar isə ətləri-
nə daraşacaq. Allah 

, izni ilə dünya aləminin sonunu gətirənə 
qədər bu beləcə davam edəcək. O zaman ki, qırx gün ard-arda 
kişilərin  spermalarına  bənzəyən  ağ  qalın  yağış  yağacaq, 
insanlar  ağacların  və  otların  yerdən  bitərək  çıxdıqları  kimi 
qəbirlərindən  qalxacaqlar.  Allah 

  İsrafilə  onların  dirilməsi 
üçün  surunu  çalmağı  əmr  edəcək.  Bu  surun  üçüncü  çağrışı 
olacaq.  Çünki  ondan  öncə,  ölüm  və  qorxu  çağırışları  vardır. 
Yer  onların  üzərindən  aralanacaq,  onlar  qəbirlərindən  qalxıb 
baxacaqlar.  Mömin  isə  deyəcəkdir:  “Əlhəmdulilləhi`l-ləzi  əh-
yənə bə`də mə əmətənə va ileyhi`n-nuşur”.
238
 (Bizi ölürdükdən 
sonra dirildən Allah`a 

 həmd olsun. Dönüş Onadır.) 
Kafir isə belə deyəcək:
 
ِدَقۡرهم  نِم  اَنَثَعَب  َۢنَم  اَنَلۡيَوََٰي  ْاوُلاَق
َن
ََٰه  ِۗٗ
ۜا
اَم  اَذ
 
 ََٰمۡحهرلٱ  َدَعَو
 ُن
َسۡرُمۡلٱ َقَدَصَو
 َنوُل
٥٢
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə