İslamda Uşaq Tərbiyəsinin Əsasları


Onların  arasına  içərisində  mərhəmət,  çölündə  əzab  olan



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə117/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   111   112   113   114   115   116   117   118   119
islamda ushaq terbiyesinin esaslari

Onların  arasına  içərisində  mərhəmət,  çölündə  əzab  olan 
qapılı  bir  sədd  çəkiləcəkdir.  Münafiqlər  onları  haraylayıb 
deyəcəklər:  “Məgər  biz  sizinlə  birlikdə  deyildikmi?”  Mö-
minlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, 
möminlərə  bəla  üz  verməsini  gözləyirdiniz,  haqqa  şübhə 
edirdiniz  və  Allah`ın  əmri  gələnədək  xülyalar  sizi  yoldan 
çıxardı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. 
Bu  gün  nə  sizdən,  nə  də  kafirlərdən  heç  bir  fidyə  qəbul 
olunmaz.  Sığınacağınız  yer  də  oddur.  Sizə  layiq  olan  elə 
odur. Ora nə pis dönüş yeridir! 
(Hədid 13-15)
 
O  zaman  yalnız  möminlərə  Sirat  körpüsündən  keçməyə 
icazə veriləcək, onlardan başqaları isə oradan keçə bilməyəcək. 
Onlar  artıq  Cəhənnəm  odunun  təhlükəsindən  qurtulmuşlar. 
Bəziləri isə, Cənnət və Cəhhənnəm arasında olan körpüdə sax-
lanılacaq,  dünyada  ikən  öz  aralarında  kimlər  zülmə  məruz 


288 
 
qalmışdısa qisası alınacaq, bütün pisliklərdən təmizləndikdən 
sonra Cənnətə daxil olacaqlar.  
Cənnət əhli Cənnətdə, Cəhənnəm əhli də cəhənnəmdə yer-
ləşəndən sonra “ölüm” başında ağ təpəl olan qara bir qoç şək-
lində gətirilərək Cənnət və Cəhənnəm arasında durdurulacaq.  
Sonra    deyiləcək:  “Ey  Cənnət  əhli!”.    Onlar  buna  narahatlıqla 
baxacaqlar. Sonra belə deyiləcək: “Ey Cəhənnəm əhli!”. Onlar 
bundan  ümidə  düşəcəklər.  Onlara  deyiləcək:  “Siz  bunu  tanı-
yırsınızmı? Onlar “bəli” – deyə cavab verəcəklər. Hər biri onu 
tanıyacaq.  Sonra  deyiləcək:  “Bu  ölümdür”.  O,  Cənnət  ilə  Cə-
hənnəmin  arasında  kəsildikdən  sonra  deyiləcək:  “Ey  Cənnət 
əhli,  bundan  sonra  siz  orada  əbədi  qalacaqsınız,  artıq  sizə 
ölüm  yoxdur.  Ey  Cəhənnəm  əhli!  Bundan  sonra  siz  orada 
əbədi qalacaqsınız, artıq sizə ölüm yoxdur!” 
Bax, bir zaman nütfə olanın sonuncu halı budur. O nütfə ki, 
insanın yaradılışının başlanğıcı onunla başlayır. O başlanğıcla 
bu son qayənin arasında insan haldan-hala, formadan-formaya 
düşərək,  hər  şeyi  bilən  əl-Əlim  və  izzət  sahibi  əl-Əziz  olan 
Allah`ın 

  təqdiri  ilə  bir  haldan  başqa  bir  duruma  keçidlər 
etmişdir. Sonda isə son qayə olan ya əbədi səadətə qovuşmuş, 
ya da əbədi bədbəxtlik və zillətə məhkum olmuşdur.  
َلِتُق
 
  ۥُهَرَفۡكَأ  ٓاَم  ُنََٰسنِإۡلٱ
١٧
 
  ۥُهَقَلَخ  ٍءۡيَش  َيَأ  ۡنِم
١٨
 
 نِم
 ۥُهَرهدَقَف ۥُهَقَلَخ ٍةَفۡطُّن
١٩
 
 ۥُهَرهسَي َليِبهسلٱ همُث
٢٠
 
همُث
 
 ۥُهَرَبۡقَأَف ۥُهَتاَمَأ
٢١
 
 ۥُهَرَشنَأ َءٓاَش اَذِإ همُث
٢٢
 
 ۥُهَرَمَأ ٓاَم ِضۡقَي اهمَل هلََك
٢٣
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə