İslamda Uşaq Tərbiyəsinin Əsasları


Allah sizi analarınızın bətnindən heç nə anlamadı-



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə100/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   96   97   98   99   100   101   102   103   ...   119
islamda ushaq terbiyesinin esaslari

Allah sizi analarınızın bətnindən heç nə anlamadı-
ğınız bir halda çıxardı, sizə qulaq, göz və ürək verdi ki, bəl-
kə şükür edəsiniz. 
(Nəhl 18) 
Onlar  bu  ayəni  dəlil  olaraq  göstərib  insanın  ana  bətnində 
heç  bir  şey  görmədiyini  və  heç  bir  səsi  eşitmədiyini  deyirlər. 
                                                 
217
  Dövrümüzdə  hava  praqnozlarının  verilməsi,  yaxud  müəyyən  cihazlar 
vasitəsi ilə uşağın cinsiyyətinin təyin edilməsi bu hədisə heç bir ziddiyyət 
təşkil etmir. Çünki onlar müəyyən əlamətlər yaxud hesablamalar vasitəsilə 
nəticəsi gözlənilən hadisələr haqqında öncədən proqnozlar verirlər. Bu mü-
əyyən sürətlə gələn avtomobilin müəyyən bir məsafəni hesablama yolu ilə 
bəlli bir zamana qət edəcəyini elan etməyə bənzəyir. Çünki sürət və məkan 
bəlli  olduğu  zaman,  onları  hesablayaraq  tapmaq  mümkündür.  Ancaq 
Allah`ın 

 qeybi bilməsi hələ öncədən uşağın cinsiyyətinin təyin edilməsi, 
onun  xoşbəxt  və  ya  bədbəxt  olması,  ruzisini,  əcəlini  və  s.  bilməsidir  ki, 
bunu  Ondan  başqa  heç  kim  bilə  bilməz.  Həmçinin  yağışın  öncədən  bi-
linməsi  əlamətlərsiz  yalnız  Allah`a 

  məxsusdur.  Təcrübə  onu  göstərir  ki, 
zamanımızda verilən proqnozlar  bəzən yanlış nəticə ilə də sonlanır. Məsə-
lən cihazın oğlan dediyi halda qız, qız dediyi halda oğlan doğulma faktları 
dəfələrlə  baş  vermişdir.  Yaxud  havanın  vəziyyəti  verilən  proqnozun  tam 
əksi  ilə  özünü  göstərmişdir.  Bu  isə  qeybin  mütləq  olaraq  Allah`ın 

  bil-
məsinə və insanların yalnız müəyyən təcrübəyə, əlamətlərə və hesablama-
lara  dayalı  proqnozlarının  qeybdən  xəbər  deyil,  əsaslı  ehtimal  olmasına 
açıq-aşkar dəlildir. (Tər.) 


246 
 
Çünki,  ana  bətnində  ona  eşitmə  və  görmə  orqanının  faydası 
yoxdur. 
Əlbətdə bu deyilənlər doğru deyil. Ayədə də bunu dəstək-
ləyən heç bir dəlil yoxdur. Çünki, buradakı “vav” tərtib üçün 
deyil, əksinə bu ayə yuxarıda deyilənlərin əleyhinə dəlildir. İn-
sanın ürəyi anasının bətnində olduğu zaman yaradılır. Bu ba-
radə  Hüzeyfə  ibn  Üseydin 

  rəvayət  etdiyi  hədis  öncədən 
təqdim  olunmuşdu.  Doğru  olan  odur  ki,  nütfənin  üzərindən 
qırx iki gün keçdikdən sonra Allah 

 ora bir mələk göndərir və 
ona  surət  verərək  qulağını,  gözünü,  dərisini  və  ətini  yaradır. 
Eşitmə  və  görmə  qabiliyyəti  bətndə  verilir.  Feillə  idrak  etmə 
qabiliyyətinə gəldikdə isə o, üzərindəki maneə örtüyünün yox 
olmasına bağlıdır. Bətndən çıxdıqdan sonra isə əməlinə hökm 
edildiyi şəkildə əməl edir. Ən doğrusunu Allah 

 bilir!  
Fəsil 
Uşağın ata-anasına və ya onlardan birinə oxşamasının, oğ-
lan  ya  da  qız  olaraq  doğulmasının  səbəbi  nədir?  Bununla 
yanaşı,  onun  oğlan  və  ya  qız  olmasının  hamiləlik  zamanında 
bir əlaməti varmı? Allah 

 buyurur: 
 ُِۚءٓاَشَي َفۡيَك ِماَحۡرَأۡلٱ يِف ۡمُكُرَوَصُي يِذهلٱَوُه
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə