İslamda Uşaq Tərbiyəsinin Əsasları


O,  göyləri  və  yeri  icad  edəndir.  Onun  zövcəsi  olmadığı



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə103/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   99   100   101   102   103   104   105   106   ...   119
islamda ushaq terbiyesinin esaslari

O,  göyləri  və  yeri  icad  edəndir.  Onun  zövcəsi  olmadığı 
halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər 
şeyi bilir. 
(Ənam 101)
 
Şübhəsiz ki, uşaq da yalnız kişi ilə qadının nütfəsindən ya-
ranır.  Bu  hal  ilk  ata  və  anamız  olan  Adəm 

  ilə  Həvvanın 
yaradılışına ziddiyyət təşkil etmir. Həmçinin İsa Məsihin 

 də 
yaradılışına  əks  deyildir.  (Bunlar  istisna  hallardır)  Allah 

 
Adəmin 

 torpağını palçıq olana qədər su ilə qarışdırdı. Sonra 
bişmiş  gilə  çevrilənə  qədər  hava  və  günəşin  şüası  ilə  təmas 
etdirdi.  Sonra  ona  ruh  verdi.  Həvva  isə  ondan  yaradıldı  və  o 
Adəmin 

  bir  cüzündən  törədi.  İsa  Məsih 

  isə  Məryəmin 


251 
 
nütfəsindən  və  mələyin  üfürməsindən  yaranmışdır.  Bu 
üfürmə başqalarına nisbətdə bir ata rolunu ifa etmişdir. 
Fəsil 
İkinci məsələ odur ki, iki spermadan hansının önə keçməsi, 
övladın həmin spermanın sahibinə bənzəməsinə səbəbdir. Bu-
nunla  yanaşı  üstün  olan  sperma  öz  sahibinə  uyğun  uşağın 
cinsini  müəyyən  etməkdədir.  Burada  iki  məsələ  vardır:  Birin-
cisi  spermanın  önə  keçməsi,  ikincisi  isə  onun  üstün  olması. 
Bunlar bəzən eyni olur, bəzən də fərqli olur. Əgər kişinin sper-
ması  önə  keçib  qadının  spermasını  üstələyərsə,  doğulan  uşaq 
oğlan olub atasına bənzəyər. Əgər qadının sperması önə keçib 
kişinin  spermasını  üstələyərsə,  doğulan  uşaq  qız  olar  və 
anasına oxşayar. Əgər onlardan birinin sperması önə keçər, di-
gərininki də onu üstələyərsə, doğulan uşaq sperması önə keçə-
nə  oxşayar.  Qız  və  ya  oğlan  olması  isə  sperması  üstün  olana 
nisbət edilir. 
Bundan başqa orada anlaşılmaz iki məsələ vardır. Birincisi 
budur ki, uşağın oğlan və ya qız olması təbii bir səbəbə bağlı 
deyildir. Bu, yalnız  Uca Yaradanın istəyinə bağlıdır. Buna gö-
rə də səhih bir hədisdə deyilir: “Mələk deyər: “Ey Rəbbim, oğ-
lanmı  yoxsa  qızmı  (olacaq)?  Onun  ruzisi  nədir?  Əcəli  nə  qə-
dərdir?  Xoşbəxtdirmi,  yoxsa  bədbəxt?  Allah 

  istədiyi  kimi 
hökm  verər  və  mələk  də  onu  yazar”.  Xoşbəxtlik,  bədbəxtlik, 
ruzi və əcəlin təyin olunması kimi, uşağın oğlan və ya qız ol-
ması da hər şeyi bilən (əl-Alim) və hər bir şeyin yaradıcısı (əl-
Xaliq)  olan  Allah`ın 

  təqdir  etdiyi  qədərə  bağlıdır.  Sövbanın 
hədisinə gəlincə isə, Muslim bu hədisi təklikdə rəvayət etmiş-
dir. Buxarinin rəvayətində isə hədis belədir: “Onlardan hansı-
nın nütfəsi üstün olsa və ya önə keçsə, uşaq da ona bənzəyir”. 


252 
 
Sonraki  məsələ  uşağın  iki  kişi  arasında  mənsəbcə  kimə 
məxsus  olduğunu  aydınlaşdırmaq  lazım  gəldiyi  zaman,  bən-
zətmə anaya deyil, ataya oxşar vəsflərinə görə seçilir. Buna gö-
rə də Peyğəmbər
 

 öz qadınını zinada ittiham edən və uşağın 
özünə  deyil  qarşı  tərəfə  məxsus  olduğunu  iddia  edən,  bu  za-
man  isə  qarşılıqlı  lənətləşənlər  haqqında  demişdir:  “Ona  ba-
xın,  əgər  uşaqda  bu  kimi  vəsflər  varsa  o,  Şərik  ibn  Səmhəyə 
(yəni  ittiham  olunan  tərəfə),  bu  kimi  vəsflər  varsa  da  o,  Hilal 
ibn Umeyyəyə məxsudur”.
221
 Burada vəsf olunan oxşarlıq ana-
ya deyil, ataya nisbətdə etibara alınmışdır. 
Bu  iki  anlaşılmaz  görünən  məsələyə  cavab  isə  belədir:  Bi-
rinciyə gəlincə, Allah 

 nütfənin ana bətninə düşməsindən son 
halına qədər səbəbləri təqdir etmişdir. Bədbəxt, xoşbəxt olmaq, 
ruzi,  əcəl  və  müsibət  kimi  şeylər  Allah`ın 

  təqdir  etdiyi 
səbəblərə  bağlıdır.  Ata-anaya  bənzərliyin  səbəbi  olduğu  kimi 
doğulan  uşağın  oğlan  və  ya  qız  olmasının  da  səbəbi  olması 
inkar  olunmaz  həqiqətdir.  Bu  birbaşa  səbəbin  özünə  bağlı 
məsələ  deyildir.  Əksinə  Allah 

  istədiyi  zaman  Öz  hökmü  ilə 
bunu  edir.  Bununla  yanaşı  əgər  o  səbəbin  əksinin  olmasını 
istəyirsə bunu da edir. Allah 

 bəzən o cür, bəzən də başqa cür 
edərək,  yalnız  Öz  istədiyi  şeyi  həyata  keçirir.  Vacib  olan 
Allah`ın 

  istəməsidir.  Səbəb  isə,  onun  üzərində  işin  həyata 
keçməsidir. Olmasına hökm edilmiş şeyin həyata keçməsi bir-
başa  olaraq  ondan  asılı  deyildir.  Səbəb  idarə  edən  bir  hakim 
deyil, idarə ediləndir. Uşağın oğlan və ya qız doğulması səbə-
binin olması ilə mələyin Rəbbindən mövcud embrionun qədə-
rini  soruşması  arasında  bir  ziddiyyət  yoxdur.  Buna  görə  də 
                                                 
221
 Müslim: 1497. Nəsai. 


253 
 
Allah 

 uşağın oğlan və ya qız olaraq dünyaya gəlməsinin sırf 
Öz istəyi, elmi və qüdrətinə bağlı olmasından xəbər vermişdir. 
Əgər deyilsə ki, mələyin “Ey Rəbbim! Oğlandır, yoxsa qız? 
Ruzisi nədir? Əcəli nə vaxtdır?” sözləri nə mənadadır? Bu sua-
la  belə  cavab  vermək  olar  ki,  o,  birbaşa  atanın  özünə  bağlı 
səbəb deyildir. Hətta başqa səbəblərlə də əldə edilməsi müm-
kündür. Bəli, uşağın oğlan və ya qız olması sırf cinsi münasi-
bətdən qaynaqlanan səbəblə olur. Burada izah edilməsi nəzər-
də  tutulan  məqsəd,  mövcud  ümumi  səbəblərdən  bir  səbəbi 
bildirməkdir.  Ancaq  mütləq  səbəbin  özü  həmin  cütlüyün  im-
kanı xaricindədir. Allah`ın 

 səbəb olacaq şeyə izin verməməsi 
nəticənin hasil olmamasına kifayətdir. Uşağın oğlan və ya qız 
olmasının  Allah`ın 

  istəyindən  asılılığı,  səbəbin  hasil  olması 
ilə  ziddiyyət  təşkil  etmir.  Yaxud  o  ikisinin  (oğlan  və  ya  qız 
uşağının) bir səbəbə bağlı olması isə Allah`ın 

 istəyinə  istinad 
edilməsinə  zidd  deyil.  Bütün  bunlarda  məqsəd  təkcə  səbəblə 
kifayətlənməməyi  izah  etməkdir.  Ən  doğrusunu  bilən  isə 
Allah`dır 


Fəsil 
Üçüncü  məsələyə  gəldikdə  isə,  uşağın  nəsəbini  təyin  edən 
mütəxəssisin  onun  anaya  deyil,  ataya  oxşarlığına  etibar 
etməsidir.  Bu ona görədir ki, uşağın anaya aid olması  məlum 
bir  şeydir,  bunun  üçün  də  oxşarlıqda  o,  nəzərə  alınmır.  Bu 
zaman  (nəsəbini  təyin  etmək  lazım  olduqda)  onun    anaya 
bənzəməsinin  bir  o  qədər  də  fərqi  yoxdur.  Uşağın  nəsəbini 
təyin  edən  mütəxəssisə,  bir  uşağın  üzərində  birdən  artıq  şəxs 
atalıq  iddiası etdiyi zaman müraciət edilir və onun sözü dəlil 
olaraq  götürülür.  Buna  görə  də  Allah  Rəsulunun 

  səhabələ-


254 
 
rinə və fəqihlərin əksəriyyətinə görə bu məsələdə analar deyil, 
atalar nəzərə alınır. Əgər  iki şəxs  uşağın özünə aid olduğunu 
iddia edərsə, bu zaman  həmin mütəxəssis ona baxıb oxşarlığa 
əsaslanaraq uşağın həqiqi atasını təyin edir. Bu o zaman edilir 
ki, uşağın anası həmin vaxtda o iki kişidən heç biri ilə evli  de-
yil.  Lakin  uşaq  doğulduğu  müddətdə  həmin  qadın  o  kişilər-
dən  biri  ilə  evli  olarsa  uşağın  evli  olmayan  tərəfə  oxşaması 
nəzərə  alınmır.  Bu  isə  o  anlama  gəlir  ki,  nəsəb  təyinində 
oxşarlıq  özündən  güclü  bir  dəlilin  (evliliyin  və  s.)  olmaması 
halında dəlil olaraq götürülür.  
Eyni zamanda əgər iki qadın uşağın özlərinə məxsus oldu-
ğunu  iddia  edərlərsə,  uşaq  nəsəb  təyin  edən  mütəxəssisə 
göstərilir və kimə oxşayırsa, onun olduğuna hökm verilir. An-
caq bu halda da oxşarlıq yuxarıda qeyd etdiyimiz kimi, iki hal-
da uşağın kimə məxsus olduğunu öyrənmək üçün keçərli olur. 
İmam  Əhmədin  iki  iddiaçı  qadının  arasında  nəsəb  təyin 
edən mütəxəssisin hökmü haqqında açıqlaması vardır. Ondan 
yəhudi və müsəlman qadının uşaq iddiasında olmağın hökmü 
barəsində  soruşdular:  “Əgər  yəhudi  qadın  iddia  etsə  ki,  mü-
səlman qadının uşağı  onundur. Burada nəsəb təyin edən mü-
təxəssisin  hökmü  etibara  alınırmı?”  O  dedi:  “Bu  necə  də  gö-
zəldir”.  Həmin  görüş  Şafii  məzhəbinin  də  iki  görüşündən  ən 
səhih  olanıdır.  Ancaq  onlar  başqa  bir  görüşdə  belə  deyirlər: 
“Burada atanın əksinə olaraq uşağın anasının yəqinliklə bilin-
mə  imkanı  olduğu  üçün  nəsəb  təyin  edən  mütəxəssisin  görü-
şünə etibar olunmaz.” Lakin səhih olan görüş odur ki, iki qadı-
nın  arasında  həmin  mütəxəssisin  rəyi  etibara  alınır.  Çünki  o 
anaya  bənzərliyi  nəzərə  alır  (əsas  götürür).  Uşaq  isə  bəzən 
anaya, bəzən də ataya bənzəyir. Ananın yəqin olaraq bilinməsi 
mümkün  olduğu  hal,  heç  vaxt  onun  yəqinliklə  bilinməməsi 


255 
 
halında  mütəxəssisin  rəyindən  istifadə  etməyə  mane  ola  bil-
məz.  Bu  qadının  ərdə  olmasının  məchul  olduğu  zamanda 
hökm verərkən oxşarlığın etibara alınması ilə eynidir. 
Muhəmməd ibn Sirin belə rəvayət edir: “əl-Valid və Sirinin 
yeddi oğlu ilə birlikdə həcc etdik. Biz onunla birgə Mədinədən 
keçdik. Orada biz Zeyd ibn Sabitin 

 yanına daxil olduqda ona 
dedilər  ki,  bunlar  Sirinin  oğlanlarıdır.  Bu  vaxt  Zeyd 

  dedi: 
“Bu  ikisi  bir  ananın,  bu  ikisi  başqa  ananın,  bu  ikisi  isə  bir 
başqa  anadan  olan  oğullardır”.  Bunları  dediyi  zaman  o,  xəta 
etmədən doğru söylədi”. 
Hippokrat özünün “Embrionlar” kitabında yazır: “Əgər ki-
şinin sperması qadının spermasından çox olarsa, uşaq atasına 
oxşayır.  Qadının  sperması  kişinin  spermasından  çox  olduğu 
zaman  isə,  uşaq  anasına  bənzəyir.  Sperma  bədənin  bütün  or-
qanlarından süzülərək gəlir. Sağlam olandan sağlam, xəstədən 
də xəstə hasil olur. Genetik olaraq keçəl olanın uşağı keçəl, ala 
gözlününkü  ala  gözlü,  çəpgözünkü  də  çəpgöz  olur.  Bədənin 
əti  isə  ətlə  inkişaf  edərək  artır  və  bununla  da  onun  oynaqları 
yaradılır. Embrionda olan bənzərliklər adətən sahiblərinin əla-
mətləri ilə eyni olur. Bu zaman kor olanlardan kor, bədənində 
iz yaxud xal olanlardan da xallı uşaq doğulur. Bununla yanaşı 
digər əlamətlər də onda özünü göstərir. Bəzən doğulan uşaq-
lar ulu babalarına, bəzən də atalarına oxşayırlar. Bir çox hallar-
da isə oğlan uşaqları  atalarına, qız uşaqları  isə analarına bən-
zəyirlər”. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə