İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə105/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   101   102   103   104   105   106   107   108   ...   119
islamda ushaq terbiyesinin esaslari

 
 
Fəsil 
Uşağın  ancaq  yeddi,  doqquz  və  ya  on  aylığında  doğul-
duğu  zaman  yaşamasının,  səkkiz  aylığında  doğulduğu  za-
man isə yaşamamasının səbəbi 
Embrion yeddi ayını tamamladığı zaman ona hərəkət edib 
çevrilməsi  və  xaric  olması  üçün  təbii  hərəkət  qüvvəsi  verilir. 
Əgər  embrion  tərkibi  və  quruluşu  baxımından  təbiətcə  digər 
uşaqlardan  daha    güclü-qüvvətli  olarsa,  o  zaman  hərəkət 
etməsilə o bətni əhatə edən və uşaqlığa bitişik olan örtüyü yır-
taraq  oradan  çıxar.  Uşaq  yeddinci  aylığında  doğulduğu  za-
man, sağlam, güclü və qüsursuz olaraq doğular və bu zaman 
onun hərəkəti heç bir ağrıya səbəb olmaz. Erkən çevrilməsi sə-
bəbilə xəstəliyə də məruz qalmaz. Ancaq embrion zəif olduğu 
zaman, ana bətnində çevrildiyi əsnada ona zərər toxunar, güc-
lü  ağrıya  səbəb  olar  və  bu  da  onun  həlak  olmasına  və  ölü 
olaraq doğulmasına yol açar. Yaxud da o, bu minvalla bətndə 
qalmağa  davam  edər  və  qırx  gün  içərisində  sağalar  və  gücü 
özünə qayıdar. Əgər səkkizinci ayın sonlarında doğularsa, xəs-


259 
 
tə olaraq doğular və xəstəliyindən qurtula bilməz. O bu səbəb-
lə  tələf  olar,  sağalmaz  və  inkişafdan  dayanar.  Əgər  qırx  gün-
dən  doqquzuncu  aya  qədər  bətndə  qalarsa,  özündə  qüvvət 
toplayar və sağlam olar. Xəstə olduğu vaxtdan sonra da sağal-
ması üçün fürsət yaranar. Embrionun bətndə  ən sağlam olanı 
çevriləndən sonra rəhmdə ən çox qalanıdır.  Onlar isə onuncu 
ayda  doğulan  uşaqlardır.  Onuncu  və  doqquzuncu  aylar  ara-
sında  doğulan  uşaqların  sağlamlıq  halı  hansı  aya  daha  yaxın 
olmasına nisbətdə dəyişir. 
Digər  qrup  həkimlər  isə  belə  demişlər:  “Səkkiz  aylıq 
doğulan uşağın yaşamasının mümkün olmamasının əsas səbə-
bi  ona  ard-arda  iki  tərəfli  zərərin  toxunması  səbəbilədir.  Bi-
rincisi, onun uşaqlığın daxilində doğulmaq üçün yeddinci ay-
da çevrilmə prosesi, ikincisi isə onun uşaqlıqdakı yeri ilə ümu-
mi  mühitin  dəyişməsidir.  Ümumi  mühitin  dəyişməsi  halı  bü-
tün embrionların qarşılaşdığı bir prosesdir. Dəyişilmə rüşeym-
lərin hamısında olur. Ancaq uşaq  yeddi aylığında doğulduğu 
zaman uşaqlığın daxilində onun çevrilməsi ilə mühit dəyişikli-
yinin  gətirdiyi  xəstəlik  və  zərərlərlə  qarşılaşmaqdan  qurtulur 
və  yuxarıda  qeyd  olunan  iki  davamlı  zərbə  ilə  qarşılaşmır. 
Doqquz və on aylığında doğulan uşaq isə ana bətnində bu xəs-
təliklərdən qorunmuş olur və yuxarıda qeyd olunan iki müxtə-
lif  zərər  ard-arda  ona  təsir  etmir.  Səkkiz  aylığında  doğulan 
körpə isə hər iki zərbəyə davamlı olaraq məruz qalır. Buna gö-
rə  də  yaşaması  mümkün  olmur.  Uşaqların  hamısı  səkkizinci 
aylığında doğulduqda xəstəliklərə məruz qalır. Bunu göstərən 
bir  fakt  da  odur  ki,  hamilə  qadınların  halları  səkkizinci  ayda 
digər  öncəki  və  sonrakı  aylara  nisbətdə  daha  da  ağırlaşır  və 
pis vəziyyətə düşür. Bu ona görədir ki, anaların hallarına bətn-
lərində olan körpələrin halları birbaşa təsir edir”.  


260 
 
Fəsil 
Uşağın doğulduğu andaca ağlaması onun sağlam və güclü 
olmasına dəlalət edir. Əgər uşaq o anlarda əlini, baş barmağı-
nı, yaxud digər barmağını bədən üzvlərindən hansınınsa üstü-
nə  qoyarsa  bu  həmin  yerin  ağrıdığına  işarədir.  Çünki  bütün 
canlılar təbii olaraq öz əlləri, ağızları, başları quyruqları ilə bə-
dənlərində ağrıyan nöqtələrə işarə edirlər. Uşaq da danışa bil-
mədiyi üçün digər canlılar  kimi öz əli və ya barmağı ilə ağrı-
yan üzvünə işarə etməkdədir. 
Fəsil 
Uşaqlar  ana  bətnində  xəstəliklərə  qarşı  doğulduqdan  son-
rakı hallarına nisbətdə daha güclü olurlar. Bununla yanaşı on-
lar xəstəliyə qarşı daha dözümlü və səbirli olub daha çox mü-
qavimət  göstərirlər.  Baxmayaraq  ki,  doğulandan  sonra  onlara 
göstərilən qayğı və diqqət də daha çox olur. Budaqların və şa-
xələrinin ağaca  bitişik və əlaqəli olduğu müddətcə güclü külə-
yin,  tufanın  onu  yerindən  qopara  bilməməsinə,  ancaq  onu 
ağacdan kəsib, sonra ayrıca bir qələm çiliyi kimi əkdikdə zəif-
ləməsinə və hətta ən zəif küləyin belə, ona təsir etməsinə bən-
zəyir.  Ana  bətnindəki  embrionun  halı  da  buna  bənzəyir.  O, 
ana  bətnində  olduğu  müddət  ərzində  üz  verəcək  əziyyət  və 
çətinliklərə  qarşı,  doğuşdan  sonrakı  dönəmə  nisbətdə  daha 
güclü və səbirli olur. Ana bətnindən ayrıldıqdan sonra ən kiçik 
çətinliklərə qarşı belə səbirsiz və zəif olur. Bu meyvənin ağacın 
üzərində  olduqda  oradan  düşdükdən  sonrakı  vəziyyətindən 
daha güclü olmasına bənzəyir.  
Alışdığı və  asılı olduğu bir mühitdən digər bir mühitə ke-
çən hər bir şey təbii olaraq şiddətlə qarşılanır. Xüsusən də di-
gər mühitə birbaşa keçid olduğu zaman bu özünü daha da qa-
barıq şəkildə büruzə verir. Eləcə də uşaq ana bətnində alışdığı 


261 
 
və  bütün  halları  ilə  bağlı  qaldığı  bir  mühitdən  ayrıldığı  və 
başqa bir mühitə bir dəfəyə keçdiyi zaman bu, onun üçün da-
ha  da  çətinlik  yaradır.  Belə  ki,  tədrici  olaraq  mühit  dəyişmək 
bir başa dəyişməkdən daha yüngül bir prosesdir. 
Bu isə onun dünyaya gəldiyi zaman  qarşılaşdığı ilk şiddət 
olur.  Sonra  isə  ardınca  biri  digərindən  daha  çox  şiddətli  olan 
çətinliklərlə  qarşılaşır.  Bu  çətinliklər  isə  ya  böyük  çətinliklə 
(Cəhənnəm) – hansı ki, ondan daha çətini yoxdur, – ya da bö-
yük rahatlıqla (Cənnət) – hansı ki, orada heç bir sıxıntı və yor-
ğunluq yoxdur – sona çatır.  
 
 
Fəsil 
Embrion  ana  bətnində  özünə  uyğun  olan  qidalarla  qidala-
nır. Doğulduqdan sonra anasının südündən özünə lazım olanı 
əldə etdiyi kimi, ana bətnində də uyğun olan qandan təbii ola-
raq qida maddələrini  özünə cəlb edir. Doğulduqdan sonra  öz 
iştahası və istəyi qədər bunu edir və ehtiyacı olan miqdardan 
daha artıq alır. Bu zaman uşağın qidalandığı süd tam sağlam 
və ya pis tərkibli ola  bilər. İlk günlərdə daha çox uşağın qus-
ması, ürək bulanması kimi halları da baş verir. O, bədənindəki 
qarışıq  maddələri  cəzb  edərək  ana  bətnində  görmədiyi  ağrı-
acılara  və  sıxıntılara  məruz  qalır.  Uşaq  bətndə  ikən  onu  əziy-
yətlərdən,  ağrılardan  qoruyan  uşaqlıq  örtüyü  ilə  örtülü  idi. 
Doğulduğu zaman  isə o, adət etmədiyi və öyrəşmədiyi  başqa 
örtüklərlə örtünməyə başladı. Uşaq bunu soyuğu, istini və ha-
vanı duyduğu zaman hiss etməyə başlayır. Bir zaman o hər bir 
ehtiyacını göbəyi vastəsi ilə mötədil və düzgün bölgü ilə alırdı. 
Sonra isə birdən-birə hər şey dəyişdi. Bu,  hamamın içərisində 


262 
 
normal temperaturda müəyyən müddət qaldıqdan sonra  dər-
hal tufanlı havaya çıxmaqla əziyyət çəkənin halına bənzəyir. 
Bir  sözlə,  öyrəşdiyi  və  və  adət  etdiyi  yerdən  anidən  onun 
üçün ən şiddətli və ən çətin olan bir mühitə çıxır. Bu hər şeyi 
bilən  (əl-Alim)  və  Xaliq  olan  Allah`ın 

  kamil  hikmətindən 
biridir.  Uca  Allah 

  bununla  qulunu  onun  üçün  daha  faydalı 
və daha müvafiq olan yerə çıxarmaq üçün alışdığı və öyrəşdiyi 
yerindən ayırır. Allah 

 buna bu kəlamında işarə edir:  
قَبَط نَع اًقَبَط هنُبَكۡرَتَل
ٗ
ٗ
 
١٩
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə