İslamda Uşaq Tərbiyəsinin Əsasları


Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə106/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   102   103   104   105   106   107   108   109   ...   119
islamda ushaq terbiyesinin esaslari

Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
 (İnşiqaq 19)
 
İnsanın  ilkin  halı  onun  nütfə  olduğu  haldır.  Sonra  o  qan 
laxtası,  sonra  ət  parçası,  sonra  rüşeym  halını  alır,  daha  sonra 
isə  insan  şəklində  dünyaya  gəlir.  Bundan  sonra  süd  əmən 
dövrü,  süddən  kəsilmə  zamanı,  sağlamlıq,  xəstəlik,  varlılıq, 
kasıblıq, rahatlıq və sıxıntı kimi hallardan  başqa bir   hala dü-
şür.  İnsan  ölənə  kimi  bütün  bu  halları  keçir.  Öldükdən  sonra 
yenidən  dirilir.  Sonra  da  Allah 

  qarşısında  hesab  üçün  da-
yanır.  Bundan  sonra  isə  ya  Cənnətə,  ya  da  Cəhənnəmə  daxil 
olur. Ayədə qeyd olunan haldan hala keçməyin də mənası elə 
budur.  O  həm  də  “bir  mənzildən  başqa  bir  mənzilə,  bir  əmr-
dən başqa bir əmrə keçiriləcəksiniz” deməkdir. 
Ayənin  təfsirində  Səid  ibn  Cübeyr  və  İbn  Yezid  demişdir: 
“İlk  həyatınız  olan  dünyadan  sonra  axirətdə  olacaqsınız,  ka-
sıblıqdan sonra zənginləşəcəksiniz, zənginlikdən sonra da ka-
sıb olacaqsınız”. 
Əta  isə  demişdir:  “Şiddətdən  sonra  şiddətə,  təbəqədən  tə-
bəqəyə  yəni,  haldan-hala  düşəcəksiniz.  Buna  görə  də  filankəs 


263 
 
müxtəlif hallara düşdü deyilir”. Amr ibn As 

 demişdir: “Mən 
üç təbəqədə olmuşam. Yəni üç halda olmuşam”. 
İbn əl-Ərabi demişdir : “Təbəqə müxtəlif hallar deməkdir”. 
Biz  rüşeymin  ana  bətnində  nütfə  olduğu  zamandan  doğu-
lana kimi keçirdiyi halları qeyd etdik. Bundan sonra isə onun 
doğulduğu andan ən sonuna kimi keçirdiyi dövrləri qeyd edə-
rək  belə  deyirik:  “Rüşeym  ana  rəhmində  ağaca  möhkəm  və 
qüvvətli  şəkildə  yapışan  bir  meyvəyə  bənzəyir.  Onun  vaxtı 
gəlib  çatdıqda  ağırlığı,  yetişməsi  və  ana  bətninə  yapışan  da-
marların oradan qopması səbəbilə artıq orada qalmayaraq ay-
rılır.  Embrion  üzərini  əhatə  edən  örtüyü  yırtır  və  orada yara-
nan  yapışqanlı  maye  rütubət  yaradaraq  onun  ana  bətnindən 
və üzərində olan örtüklərdən ayrılaraq xaric olmasına kömək 
edir.  Bu  zaman  cinsiyyət  orqanı  da  böyüyərək  genişlənir. 
Bundan sonra böyük orqanlarla birgə onun oradan xaric olma-
sı labüd olur. Daha sonra o,  tez bir zamanda tam olaraq bayı-
ra  çıxır”.  Cərrahlar  və  öz  işlərində  mahir  olan  təbiblər  həmin 
prosesi bu cür izah etmişdir. Bu, yalnız insanların keyfiyyətini 
idrak etmələrindən aciz qaldıqları ilahi bir yardımın və tədbi-
rin sayəsində baş verir. 
َنيِقِلََٰخۡلٱ ُنَسۡحَأ ُهلِّلّٱ َكَراَبَتَف
 
١٤
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə