İslamda Uşaq Tərbiyəsinin Əsasları


Ey  iman  gətirənlər!  Sahib  olduğunuz  kölələr  və  həddi-



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə109/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   105   106   107   108   109   110   111   112   ...   119
islamda ushaq terbiyesinin esaslari

Ey  iman  gətirənlər!  Sahib  olduğunuz  kölələr  və  həddi-
büluğa çatmayanlar yanınıza girmək istədikdə qoy üç vaxtda 
sizdən izin istəsinlər
. (Nur 58) 
Sonra isə Uca Allah 

 buyurur:  
 َتۡسَيۡلَف َمُلُحۡلٱ ُمُكنِم ُلََٰفۡطَأۡلٱ َغَلَب اَذِإَو
ۡ  
َتۡسٱ اَمَك ْاوُنِذ
ۡ  
َنَذ
 
 نِم َنيِذهلٱ
ِۚۡمِهِلۡبَق
 
 


272 
 
Sizin  uşaqlar  da  həddi-büluğa  çatanda  qoy  özlərindən 
əvvəlkilər  yanınıza  girmək  üçün  izin  istədikləri  kimi  izin 
istəsinlər.
 (Nur 59) 
Peyğəmbər 

  buyurmuşdur:  “Üç  nəfərdən  qələm  qaldırıl-
mışdır. Yatan adam oyanana qədər, uşaq həddi-büluğa çatana 
qədər və dəli ağlı başına gələnə qədər”.
231
 Həmçinin o, Muazı 

  Yəmənə  göndərərkən  ona  belə  buyurmuşdu:  “Hər  həddi-
büluğa  çatan  kəsdən  bir  dirhəm  cizyə
232
  al!”  Hədisi  Əbu  Da-
vud və İmam Əhməd rəvayət etmişlər. 
Həddi-büluğa  çatmağın  müəyyən  bir  yaş  həddi  yoxdur. 
Belə ki, oğlan uşaqlarından bəziləri on iki yaşında, bəziləri on 
beş yaşında, bəziləri də on altı yaşında həddi-büluğa çatır. Fə-
qihlərdən Əvzəi, Əhməd, Şafii, Əbu Yusuf və Muhəmməd de-
yirlər  ki,  uşaq  on  beş  yaşını  tamamladığı  zaman  onun  həddi-
büluğa çatdığına hökm edilir. Maliki alimlərinin isə bu məsə-
lədə  üç  görüşü  vardır.  Birinci  görüşə  görə,  həddi-büluğa  çat-
mağın  yaş  həddi  on  yeddi,  ikinci  görüşə  görə,  on  iki,  üçüncü 
görüşə  görə  isə,  on  beş  yaşdır.  Bu  görüşlər  imam  Malikdən 
rəvayət olunmuşdur. Əbu Hənifədən isə bu barədə iki rəvayət 
vardır.  Birinci  rəyə  görə,  bu  yaş  həddi  on  yeddi,  ikinci  rəyə 
əsasən  isə bu yaş həddi on  səkkiz yaşdır.  Qız  uşaqlarında  isə 
bu yaş on yeddidir. 
Davud  və  onun  tərəfdarları  isə  deyirlər  ki,  həddi-büluğa 
çatmağın müəyyən bir yaş həddi yoxdur. Bu, ancaq ihtilam ol-
maqla  bilinir.  Bu  isə  güclü  bir  görüşdür  və  qəti  olaraq  Allah 
                                                 
231
 ƏbuDavud, Nəsai, İbn Hibban, Əhməd. Hakim hədisin səhih olduğunu 
demiş, Zəhəbi də onunla razılaşmışdır. 
232
 Cizyə kitab əhlinin (yəhudi və xristianların) müsəlman ölkələrində yaşa-
dıqları halda ödədikləri verginin adıdır. (Tər.) 


273 
 
Rəsulundan 

  həddi-büluğa  çatmağın  hansı  yaşda  olduğunu 
bildirən  hədis  nəql  olunmamışdır.  Ancaq  həmin  yaşı  on  beş 
yaşla məhdudlaşdıranların gətirdikləri dəlil İbn Ömərin 

 on 
dörd yaşında döyüşmək üçün  Peyğəmbərdən 

 icazə istədiyi 
zaman ona icazə verməməsini, on beş yaşında döyüş üçün ica-
zə istəyəndə isə bu dəfə ona icazə verdiyini bildirən hadisədir. 
Bu  hədisin  səhih  olmasında  ittifaq  edilməsinə  baxmayaraq, 
orada məhz ona büluğa çatmadığı üçün icazə vermədiyinə də-
lil yoxdur. Ola bilsin ki, Allah Rəsulu 

 azyaşlı, zəif olduğu və 
buna  görə  də  döyüşə  güc  yetirə  bilməyəcəyi  səbəbilə  icazə 
verməmişdi.  On  beş  yaşına  çatdığı  zaman  isə  onun  döyüşə 
gücü  yetəcəyini  görərək  getməyə  icazə  vermiş  və  bu  zaman 
ondan ihtilam olub-olmadığını soruşmamışdır. Çünki, Allah 

 
hökmləri,  onların  ihtilam  olub-olmamasına  bağlamışdır.  
Bununla  yanaşı  Allah  Rəsulundan 

  büluğa  çatmağı  təyin 
edən  yaş  barəsində  hədis  nəql  olunmamışdır.  Bu  mövzuda 
yalnız ibn Ömərin 

 hədisi yaşına görə savaşa qəbul edilmə-
dikdən sonra, növbəti ildə rüsxət verilməsini göstərir.  Ona gö-
rə də fəqihlər arasında büluğa çatma yaşının təyin edilməsin-
də rəy qarşıdurmaları vardır. İmam Əhməddən sabit olan rəy 
isə uşağın qadına məhrəm olması üçün şərt olan onun ihtilam 
olmasıdır.  Bu  isə  onun  həddi-büluğ  vaxtının  ihtilamla  təyin 
etdiyini göstərir. 
Fəsil 
Tük bitməsi ilə büluğ vaxtının təyin edilməsinə gəlincə  isə 
o,  oğlan  və  qız  uşaqlarının  müəyyən  yerlərində  cod  tüklərin 
çıxmasına  əsasən  bilinir.  Bu  zaman  həmin  yerlərdə  yumşaq, 
zəif və kiçik tüklərin bitməsi etibara alınmır. Bu Əhmədin, Ma-


274 
 
likin  məzhəbi,  Şafidən  isə  nəql  olunan  görüşlərdən  biridir. 
Başqa  bir  görüşə  görə  isə,  tüklərin  çıxması  ilə  büluğ  vaxtının 
təyin  edilməsi  müsəlmanlara  deyil,  kafirlərə  aiddir.  Çünki, 
müsəlmanın büluğ vaxtına çatması kafirdən fərqli olaraq daha 
açıq-aydındır  və  bu  onun  bu  haqda  məlumat  verməsi  ilə  də 
qəbul olunur. 
Əbu  Hənifə  səsin  qalınlığı  və  burunun  ucunun  böyüməsi 
ilə büluğ vaxtına hökm etmədiyi kimi, tüklərin bitməsinin də 
burada etibara alınmadığını demişdir. Ancaq tükün bitməsini 
büluğa  dəlalət  etdiyinə  hökm  edən  alimlər  bu  hədisi  dəlil 
olaraq  qeyd  etmişlərdir.  Buxari  və  Müslimin  rəvayətinə  görə, 
Peyğəmbər 

, Bəni Qureyza (yəhudi qəbiləsi) qəbiləsinə hökm 
vermək  üçün  Səd  ibn  Muazı 

  hakim  təyin  etdiyi  zaman,  o 
yəhudiləri  döyüşlərdə  öldürmək,  qadın  və  uşaqlarını  isə  əsir 
almaq  hökmünü  verdi.  Bu  zaman  gənclərdən  döyüşçüləri 
ayırd  etmək  üçün,  paltarlarını  qaldırmalarını  cod  tükləri 
çıxanları  döyüşçülər sırasına, cıxmayanları  isə qadın və uşaq-
lar sırasına qoşmağı əmr etdi. Atiyyə
233
 rəvayət edir ki, mənim 
döyüşçü  və  ya  uşaq  olmağımda  şübhə  etdilər.  Peyğəmbər 

 
əmr etdi ki, məndə tüklər çıxmasına baxsınlar. Beləliklə  məni 
qadın və uşaqların sırasına qoşdular. Hökm verməyin bu halı 
Peyğəmbərin 

 ölümündən sonra səhabələr tərəfindən də da-
vam etdirilmişdi. Ömər 

 öz işçisinə əhli kitabdan cizyə alması 
üçün baxmasını, cizyəni yalnız ülgüc istifadə edənlərdən (cod 
tükləri  cıxanlardan)  almasını  yazaraq  tələb  etmişdir.  Beyhaqi 
rəvayət edir ki, bir oğlan uşağı yazdığı şeirdə bir qız haqqında 
yalan-böhtan iddia etmişdi. Ömər 

 ona baxılmasını əmr etdi. 
                                                 
233
 Atiyyə həmin vaxt yəhudilərlə idi. 


275 
 
Baxaraq  heç  bir  tükün  çıxmadığını  gördüyü  zaman  ondan 
hədd  cəzasını  qaldırdı.  Əbu  Ubeydullah  bildirir  ki,  onun 
iftirası həmin qızla zina etdiyini iddia etməsindən ibarət idi. 
Osmandan 

  rəvayət  olunur  ki,  onun  yanına  oğurluq  itti-
hamı ilə bir oğlan gətirdilər. O, onun paltarının qaldırılmasını 
və  baxılmasını  əmr  etdi.  Həmin  oğlana  baxdılar  və  heç  bir 
tükün çıxmadığını gördükdə, oğurluğa görə əl kəsilmə cəzası-
nı  tətbiq  etmədilər.  İbn  Ömərdən 

  isə  belə  dediyi  rəvayət 
olunur:  “Əgər  həddi-büluğa  çatıb  çatmaması  şübhə  altında 
olan  bir  uşağa  hədd  təyini  edilməsi  lazım  gələrsə,  bu  zaman 
onun qasığının tüklü olub olmamasına baxmaq lazımdır”. 
Yuxarıda  qeyd  olunan  dəlillərdən  bizə  aydın  olur  ki,  cod 
tüklərin  çıxması  həddi-büluğa  çatmağın  əlamətidir.  Bu  isə  is-
tər  müsəlman,  istərsə  də  kafirlər  haqqında  keçərlidir.  Digər 
əldə edəcəyimiz fayda isə büluğu təyin etmək və ya digər zə-
ruri səbəblərdən doğaraq başqa şəxsin övrət yerinə baxmağın 
caiz olmasıdır. 
Ancaq  son  zamanda  yaşayan  bəzi  alimlərin  “onun  övrət 
yerinə  baxmaq  üçün  hər  ikisi  güzgüyə  tərəf  çevrilir  və  ora 
güzgü  vasitəsi  ilə  baxılır”  sözünə  gəlincə  isə  bunun  heç  bir 
əsası yoxdur. Çünki bunu nə Allah Rəsulu 

, nə səhabələr et-
miş, nə də öncəki imamlar bu haqda bir söz demişdir. 
Fəsil 
Artıq  yetkinlik  yaşına  çatdığı  bilindikdən  sonra  gənc  mü-
kəlləfiyyətlik məsuliyyətini daşımağa başlayır və digər  insan-
ların  haqqında  sabit olan  hökmlər ona da tətbiq olunur.  Bun-
dan sonra isə onun orta yaş dövrü və ya kamil yetkinlik dövrü 
başlayır.  Zucəc  kamil  yetkinlik  dövrünün  on  yeddi  yaşdan 


276 
 
qırx yaşadək davam etdiyini demişdir. Ətanın İbn Abbasdan 

 
rəvayətinə  görə  o  da,  Yəhya  və  əs-Suddi  də  bu  görüşdə 
olmuşlar.  Mücahid  rəvayət  edir  ki,  o,  otuz  altı  yaş,  digər 
rəvayətə görə isə otuz yaş olduğunu demişdir. əd-Dahhak iyir-
mi  yaş,  Muqatil  on  səkkiz  yaş  görüşünü  dəstəkləmişdir.  əz-
Zuhri isə tam yetkinlik çağının büluğa çatmaq vaxtından qırx 
yaşına qədər olduğuna hökm etmişdir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə