İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə110/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   106   107   108   109   110   111   112   113   ...   119
islamda ushaq terbiyesinin esaslari

 
 
Fəsil 
İnsan    tədricən  gücləndiyi  və  qüvvəsinin  artdığı  kimi  qırx 
yaşından sonra, yenə də tədricən zəifləməyə və gücünü itirmə-
yə doğru gedir. Uca Allah 

 buyurur: 
ُهلِّلّٱ
 
فۡعَض نَم مُكَقَلَخ يِذهلٱ
ٗ
ٗ
 
فۡعَض ِدۡعَب َۢنِم َلَعَج همُث
ٗ
ٗ
 
ةهوُق
ٗ
ٗ
 
 همُث
ةهوُق ِدۡعَب َۢنِم َلَعَج
ٗ
ٗ
 
فۡعَض
ٗ
ٗ
َبۡيَشَو ا
ةٗ
ٗ
ُميِلَعۡلٱ َوُهَو ُِۚءٓاَشَي اَم ُقُلۡخَي ِۚٗ
 
 ُريِدَقۡلٱ
٥٤
 
Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra 
sizə  qüvvət  verən,  qüvvətli  olduqdan  sonra  zəiflik  və  qoca-
lıq verən Allah`dır. O, istədiyini yaradır. O, Biləndir, Qadir-
dir. 
(Rum 54) 
İnsanın  qüvvət  əldə  etmə  mərhələsi  özündən  əvvəl  və 
sonra  olan  iki  zəiflik  mərhələsi  arasındadır.  Onun  həyatı  da 
özündən əvvəlki və sonrakı iki ölüm arasındadır. Bir zamanlar 
o bir nütfə idi, sonra qan laxtası, sonra ət parçası sonra isə ana 
bətnində  olduğu  müddətdə  rüşeym  olaraq  qaldı.  Doğulduq-
dan sonra zəif bir körpə, süd əmdiyi müddətdə südəmər uşaq, 
süddən  kəsildikdən  sonra  isə  ilkin  uşaqlıq  dövrünü  yaşayır. 


277 
 
Bu zaman iməkləyərək, yavaş-yavaş yeriyərək, yıxılaraq böyü-
yür.  
Bundan  sonra  inkşaf  mərhələsi  getdikcə  sürətlənir,  dişləri 
çıxır,  yenidən  tökülüb  daha  güclüləri  ilə  əvəz  olunur.  Yeddi 
yaşında  fərqləndirmə,  on  yaşında  isə  bəzi  mükəlləfiyyətlər 
dövrü  başlayır.  Yetkinliyə  çatdıqdan  sonra  gənclik  dövrünə 
qədəm qoyur. Bu zaman onun güc-qüvvəti daha da çoxalmağa 
başlayır.  Onun  bığları  çıxmayıncaya  qədər  ğuləm  (oğlan  uşa-
ğı) adlanır. Bığları çıxmağa başlayandan saqqalı tamam öz ye-
rini tutduqdan sonra artıq gənc adlanır ki, bu dövr də sürətlə 
boyunun uzandığı vaxtdır.  
Saqqalı  çıxdıqdan  qırx  yaşına  qədər  dövrü  gənclik  dövrü 
adlanır. Qırx yaşından sonra ahıllıq, altmış yaşından sonra isə 
qocalıq dövrü başlayır. Gücü tamamı ilə tükəndiyi zaman, bel 
əyilib  halı  dəyişdikdə  artıq  qocalığın  düşkün  çağında  olur  ki, 
ölümlə onun arasında əl ilə ağız qədər məsafə qalmışdır.  
Fəsil 
Ona  təqdir  olunmuş  əcəl  vaxtı  gəldiyində  vəfat  edər.  Uca 
Rəbbinin elçiləri gələrək onu fanilik evindən baqi – əbədi qala-
cağı evinə aparar. Mələklər gözün son görmə həddi məsafəsin-
də ölən adamdan aralı otururlar. Sonra isə ölüm mələyi yaxın-
laşaraq ruhu onun cismindən geriyə çağırır. Əgər yaxşı biridir-
sə ona “ey təmiz nəfs” deyə müraciət edər. O, təmiz nəfs təmiz 
bir  cismdə  idi.  “Sevinərək,  təriflə  çıx.  Müjdələr  olsun!  Təmiz 
ruhunla və qəzəblənməyən Rəbbinin rəhmət və reyhanına qo-
vuş”. Bu zaman ruh bədəndən su damcısı qabın ağzından axıb 
töküldüyü kimi (asanlıqla) çıxır. Onun ruhunu aldqdan sonra 
Allah`ın 

  elçiləri  bir  göz  qırpımındaca  onu  Cənnətdən  olan 
kəfur və ətirlə ətirləyər, yenə Cənnətdən olan kəfənlə kəfənlə-


278 
 
yərlər.  Bundan  sonra  isə  onun  üçün  cənazə  namazı  qılır,  onu 
ən tez hesab çəkənlər hesaba aparmaq üçün səmanın ilk qatın-
dan  sonuncu  qatına  qədər  qaldırırlar.  Hər  qatdan  digərinə 
keçdikcə onun üçün icazə alınar, sonra isə onun üzünə qapılar 
açılar. Mələklər onun üçün cənazə namazı qılarlar və onu qısa 
bir  yolla  ikinci  qata  çatdırarlar.  Eyni  şeyi  üçüncü  qatda  da 
edərlər, sonra isə dördüncü qatda və nəhayət sonuncu səmaya 
çatarlar. O səmaya ki, Allah 

 onun üzərindədir. Bu zaman qul 
öz  Rəbbinə  rəbbani  salamla  müraciət  edərək  deyər:  “Alla-
hummə  Əntə`s-sələm  va  minkə`s-sələm,  Təbəraktə  yə  zə`l-cə-
ləli  va  ikram”.  (Allah`ım  əs-Sələm  sənsən,  salamatlıq  səndən-
dir.  Ey  Ucalıq  və  ikram  sahibi,  Sən  ən  Ulu  və  ən  Ucasan) 
Bundan  sonra  isə  Uca  Allah 

istəsə  ona  səcdə  etməyə  icazə 
verəcək, onun üçün Cənnətdən adının yazıldığı səhifə çıxarılar 
və  Uca  Rəbbi  buyurar:  “Qulumun  adını  İlliyin  Cənnətinə  ya-
zın, sonra isə onu torpağa geri göndərin. Həqiqətən, Mən onla-
rı  ondan  yaratdım,  sonra  yenidən  ora  göndərirəm  və  daha 
sonra  isə  oradan  onları  dirildib  çıxaracam”.  Bütün  bunlardan 
sonra onun ruhu yer üzərinə qayıdaraq cisminin yuyulmasını, 
kəfənlənməsini, daşınmasını və basdırılmasını müşahidə edər. 
Bu  zaman  o  “məni  tez  aparın,  məni  tez  aparın”  deyər  və  ya-
xınları onu qəbrinə qoyub getdikdən sonra isə ruhu onun  bə-
dəninə    geri  qayıdar  ki,  bu  səbəblə  də  onların  ayaq  səslərini 
eşitməyə başlayar.
234
 Sonra isə onun yanına iki imtahan mələ-
                                                 
234
  Bu  hədis  ölünün  yalnız  basdırıldıqdan  sonra  eşidə  biləcəyinə  dəlildir. 
Çünki hədisdə qeyd olunan yalnız o haldır. Həmin məsələ qeybi bir məsələ 
olduğu üçün ölünün mütləq olaraq hər zaman eşidəcəyinə qiyas edilə bil-
məz. Çünki, qeybi məsələlərdə yalnız nasslarla sabit olan dəlil olaraq götü-
rülür, qiyas etmək isə batildir. Belə ki, ölünün eşitməyəcəyinə dair Qurani 
Kərimdə və digər hədislərdə bir çox dəlillər vardır. Uca Rəbbimiz buyurur: 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə