İslamda Uşaq Tərbiyəsinin Əsasları


Yaradanların  ən  yaxşısı  olan  Allah  nə  qədər  xeyirxahdır!



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə107/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   103   104   105   106   107   108   109   110   ...   119
islamda ushaq terbiyesinin esaslari

Yaradanların  ən  yaxşısı  olan  Allah  nə  qədər  xeyirxahdır! 
(Muminun 14) 
Körpə ana bətnindən ayrıldığı zaman, oradan ayrılma səbə-
bilə fitri olaraq ağlayır. Çünki o yetişdiyi və öyrəşdiyi məkan-
dan ayrılır. Uşaq ana bətnindən ayrıldığı və bu iş  tamamlan-
dığı zaman şeytan əlini ona tərəf uzadır. Uşağın qırx günü ba-
şa çatdıqda isə ana bətnindən fərqli yeniliklərlə qarşılaşır. Əsa-
sən o, qırx gündən sonra gülməyə başlayır. Bu onun özünü ilk 


264 
 
dəfə olaraq hiss etdiyi zamandır. Onun iki ayı tamam olduqda 
isə  yuxular  görməyə  başlayır.  Sonra  da  tədricən  və  yavaş-ya-
vaş  ayırd etmə və dərk etmə qabiliyyətləri artır. Bu mərhələ-
nin müəyyən bir yaş həddi yoxdur.  İnsanlardan elələri vardır 
ki, artıq beş yaşından fərqləndirmə prosesi başlayır.  Mahmud 
ibn  Rabi  rəvayət  edərək  demişidir:  “Yadıma  gəlir  ki,  bir  dəfə 
Peyğəmbər 

  quyularında  olan  vedrənin  dibində  qalan  suyu 
üzümə  çilədi.  O  zaman  mənim  hələ  beş  yaşım  var  idi”.
222
  Bu 
hədisə əsasən təmyiz (fərqləndirmə) yaşını beş yaş hesab edir-
lər. 
Bəziləri  isə  bundan  daha  aşağı  yaş  həddini  qeyd  edərək 
yaşanmış  bir  sıra  hadisələri  qeyd  etmişlər.  İyas  ibn  Muaviyə 
demişdir:  “Anamın  məni  doğduğu  günü  xatırlayıram.  Mən 
qaranlıqdan aydınlığa çıxdım. Sonra yenə təkrar qaranlığa bü-
ründüm”. Anasından bu haqda soruşduqda o bunun doğru ol-
duğunu demişdir. Anası demişdir: “O, doğulduğu zaman onu 
bükməyim  üçün  bir  şey  yox  idi.  Buna  görə  də  üstünə  böyük 
bir ləyən qoydum”. Qeyd olunan bu hadisə olduqca təəccüblü 
və nadir hallarda rast gəlinən bir işdir. 
Uşaq  yeddi  yaşına  çatdığı  zaman  fərqləndirmə  yaşına 
qədəm qoyur. “əl-Musnəd” və “əs-Sünən”də  də qeyd olundu-
ğu kimi bu vaxt ona namaz qılması əmr olunur. Allah Rəsulu 

  buyurmuşdur:  “Övladlarınıza  yeddi  yaşında  ikən  namaz 
qılmağı  əmr  edin,  on  yaşında  isə  onları  bunun  üçün  (namaz 
qılmasalar) vurun və yataqlarını ayırın”. 
Peyğəmbər 

  südəmər  qız  uşağına  ata  və  anası  arasında 
seçim  etməyə  ixtiyar  vermişdir.  Bu  haqda  Əbu  Davud  “əs-
                                                 
222
 Buxari: 77, Müslim: 33. 


265 
 
Sünən”  kitabında  rəvayət  belə  edir:  “Rafi  ibn  Sinan 

  İslamı 
qəbul etdi. Onun yoldaşı  isə  İslamı qəbul etmədi və  Peyğəm-
bərin 

 yanına gələrək belə dedi: “Qızım mənimlə qalmalıdır. 
Çünki, mənə daha çox oxşayır və hələ də südəmərdir”. Rafi 

 
isə dedi: “Qızım mənimlə qalmalıdır”. Bu zaman Allah Rəsulu 

 buyurdu: “Sən bu tərəfdə otur”. Sonra isə qadına dedi: “Sən 
də  bu  tərəfdə  otur”.    Sonra  uşağı  onların  ikisinin  arasına 
qoyaraq  dedi:  “İndi  də  onu  yanınıza  çağırın!”  Hər  ikisi  uşağı 
öz yanına çağırmağa başladı. Uşaq əvvəlcə anasına tərəf meyl 
etdi.  Peyğəmbər 

  dua  edərək  dedi:  “Allah`ım!  Onu  doğru 
yola yönəlt!” Bundan sonra uşaq atasına tərəf üz tutdu və atası 
onu  götürdü”.
223
  Bu  yanaşma  hökmlərin  ən  yaxşısı,  ağıla  və 
ədalətə ən uyğun olanıdır. 
Nəsai  Abdu`l-Həmid  ibn  Cəfər  əl-Ənsaridən  o,  da  atasın-
dan  rəvayət  edir  ki,  babası  müsəlman  olduğu  zaman  zövcəsi 
İslamı qəbul etmədi. O, həddi-büluğa çatmamış oğlunun əlin-
dən tutaraq onu Peyğəmbərin 

 yanına gətirdi. Peyğəmbər 

 
atanı  bir  tərəfdə,  ananı  da  bir  tərəfdə  oturtdu  və  uşağa 
ikisindən  birini  seçməkdə  ixtiyar  verərək,  belə  bir  dua  etdi: 
“Allah`ım! Ona doğru yolu göstər!”. Uşaq atasına tərəf getdi.
224
 
“Musnəd”də Əbu Hüreyrənin 

 rəvayət etdiyi hədisdə də 
qeyd  olunur  ki,  Allah  Rəsulu 

  oğlan  uşağına  atasını  və  ya 
anasını seçməkdə ixtiyar verdi.”
225
 
                                                 
223
  Əbu  Davud:  2244.  Hədisin  isnadı  həsəndir.  Hakim  səhih  olduğunu 
demiş, Zəhəbi də onunla razılaşmışdır. 
224
 Əhməd, Nəsai. Hədis həsən hədisdir. 
225
 Albani hədisin səhih olduğunu demişdir. 


266 
 
Ata-ana arasında seçimin yaş həddini yeddi ilə məhdudlaş-
dırmağa gəlincə isə onun Allah Rəsuluna 

 aid olan hədislər-
də heç bir əsası yoxdur. Bu barədə ancaq Əli, Əbu Hüreyrə 

 
kimi  səhabələrdən  xəbərlər  vardır.  Üməra  əl-Cərmi  demişdir: 
“Əli mənə əmim ilə anamın arasında seçim etmək üçün ixtiyar 
verdi.  O  zaman  mənim  yeddi  və  ya  səkkiz  yaşım  var  idi”.
226
 
Bu,  başqa  yaşda  olan  uşağın  seçmə  haqqının  olmayacağına 
dəlalət  etmir.  Əksinə,  seçim  haqqı  verilən  uşağın  yaşının  hə-
min vaxtda da ola biləcəyinə ittifaq edilmişdir. 
 “əs-Sünən”  kitablarında  Əbu  Hüreyrədən 

  rəvayət 
olunduğuna görə o, belə demişdir: “Bir qadın Peyğəmbərin 

 
yanına gəldi və dedi: “Ey Allah`ın Rəsulu! Mənim ərim oğlu-
mu  məndən  alıb  aparmaq  istəyir.  O,  mənə  Əbu  Anbə  quyu-
sundan  su  gətirir  və  mənə  başqa  köməkliyi  də  dəyir”.  Pey-
ğəmbər 

  uşağa  dedi:  “Bu  sənin  anan,  bu  da  atan.  Onlardan 
hansını  istəyirsənsə onun əlindən tut!” Uşaq anasının əlindən 
tutdu, o da onu götürüb getdi”.
227
 
Hədisdən aydın olur ki, Allah Rəsulu 

 uşağa seçim haqqı 
vermək üçün onun yaşını soruşmadı. Sadəcə uşağın quyudan 
su  gətirə  bilməsi  ona  bu  haqqı  verməyin  əsası  kimi  görünür. 
Valideynlərdən  birini  seçməklə  bağlı  olan  mərfu
228
  və  məv-
quf
229
  hədislərin  heç  birində  seçmə  haqqını  yeddi  yaşla  məh-
                                                 
226
 Beyhaqi “əl-Kubra”:  418. Albani ravinin məçhul olması səbəbilə hədisin  
zəif olduğunu demişdir. 
227
  Əbu  Davud:  2277.  Nəsai:  6/185.  Hakim  hədisin  səhih  olduğunu  demiş, 
Zəhəbi onunla razılaşmışdır. Albani də hədisi səhih hesab etmişdir. 
228
 Sənədi Peyğəmbərə 

 çatan hədis. 
229
 Sənədi səhabəyə çatan hədis. 


267 
 
dudlaşdırmağa  əsas  verəcək  bir  şey  yoxdur.  Əksinə  dəlillər 
onu göstərir ki, uşaq nə zaman ata və anasını ayrıd edə bilərsə, 
o zaman ona seçim haqqı verilir. Allah 

 ən doğrusunu bilir! 
Bununla  yanaşı  uşağın  İslamı  qəbul  etməsi  yeddi  yaşdan 
yuxarı olanlar üçün  təyin edilə bilməz. Əksinə nə vaxt  İslamı 
dərk edib, vəsf edə bilərsə, o zaman da onun İslamı səhih olar. 
əl-Xiraqi bunun üçün uşağın on yaşı olmasını şərt qoşmuşdur. 
İmam Əhməd də vəsiyyət edə biləcəyi yaşı  on yaş kimi qeyd 
etmişdir.  Oğlanları  Saleh  və  Abdullahın,  əmisi  Əbu  Talibin, 
İshaq ibn İbrahimin, Əbu Davudun və İbn Mənsurun rəvayət-
lərinə  görə,  o,  uşağın  vəsiyyətinin  səhih  olması  üçün  on  yaşı 
olmasını  şərt  qoymuşdur.  Əbu  Talib  ondan  “əgər  yaşı  ondan 
az  olarsa,  onda  necə?”  –  deyə  soruşduğu  zaman  onun  cavabı 
“xeyr,  olmaz!”  olmuşdur.  Bu  zaman  ona  İshaq  ibn  İbrahimin 
uşağın  on  yaşında  namazı  tərk  etdiyinə  görə  döyülməsi 
rəvayətini  dəlil  gətirmişdir.  Onun  on  yaşından  öncə  İslamına 
hökm  etməyə  gəldikdə  isə,  (İbn  Qudamə)  “əl-Muğni”də  belə 
yazır:  “Alimlərin  əksəriyyəti  uşağın  İslamının  səhih  olması 
üçün  on  yaşı  şərt  qoşmamış  və  onun  üçün  bir  hədd 
qoymamışlar.  Bunu  İbn  Munzir  İmam  Əhməddən  rəvayət 
etmişdir.  Çünki  əsas  məqsəd  aydın  olduğu  halda  onun 
üzərinə artıq bir şey əlavə etməyə ehtiyac yoxdur”. 
İmam  Əhməddən  rəvayət  olunduğuna  görə,  o  demişdir: 
“Uşağın  yeddi  yaşı  olanda  onun  İslamı  doğru  hesab  olunur. 
Çünki Peyğəmbər 

 buyurmuşdur: “Onlara yeddi yaşlarında 
namaz  qılmağı  əmr  edin!”  Bu,  onların  həmin  yaşda  ibadət 
etməyə əmr olunduqlarına və ibadətlərinin də səhih olduğuna 
dəlalət  edir.  Bununla  da  həmin  yaşda  dini  doğru  hesab  olu-
nur”. 


268 
 
İbn Əbu Şeybə demişdir: “Uşaq beş yaşında müsəlman ol-
sa,  onun  İslamı  doğru  hesab  olunur.  Çünki  Əli  beş  yaşında 
İslama  gəlmişdir”.  Əbu  Əyyub  demişdir:  “Üç  yaşındakı  uşa-
ğın İslamını doğru hesab edirəm. İstər böyük olsun, istərsə də 
kiçik, kim haqqa uyğun davranarsa, onun haqq olduğunu təs-
diq edərik”. Ancaq bu yaşdakı uşaq İslamı anlamaz və nə de-
diyini də dərk etməz. Onun sözü ilə hökm də sabit olmaz. Bu-
rada  şeyx üç yaşındakı uşağın İslamının etibara alınması üçün 
onun İslamı anlamasını şərt qoşmuşdur. 
əl-Meymuni demişdir: “Əbu Abdullahdan soruşdum ki,
 
on 
yaşındakı həddi-büluğa çatmamış uşaq İslamı qəbul edə bilər-
mi? O dedi: “Onun İslamı qəbul etməsi mötəbərdir”. Ona de-
dim:  “Sən  buna  nəyi  dəlil  gətirirsən?”  O  dedi:  “Mən  onu  on 
yaşına gəlib namaz qılmayanda döyürəm və onların yataqları-
nı ayırıram”.  
Fadl  ibn  Ziyad  demişdir:  “İmam  Əhməddən  soruşdum: 
“Xristian  bir  uşaq  İslamı  qəbul  edərsə,  onunla  necə  rəftar  et-
mək lazımdır?”. O dedi: “On yaşına çatanda onu İslamı qəbul 
etməyə  sövq  edirsən.  Çünki  Peyğəmbər 

  buyurmuşdur: 
“Övladlarınıza  yeddi  yaşında  ikən  namaz  qılmağı  əmr  edin, 
on  yaşında  isə  onları  bunun  üçün  (namaz  qılmasalar)  vurun 
və yataqlarını ayırın”. Bu İmam Əhməddən bir rəvayətdir. On-
dan gələn başqa bir rəvayətə görə isə, yeddi yaşındakı uşağın 
İslamı məqbul hesab olunur. 
Əbu`l-Haris  demişdir:  “Əbu  Abdullahdan  soruşdular  ki, 
kiçik bir oğlan uşağı İslamı iqrar edər və “Lə iləhə illəllah, Mu-
həmmədən rəsulullah” deyər, kiçik olduğu halda idrak etmə-
dən namaz qılar, sonra da İslamdan dönərsə, az yaşlı olmasına 
baxmayaraq  yenə  də  onun  İslamı  səhih  hesab  olunurmu?  O: 
“bəli” – deyə cavab verdi. Əgər o yeddi yaşına çatarsa, bundan 


269 
 
sonra  İslamı  qəbul  edərsə,  ibadətləri    yerinə  yetirməyə  sövq 
edilir.  Çünki  Peyğəmbər 

  buyurmuşdur:  “Onlara  yeddi  ya-
şında  ikən  namazı  öyrədin!”.  Bu  da  o  deməkdir  ki,  əgər  onu 
öyrətmək əmr edilmişdirsə bu namazın hökmünü vacib etmiş-
dir. 
İmam  Əhmədin  oğlu  Saleh  atasının  belə  dediyini  rəvayət 
edir: “Əgər yəhudi və ya xristian bir uşaq yeddi yaşında ikən 
İslamı qəbul edərsə, ibadətlərə sövq edilər. Çünki o yeddi ya-
şında ikən namazla əmr olunmuşdur”. Mən “uşaq altı yaşında 
olsa da?” – deyə soruşdum. O, “Xeyr” – deyə cavab verdi. 
 
 
Fəsil 
Uşaq artıq on yaşına çatdığı zaman onun fiziki və əqli qüv-
vəsi artır,  ibadətlərə qarşı dözümlülük formalaşır. Peyğəmbə-
rin 

 əmrinə uyğun olaraq da əgər namazı tərk edərsə, vurula 
bilər.  Onu  vurmaqda  məqsəd  ədəbləndirmək  və  onu  namaza 
sövq etməkdir. Uşaq on yaşında ikən onda tam başqa bir hal-
vəziyyət formalaşır və bu zaman onun fərqləndirmə qabiliyyə-
ti və məlumat imkanları artır. Buna görə də fəqihlərin əksəriy-
yəti bu halda onun üzərinə iman etməyin vacib olduğu görü-
şündədirlər. İbadəti tərk etməsi isə onun cəzalanmasına səbəb 
olar.  Bu,  Əbu-Xəttabın  və  digərlərinin  görüşüdür.  Qeyd  olu-
nan  görüş,  çox  güclü  bir  görüşdür.  Baxmayaraq  ki,  o  həddi-
büluğa çatmadığı müddətcə dinin əsli olmayan tələbləri etmək 
mükəlləfiyyətindən  azaddır  və  o  zamana  qədər  onun  üzərin-
dən qələm qaldırılmışdır uşaq ona verilən ağlı ilə öz Yaradanı-
nı tanımalı və Onun birliyini, peyğəmbərlərinin doğruluğunu 


270 
 
təsdiq etməlidir. Bu zaman onda bu kimi dəlillərə baxma qabi-
liyyəti  vardır.  Necə  ki,  o,  elmləri  və  sənətləri  qavrayıb,  onları 
anlama  imkanına  sahib  olmuş  və  öz  dünyasının  işlərini  dərk 
etməyə  başlamışdır.  Bu  halda  Allah`a 

  və  Onun  Rəsuluna 
küfr etməsində heç bir üzr yoxdur. Çünki, Allah`a 

 və Onun 
Rəsuluna 

 olan imanın dəlilləri öyrəndiyi elm və sənətin də-
lillərindən daha açıq-aydındır. Allah 

 buyurur: 
ُكَرِذنُِلِ ُناَءۡرُقۡلٱ اَذََٰه هيَلِإ َيِحوُأَو
ِب م
 ۦِه
َو
 َلَب َۢنَم
 َِۚغ
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə