İslamda Uşaq Tərbiyəsinin Əsasları


Fəsil  Uşaqların  bəzən  gözəl  bəzən  isə  çirkin  olması  onlara



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə104/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   100   101   102   103   104   105   106   107   ...   119
islamda ushaq terbiyesinin esaslari

Fəsil 
Uşaqların  bəzən  gözəl  bəzən  isə  çirkin  olması  onlara 
digər kənar səbəblərin təsir etməsi ilə də olur
 


256 
 
Ona  təsir  edən  səbəblərdən  valideynlərin  xüsusilə  də  ana-
nın  spermasının  ananın  bətninə  düşdüyü  vaxtdan  embriona 
çevrildiyi  vaxta  qədər  onun  düşündüyü  fikirlər,  gördüyü, 
müşahidə  etdiyi,  sevdiyi,  arzuladığı  və  darıxdığı  şəxsləri  dü-
şünməsi kimi şeylərdir. Bu zaman fikirləri və istəyi onlar haq-
qında davamlı olarsa rüşeym də həmin düşündüklərinin şəkli-
nə  bənzəyir.  Çünki  onun  təbiətində  bir  keçiricilik  xarakteri 
vardır.  Onun  bunu  qəbul  etməsi  və  onun  üçün  hazırlanması 
hamıya məlumdur. 
Mənə  Qahirədə  baş  həkim  olan  bir  şəxs  belə  bir  hadisə 
danışdı:  “Qardaşımın  oğlunu  gözünə  sürmə  çəkən  insanların 
yanında otuzdurmuşdum. Bir az oturandan sonra yanıma gö-
zü iltihablı halda gəldi. Gözü sağalanda təkrar yenə də iltihab-
lanırdı. Bildim ki, onun gözləri bu xəstəliyə yoluxmağa meyil-
lidir. İnsanın təbiəti keçirici olanları qəbul etməyə açıqdır”. 
Həkimlər  qeyd  edirlər  ki,  hamilə  qadının  daimi  heyva  və 
alma yeməyi adət etməsi uşağın üzünü gözəlləşdirir və rəngi-
ni saflaşdırır. Bununla yanaşı onlar məsləhət görürlər ki, hami-
lə qadın çirkin sürətlərə, qorxulu mənzərələrə baxmaqdan, in-
sana pis təsir edən rənglərdən, dar və sıxıntı gətirən evlərdən 
uzaq olsunlar. Çünki bütün bunlar bir başa ana bətnində olan 
uşağa təsir edir.  
Fəsil 
Hippokrat  özünün  “Embrionlar”  kitabında  yazır:  “Cinsi 
əlaqə zamanı kişinin sperması qadının cinsiyyət orqanına yığı-
lıb xaricə çıxmır. Bu zaman o, vaginanın ağzında toplaşır vagi-
nanın ağzı onu içəri çəkərək qadının hamilə qalmasına zəmin 
yaradır.  Vaginanın  ağzı  spermanı  içəri  uşaqlıq  yoluna  sovur-
duğu zaman onun içərisində hər iki sperma qarışaraq hamilə-
lik  prosesinin  ilkin  mərhələsi  tamamlanır.  Qadınla  kişinin 


257 
 
spermasının  xaric  olma  prosesi  eyni  vaxtda  olanda,  hər  ikisi-
nin  suyu  qarışaraq  uşaqlıqda  yığılır,  qadın  hamilə  qalır.  Bu-
nun baş verməsi isə üç vaxtda olur. Cinsi münasibətdən öncə, 
onunla eyni zamanda  və ondan sonra  uşaqlığın  spermanı qə-
bul  edəcəyi  hala  gəldiyi  zaman.  Yəni  sperma  uşaqlıqda  qərar 
tapır, hər iki sperma birləşir, ondan sonra da sperma bətnə ya-
pışır.  Bətn  onu  düşməkdən  və  zərərə  uğramaqdan  qoruyur”. 
Onu da nəzərə çatdırım ki, qeyd olunan səbəblər uşağın dün-
yaya  gəlməsi  üçün  tək  yetərli  səbəb  deyildir.  İlk  öncə  və  tək 
lüzumlu şey yuxarıda da qeyd etdiyimiz kimi yalnız Allah`ın 

 istəyidir. Allah 

 ən doğrusunu biləndir. 
 
Fəsil 
Embrionun yaranma prosesi tamamlandığı zaman hər şeyə 
sürət  verən  (əl-Musavvir),  hər  bir  şeyə  forma  verən  (əl-Bəri), 
hər  şeyin  yaradıcısı  (əl-Xaliq)  olan  Allah 

  ona  şəkil  verdiyi 
zaman ilk öncə onun üzərində başı, aşağı hissəsində ayağı ya-
radılır.  Bundan  sonra  isə  Allah 

  onun  doğulmasına  izin  ver-
diyi vaxtda uşaq çevrilir və başı aşağıya doğru hərəkətlənərək 
çıxmağa başlayır və sonra isə digər üzvləri onun ardınca xaric 
olur.  Prosesin  bu  cür  olmasında  bütün  həkimlər  və  cərrahlar 
eyni fikir üzərində ittifaq etmişdir. Bu İlahi yardımın körpəyə 
və anasına olan mükəmməlliyindəndir. Əgər onun başı birinci 
xaric olarsa, digər bədən üzvləri də ikinci bir əziyyətə ehtiyac 
duyulmadan  asanlıqla  xaric  olar.  Əgər  birinci  körpənin 
ayaqları  xaric  olarsa,  onun  əli  çıxdığı  zaman  əlinin  uşaqlıqda 
dolaşıq qalmasına kimsə təminat verə bilməzdi. Əgər bir ayağı 
xaric  olarsa,  o  zaman  da  uşağın  əlinin  digər  ayağının  orada 
dolaşıb  qalmasına  təminat  vermək  olmaz.  Əgər  birinci  iki  əli 
xaric  olarsa,başının  çevrilib  qalmasına  təminat  verilməz.  Bu 


258 
 
zaman  onun  göbəyi  ya  arxasına  dolanar,  ya  boynuna,  ya  da 
çiyninə  dolanar.  Çünki  bu  zaman  onun  göbəyi  uzun  olduğu 
halda  digər  orqanlarına  dolaşıb  qala  bilər.  Belə  olduqda  isə 
göbəyin elə oradaca kəsilərək yaxud içəridən dolaşığı açılaraq 
çıxarılması  lazım  gələr  ki,  bu  da  uşaqla  yanaşı  anaya  böyük 
əziyyət  verər.  Yaxud  da  bu  uşağın  əlil  və  xəstə  doğulmasına 
səbəb olar. Beləcə də hakimlərin Hakimi olan Uca Allah 

 
Öz  
hikməti ilə onun ana bətnində çevrilərək ilk öncə başının sonra 
isə digər üzvlərinin çıxmasına hökm vermişdir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə