İslamda Uşaq Tərbiyəsinin Əsasları


Bətnlərdə sizə istədiyi surəti verən Odur



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə101/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   97   98   99   100   101   102   103   104   ...   119
islamda ushaq terbiyesinin esaslari

Bətnlərdə sizə istədiyi surəti verən Odur. 
(Əl İmran 6)
 
Buxari  və  Müslim  Ənəs  ibn  Malikdən 

  belə  dediyini 
rəvayət etmişlər: “Ummu Süleym Peyğəmbərdən 

 yuxusun-
da kişinin gördüyü şeyi (cünub olmağı) görən qadın barəsində 
soruşdu.  Peyğəmbər 

  buyurdu:  “Qadın  bunu  görəndə  qüsl 
alsın”.  O  zaman  Ummu  Süleym 

  bundan  utanaraq  dedi: 


247 
 
“Belə şey ola bilərmi?” Peyğəmbər 

 buyurdu: “Bəli, bəs uşa-
ğın  ana-ataya  oxşaması  necə  olur?  Kişinin  sperması  qalın  və 
ağ,  qadının  sperması  isə  incə  və  sarı  olur.  Bu  iki  spermadan 
hansı biri digərinə üstün gəlib və ya birinci xaric olarsa, uşaq 
da ona oxşayır”. 
Müslim Aişə 
g
 anamızdan belə dediyini rəvayət etmişdir: 
“Bir  qadın  Allah  Rəsulundan 

  soruşdu:  “Əgər  qadın  cünub 
olub  özündə  sperma  görərsə,  qüsl  edərmi?”  Allah  Rəsulu 

 
“Bəli”  deyə  cavab  verdi.  Aişə 
g
  o  qadına  dedi  ki,  Allah  sənə 
bərəkət versin. (Yəni belə bir şey ola bilərmi?) Allah Rəsulu 

 
buyurdu:  “Onu  rahat  burax!  Oxşarlıq    başqa  şeyə  görə  olur-
mu?  Onun  (qadının)  sperması  kişinin  spermasını  üstələyərsə, 
uşaq dayılarına  (ana tərəfinə) oxşayar. Kişinin  sperması  onun 
spermasını  üstələyərsə,  uşaq  əmilərinə  (ata  tərəfinə)  oxşa-
yar”.
218
 
Müslim  Sövbandan 

  belə  dediyini  rəvayət  etmişdir: 
“Allah Rəsulunun 

 yanında durmuşdum. Bu vaxt yəhudi ra-
hiblərindən  bir  rahib  gələrək:  “Əssələmu  aleykə,  yə  Muhəm-
məd” dedi. Bu zaman mən onu elə itələdim ki, az qala yıxıla-
caqdı. O dedi: “Məni niyə itələyirsən?” Mən dedim: “Sən ona 
Allah`ın  Rəsulu  demirsənmi?!”  Yəhudi  dedi:  “Biz  onu  ancaq 
ailəsinin ona verdiyi adla çağırırıq”. Allah Rəsulu 

 buyurdu: 
“Həqiqətən də adım Muhəmməddir. Ailəmin mənə verdiyi ad 
budur”.  Yəhudi  dedi:  “Mən  sənə  sual  vermək  üçün  gəldim”. 
Allah Rəsulu 

 buyurdu: “Əgər səninlə danışsam bunun sənə 
                                                 
218
 Müslim: 314. 


248 
 
bir  faydası  olacaqmı?”  Yəhudi  dedi:  “İki  qulağımla  eşidərəm. 
Allah Rəsulu 

 yanındakı çubuq ilə yerə cızıqlar çəkərək “so-
ruş” deyə buyurdu. Yəhudi dedi: “Yer və göylər başqa bir şey-
lə dəyişdiriləcəyi gündə insanlar harada olcacaqlar? Allah Rə-
sulu 

 buyurdu: “Körpünün önündə zülmət içində olacaqlar”. 
Yəhudi  dedi:  “İnsanlardan  körpünü  ilk  keçən  kim  olacaq? 
Allah  Rəsulu 

  buyurdu:  “Muhacirlərin  kasıbları”.  Yəhudi 
dedi:  “Cənnətə  girərkən  onların  hədiyyəsi  nə  olacaq?”  Allah 
Rəsulu 

 
buyurdu:  “Balina  ciyərinin  artığı”.  Yəhudi  dedi: 
“Bəs  onun  ardınca  nə  yeyəcəklər?”  Peyğəmbər 

  buyurdu: 
“Onlar  üçün  Cənnətin  ətrafında  otlayan  cənnət  öküzü  kəsilə-
cək”.  Yəhudi  soruşdu:  “Onun  üstündən  nə  içəcəklər?”  Allah 
Rəsulu 

  buyurdu:  “Orada  “Səlsəbil”  adlanan  bir  bulaqdan 
içəcəklər”.  Yəhudi  dedi:  “Doğru  söylədin.  Səndən  elə  bir  şey 
soruşmaq  istəyirəm  ki,  onu  yer  üzündə  yaşayanlardan  Pey-
ğəmbər  olan  və  bir-iki  nəfərdən  başqa  heç  kim  bilməz.  Allah 
Rəsulu 

 buyurdu: “Əgər onu sənə desəm, onun sənə bir fay-
dası  olacaqmı?”  Yəhudi  dedi:  “İki  qulağımla  eşidərəm.  Sənə 
uşağın  necə  yarandığını  soruşmağa  gəldim”.  Allah  Rəsulu 

 
buyurdu:  “Kişinin  sperması  ağ,  qadının  sperması  isə  sarıdır. 
Bunlar birləşəndən sonra kişinin sperması qadının spermasına 
üstün  gələrsə,  Allah`ın 

  izni  ilə  oğlan  uşağı  doğular.  Əgər 
qadının sperması kişinin spermasına üstün gələrsə, Allah`ın 

 
izni  ilə  qız  doğular”.  Yəhudi  dedi:  “Sən  doğru  söylədin. 
Həqiqətən də haqq olan peyğəmbərsən”. Sonra da çıxıb getdi. 
Allah Rəsulu 

 dedi: “Bu adam məndən soruşacağını soruşdu. 


249 
 
Ancaq,  mən  onun  soruşduqlarından  heç  bir  şey  bilmirdim.  O 
zamana qədər ki, Allah 

 onu mənə bildirdi”.
219
 
 İmam  Əhmədin  “əl-Musnəd”  kitabında  İbn  Məsuddan 

 
belə  dediyi  rəvayət  olunur:  “Allah  Rəsulu 

  səhabələri  ilə 
söhbət  etdiyi  vaxt  bir  yəhudi  onun  yanından  keçirdi. 
Qureyşdən  bir  kişi  belə  dedi:  “Ey  yəhudi!  Bu  kişi  özünün 
peyğəmbər  olduğunu  iddia  edir”.  Yəhudi  dedi:  “Ona  elə  bir 
şey  haqqında  sual  verəcəm  ki,  onu  peyğəmbər  olmayandan 
başqası bilməz. Bu zaman o gəldi və oturdu, sonra isə sual ver-
di:  “Ey  Muhəmməd!  İnsan  nədən  yaradılır?”  Allah  Rəsulu 

 
buyurdu: “Ey yəhudi! Hər ikisindən – qadın və kişinin nütfə-
sindən. Kişinin  nütfəsi qalındır, sümüklər və damarlar ondan 
yaradılır.  Qadının  nütfəsi  isə  incədir.  Ət  və  qan  da  ondan 
yaradılır”.  Yəhudi  ayağa  qalxaraq  belə  dedi:  “Səndən  öncəki-
lər də belə demişdi”. 
220
 
Bu hədis bir neçə məsələni əhatə edir. Onlardan biri də bu-
dur ki, rüşeym (o zamanda yaşayan) materialistərin dedikləri-
nin əksinə olaraq kişi ilə qadının suyundan yaradılır. Onlar isə 
rüşeymin  yalnız  kişinin  suyundan  yarandığını  iddia  edirlər. 
Allah 

 buyurur: 
 َقِلُخ همِم ُنََٰسنِإۡلٱ ِرُظنَيۡلَف
٥
 
 نِم َقِلُخ
هم
ءٓا
ٗ
ٗ
 
قِفاَد
ٗ
ٗ
 
٦
 
 ُجُرۡخَي
ِم
 َۢن
 ِبِئٓاَرهتلٱَو ِبۡلُّصلٱ ِنۡيَب
٧
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə