İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə99/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   95   96   97   98   99   100   101   102   ...   119
islamda ushaq terbiyesinin esaslari

nəyi 
əksildəcəyini”
 açıqlayan mənadır. Bu uşağın doğumunda baş 
verən  naqislikdir. 
“Nəyi  artıracağını”
  sözünün  mənası  isə 
əgər qadının doğuş vaxtı doqquz aydan sonraya gecikərsə, bu 
uşaqda  baş  verən  naqisliyin  tamamlanması  üçün  olması 
anlamındadır. Ayədə keçən “əl-Ğayd” sözünün mənası hamilə 
qadının  bu  müddətdə  gördüyü  heyz  qanıdır  ki,  bu  doğumda 
olan nöqsandır. Artırılma isə onun doqquz aydan bir az da ge-
cikərək bu nöqsanın tamamlanması üçündür”. 
Həsən demişdir: 
“Bətnlərin nəyi əksiltdiyi...”
 yəni vaxtın-
dan öncə düşmüş uşaq, 
“Nəyi artırdığını...”
 yəni on aylığında 
doğuşu  olan  qadın  mənasındadır”.  İkrimə  demişdir: 
“Bətnlə-
rin  əksiltdiyi”
  hamiləlikdən  sonrakı  heyzdir.  Hamilə  olduğu 


244 
 
halda qadın hər gün qan görərsə, adi günlərdəki təmiz olduğu 
günlərin  sayı  artır.  Hamiləlik  müddətində  heyz  olduğu  hər 
gün bərabərində hamiləliyin müddəti də uzanır”. 
Qatədə  demişdir:  “Ayədəki  əl-Ğayd  (əksiklik)  vaxtından 
öncə düşən uşaq, artan isə doqquz aydan sonra doğulan uşaq-
dır”. 
Səid  ibn  Cübeyr  demişdir:  “Qadın  hamilə  olduğu  müddət 
ərzində  qan  görərsə  bu,  uşağın  əksikliyini  və  onun  qidasının 
azaldığını, həmçinin hamiləliyin müddətinin artırıldığını ifadə 
edir”. 
Ayədən ortaya çıxan məna odur ki, Uca Allah 

 hamiləliyin 
müddətini,  nəyin  artıq  və  nəyin  əksik  olacağını  biləndir.  O, 
sizdən fərqli olaraq bunu biləndir. O hər bir canlının bətnində 
daşıdığının  kişi  və  ya  qadın  cinsində  olacağını  da  bilir.  Bu 
Allah`dan başqa kimsənin bilmədiyi qeybi xəbərlərdən biridir. 
Səhih  bir  hədisdə  Peyğəmbərin 

  belə  buyurduğu  rəvayət 
olunur: “Qeybin açarları beşdir. Onları Allah`dan 

 başqa heç 
kim  bilməz. Qiyamətin nə vaxt qopacağını  Allah`dan 

 başqa 
heç kim bilməz. Sabah nə olacağını Allah`dan 

 başqa heç kim 
bilməz. Yağışın nə vaxt yağacağını Allah`dan 

 başqa heç kim 
bilməz. Bətnlərdə olanı Allah`dan 

 başqa heç kim bilməz. Heç 
bir  kəs  özünün  hansı  yerdə  öləcəyini  bilməz,  bunu  yalnız 
Allah 

 bilər”.
216
 
                                                 
216
 Buxari: 1039, Əhməd. 


245 
 
Beləliklə  də,  Allah 

  bətnlərdə  olanın  nə  olacağını  bilən 
vahid və təkdir. Onun bətndə nə qədər qalacağını, bədənindən 
nəyin artıb, nəyin azalacağını yalnız O bilir.
217
 
Fəsil 
İnsanın  yaradılışından  bəhs  edən  bir  qrup  iddia  edir  ki, 
eşitmə və görmə insana doğuşdan, anasının bətnindən çıxdıq-
dan  sonra  verilir.  Bu  görüşlərinə  də  aşağıdakı  ayəni  dəlil 
gətirirlər: 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə