Işmaqdansa


məqam  gerçəkliyin lokal parçası yox, fəaliyyətin (danışmaq



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə41/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   37   38   39   40   41   42   43   44   ...   132
kommunikasiya kitab;

məqam 
gerçəkliyin lokal parçası yox, fəaliyyətin (danışmaq, 
ünsiyyət bağlamaq, dinləmək və s.) müəyyən zaman 
çərçivəsində «parçasıdır»

Tələbənin dekanlıqdan arayıĢ alması üçün müraciət etməsi 
məqamının hüdudları çox kiçikdir. Bu motivin özündən irəli gəlir. 
Bu hüdudlarda 
«Xahiş edirəm mənə hərbi komissarlığa təqdim 
etmək üçün arayış verəsiniz»
müraciətinə 
«Sabah gəlib 
götürərsiniz»
cavabını modelləĢdirilmiĢ saymaq olar. Ola bilsin 
ki, bu norma əlavə bir neçə replika ilə müĢayiət olunsun və 
məqamın hüdudları qismən geniĢlənsin. Lakin bütün hallarda 
bir kəsin ad günündə sağlıq deməsi məqamı öz hüdudlarına 
görə müqayisəolunmaz dərəcədə geniĢdir. Odur ki, belə 
məclislərdə bir qayda olaraq çox danıĢmaq adəti müĢayiət 
olunur. Bu tipli davran
ıĢ danı-Ģanın məqam daxilində sosial 
statusunun aktuallaĢmasından irəli gəlir. Unutmaq olmaz ki, 
sosial status vəziyyəti həm də fəaliyyət növü, fəaliyyət forma-
sının daimi təsirinə məruz qalır və bu səbəbdən də dinamik 
(dəyiĢkən) kateqoriyadır. Hətta dinləyici faktoru belə məqam-
larda arxa plana keçir. 
Lakin belə münasibəti diplomatik fəaliyyət sferası üçün 
məqbul saymaq olmaz. Diplomatik danıĢıqlar (görüĢlər), bey-
nəlxalq konfranslarda çıxıĢların reqlamentləĢdirilməsi yalnız 
protokol elementi kimi baxılmamalıdır. Bu zaman məqamın 
hüdudları tərəflərin status vəziyyətinin bərabərliyi, onların suve-
ren hüquqlu subyektlərin təmsilçiləri olması faktını təsdiqləyir. 
Misal üçün, ATƏT-in Ġstanbul (1998) zirvə toplantısında 
iĢtirakçı dövlətlərin nümayəndə heyətlərinin baĢçıları üçün 5 
dəqiqə çıxıĢ vaxtı nəzərdə tutulmuĢdu. Təbii ki, belə az vaxt 
çıxıĢçıları məqamın hüdudları daxilində öz fikirlərini çatdırmaq-
da yüksək məharət (taktika və strategiya nəzərdə tutulur) 
nümayiĢ etdirmək tələbi ilə üzləĢdirirdi. Beynəlxalq etika 
qaydalarına hörmətsizlik göstərərək uzun-uzadı danıĢmaq 
cəhdinə qatılan Rusiya Federasiyasının o vaxtki prezidenti Boris 
Yeltsinin ATƏT-in Ġstanbul sammitində (1998) sözünü yarımçıq 


49 
kəsdilər və bu səbəbdən o, etiraz əlaməti olaraq mötəbər 
toplantını tərk etdi. Dövlət və hökumət baĢçılarına reqlamentə 
beĢ dəqiqə vaxt ayrılmıĢdı. Lakin bu xoĢagəlməz sonluğun əsl 
səbəbkarı məqamın hüdudlarını geniĢləndirmək cəhdi oldu.
 
Belə qənaətə gəlməliyik ki, məqam danıĢan və dinləyənin 
Ģərikli payıdır. Bundan savayı, məqam ölçüdür. Hər Ģeyin 
ölçüsü olduğu fikrini əsas tutaraq qeyd etməliyik ki, məqam ölçü 
olaraq müəyyən zaman daxilində nitq fəaliyyətinin həm 
kəmiyyət, həm də keyfiyyət tarazlaĢmasından asılıdır. Yəni, hər 
hansı fikri necə və hansı sayda dil vahidinin istifadəsi ilə ortaya 
qoyulmasının ölçüsüdür. Məqam anlayıĢı, bütövlükdə nitq 
məqamı da daxil olmaqla, fəaliyyətin xüsusi forması kimi 
ünsiyyətdə gerçəkləĢir. QarĢılıqlı ünsiyyət isə, tədqiqatçıların 
haqlı qeyd etdiyi kimi, hər hansı məsələnin, problemin həlli 
zamanı qurula bilər. 
Məqamın nəzarətsiz buraxılmaması da bu faktorla izah 
oluna bilər. Daha bir neçə misala müraciət edək. Ġqtisadi 
ƏməkdaĢlıq TəĢkilatının 2002-ci ilin 14 oktyabrında keçirilən 
zirvə toplantısında dövlət baĢçıları üçün 10 dəqiqə çıxıĢ vaxtı 
ayrılmıĢdı. YUNESKO-nun BaĢ katibinin 2000-ci ildəki seçki-
lərinin prosedurası müəyyənləĢdirilərkən qərara alınmıĢdı ki, bu 
ali vəzifəyə sahib olmaq istəyən hər bir namizəd bu təĢkilatın 
gələcək inkiĢaf perspektivlərini əks etdirən 2 min sözdən ibarət 
esse təqdim etməlidir və 30 dəqiqəlik Ģifahi çıxıĢ etməlidir.
9
Odur ki, iclaslar, müĢavirələr zamanı reqlament müəy-
yənləĢdirilir və bunun gözlənilməsi tələb olunur. Bu deyilənlər 
bir daha təsdiqləyir ki, məqamların hüdudları həm linqvistik, 
həm də sosial tələbdir. Bu gün bir çox fəaliyyət sferalarına xas 
olan məqamlar reqlamentləĢmiĢ məqamlardır. Belə məqamlar 
diplomatik fəaliyyət sferasında daha çoxdur. Ümumiyyətlə, 
tədqiqatçılar insanın sözlə aktiv ünsiyyətinin 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə