Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə91/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   87   88   89   90   91   92   93   94   ...   132
kommunikasiya kitab;

Norbert Viner
insanların infor-
masiya ehtiyaclarına üz tutaraq yazır ki, 
«... Həqiqi mənada 
yaşamaq o deməkdir ki, insan hər gün düzgün infor-
masiyaya yiyələnir»

Bəzən tədqiqatçılar informasiyanı bilik anlayıĢı ilə 
eyniləĢdirirlər. Əslində bu iki anlayıĢ bir-biri ilə bağlı olduğu 
halda, eyni sayıla bilməz. Bilik yalnız məqsədə xidmət et-dikdə 
informasiyaya çevrilir. Bu incəlikdən
 
yan ötmək və onu nəzərə 
almamaq mümkün deyildir. Çünki fakt (yəni informasiya) 
ünsiyyətin mayasıdır. Faktlar istifadə olunmadıqda sandıqda 
saxlanılan zinət əĢyasından savayı bir Ģey deyildir. Beləliklə, 
həqiqəti inkar etməyən, yoxlanılması mümkün olan hər bir 
informasiyanı fakt saymaq olar

Kommunikativ strategiya baxımından hər bir fakt çox 
dəyərlidir. Bununla belə, danıĢanın arxayınçılığa varması 
yersizdir. Çünki qarĢı tərəfin ona dərhal inanacağı, faktları inkar 
etməyəcəyi hələ sual altında qalır. 
Yuxarıda göstərdiyimiz kimi, fikri Ģərh etməyin aĢağıdakı 
formaları mövcuddur və sadalananlar kommunikativ strate-
giyanın əsasını təĢkil edir. Strategiyanın gerçəkləĢməsi isə 


106 
taktikadan, daha doğrusu «yaradıcılıq texnologiyası»ndan
20
birbaĢa asılıdır. 
1. Pilləli şərh.
Bu zaman sonrakı hər bir fikir özündən 
əvvəlki fikrin bazasında qurulur və onu tamamlayır. Diplomatik 
danıĢıqların, demək olar ki, bütün mərhələləri üçün pilləli Ģərh 
ən populyar formadır. 
2. Konsentrik şərh.
Hər hansı problemi hərtərəfli Ģərh 
etməklə öz mövqeyini qarĢı tərəfə çatdırmaq. 
3. Spiralvari şərh.
Fikrin açıqlanması zamanı ümumi 
müddəalara toxunmaqla ayrı-ayrı detalların daha dərindən Ģərh 
olunması. Misal üçün, Xəzər dənizinin beynəlxalq hüquqi 
statusu ilə bağlı prinsiplər Ģərh olunarkən ilk öncə mövcud 
beynəlxalq hüquq prinsipləri açıqlanır və qarĢıya çıxan 
problemlərə nəzər tuĢlanır. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə