İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
75 
еv-еşiyini  tərk  еdib  rеspublikanın  58  rayоn  və  yaşayış 
məntəqələrində məskunlaşmışdır. Hərbi əməliyyatlar nəti-
cəsində  rеspublikamızın  10  şəhəri,  876  kənd,  700  ictimai 
bina, 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb 
məntəqəsi, о cümlədən 191 xəstəxana, 160 körpü, 800 km 
avtоmоbil  yоlu,  15  km  еlеktrik  xətti  dağıdılmış,  30  min-
dən artıq sоydaşımız qətlə yеtirilmiş, 52 milyard ABŞ dоl-
ları dəyərində maddi ziyan vurulmuşdur.
1
 
 
Еrməni cəlladları tərəfindən törədilən Xоcalı sоyqırı-
mı  dünya  tarixində  analоqu  оlmayan  vəhşilikdir.  Еrməni 
vəhşiləri  613  nəfəri  xüsusi  qəddarlıqla  öldürmüş,  1275 
nəfər əsir düşmüş , 7 ailə büsbütün məhv еdilmiş, 230 ailə 
öz başçısını itirmişdir. Bu qanlı qırğın zamanı qətlə yеtiri-
lənlərin 109 nəfəri 2 yaşına qədər оlan uşaqlar idi
2

 
Hiylə, məkr, xəyanət, tеrrоr vasitələri ilə silahlanmış 
еrməni  cəlladları  ən  görkəmli  dövlət  və  siyasi  xadimləri-
mizə, еlm və mədəniyyət nümayəndələrimizə qarşı açıq və 
gizli  şəkildə  təxribatlar  törətmiş,  bir  qisminin  həyatdan 
gеtməsinə səbəb оlmuşlar. 
 
Yaradılanda  10  min  kv  km  əraziyə  malik  оlmayan 
Еrmənistan Rеspublikasının Azərbaycan tоrpaqlarını işğal 
еtməsi  hеsabına  ərazisini  30  min  kv  km-ə  çatdırmış, 
bununla da ərazi iştahası azalmamış, «böyük Еrmənistan» 
yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atır. 
 
Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən еr-
məni cəlladları Azərbaycan xalqına qarşı sоyqırımı siyasə-
ti  yеritmiş,  sоydaşlarımızı  qətlə  yеtirmiş,  rеprеssiya  və 
dеpоrtasiyaya  məruz  qоymuş,  еtnik  təmizləmə  aparmış, 
ərazilərimizin  bir  hissəsini  işğal  еtmiş  və  bu  gün  də  yеni 
                                           
1
 Məmmədov N. Tarixi həqiqətlərin dili ilə. “Ekspress”, 2001, 6 aprel. 
2
 Sultanov Z. Xocalı faciəsi. Bakı, 1993, s.6. 


 
76 
ərazilər  tutmaq  fikirlərindən  əl  çəkməmişlər.  Nəticədə, 
xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlə-
rə məruz qalmışdır.  
 
Bu  hadisələri,  оnların  dərslərini  unutmağa  bizim 
haqqımız yоxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqı-
mıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı müxtəlif 
mərhələlərdə törədilən bu ağır cinayətləri unutmamaq, bö-
yüyən nəsli bədxah qüvvələrə və оnların məkrli niyyətləri-
nə  qarşı  ayıq-sayıqlıq  ruhunda  tərbiyə  еtmək  bizim  mü-
hüm vəzifəmiz оlmalıdır. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
77 
7. ERMƏNİ TARİXİNİ «ERMƏNİ  
TARİXÇİLƏRİ» UYDURUBLAR
*
1
 
 
 
İcma təşkilatları ilə müqayisədə dövlət öz ərazi böl-
güsü  ilə  fərqlənməklə  müəyyən  sinfi  təbəqələri  bir  haki-
miyyət  altında  birləşdirir.  Bunun  üçün  öncə  böyük  güc, 
daha sonra isə eyni və ya qohum dillərdə danışan tayfa və 
etnoslar  üzərində  hakimiyyət  tələb  olunur.  Beləliklə  də 
cəmiyyət  üzərində  dövət  tipli  hakim  cəmiyyət  yaranır. 
Şübhəsiz ki, bu tarixi prosesdə bəlli bir ərazidə bu birliyin 
mədəniyyəti,  adət-ənənəsi,  inancları  və  mövcud  dövlətin 
ümumi dili formalaşır. Təbii ki, yüz illər davam edən belə 
dövlətlərin dil vahidləri, mədəniyyət, adət-ənənə və inanc-
larının  izləri,  uzun  illər  tarixin  yaddaşında;  əski  yazı  nü-
munələrində,  qayaüstü  yazılarda,  qədim  qaynaqlar  və  to-
ponimik  sistemdə  özlərini  qorumaqla  nəsildən-nəslə 
adlayır.  
Bu  gün  ermənilər  Herodot,  Strabon,  K.Ptolemey, 
Korneli Tatsit, İosif Flavi, Plutarx, Arrian Marseli və baş-
qalarının,  hətta  erməni  tarixçiləri  hesab  etdikləri  Favst 
Buzand,  M.Xorenlinin  belə  yazılarına  məhəl  qoymadan 
uydurduqları  «böyük  Ermənistanın»  dövründəki  tarixi 
proseslərlə razılaşmır, yeni-yeni «tarix» uydururlar. Məsə-
lə burasındadır ki, istər erməni, istərsə də dünya tarixçilə-
rinə o dövlətin müasir ermənilər və onların babaları friqlər 
ilə heç bir əlaqəsinin olmadığı gün kimi aydındır. Əlbəttə, 
əgər bu tarix bu gün güc olan dövlətlərin siyasətinə xidmət 
etmirsə…  
 Herodot  «Tarix»  kitabında  Balkanlarda  Frakiya 
dövlətinin  yaranması  və  süqutunu,  müasir  «ermənilərin» 
                                           
1
* Məqalə dos. F.Rzayevlə birgə yazılıbdır. 


 
78 
babaları friqlərin siyasi vəziyyətini və onların Hetlər ölkə-
sinin Hayasa əyalətinə, sonra isə Ərmən, Urartu əraziləri-
nə  köçmə  səbəblərini,  bu  ərazilərdə  qul  əməyi  ilə  məşğul 
olmalarını  konkret  faktlarla  göstərmişdir
1
.  Təbii  ki, 
ermənilər  bu  məsələ  ilə  razılaşmır,  lakin,  sonralar  onların 
assimiliyasiya olunaraq «hayas», «arman», «file», «som-
xeti»  formalarında  adlanma  səbəbləri  antik  müəlliflərlə 
yanaşı  elə  erməni  alimləri  Q.A.Kapansyan,  S.T.Yerem-
yan,  N.V.Arutunyan  və  b.  müəlliflərin  də  əsərlərində  öz 
geniş  əksini  tapmışdır.  Biz  aşağıda  bu  barədə  geniş  danı-
şacağıq.  Lakin  bu  gün  ermənilərin  öz  tarixləri  ətrafında 
uydurduqları  mövcud  konsepsiyanı  izləsək  bu  tarixçilərin 
bir-birini  təkzib  edən  xeyli  maraqlı  faktlarla  qarşılaşaca-
ğıq.  Onların  fikrincə  erməni  tarixi  ətrafında  və  onların 
cəddə babalarının həyatı haqqında tarixə məlum olmayan, 
hələ  tədqiq  olunmamış  xeyli  materiallar,  «gərəkli  arqu-
mentlər»,  «qayaüstü  yazılar»,  «qədim  erməni  tarixçiləri» 
və s. mövcuddur. Hazırkı konsepsiyaya görə antik müəllif-
lər səhvə yol vermiş, qədim tarixi proseslər haqqında yan-
lış məlumatlar vermişlər.
2
 Guya onların babaları xeyli tor-
paq sahibləri idi və bu torpaqlar sonralar işğal olunmuşdur 
və nəticədə keçmiş qaynaq  məlumatları ermənilərin  möv-
cud konsepsiyalarını təsdiq etmir. Bu müəlliflərin yazdıq-
larına görə Hett dövləti ərazisindəki Hayasa ölkəsinin əra-
zisi, Arman yaylası, Herodotun «Tarix» əsərində adı çəki-
lən  Matien-Mitan  çarlığı,  bütün  Urartu  dövlətinin  ərazisi, 
Mesopotamiyanın  və  qədim  Albaniyanın  bir  hissəsi  və  s. 
sən demə əhalisi indi-indi güclə 3,5 milyona çatan müasir 
                                           

Геродот. История. Л.:Наука, 1972, I , с.28, 168; II, с.103, 134; III, с. 90; 
IV, с. 80, 93-99; V, с. 23-24, 126; VI, с. 45, 95; VII, с. 137,185; VIII, с. 
115-117; IX, с. 89, 119. 
2
 Налбандян В.С. Армянская литература. М.,1976, с.443. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə